Hər uşaq üçün 250 manat hazırlayın .....                     Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir .....                     Biz nəyin davasını edirik? .....                     "Mən səni “axmaq” adlandırmayacağam" .....                     Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                     Məmurlarımız necə TƏLƏYƏ SALINIB... .....                     Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                     Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib .....                     “Elektron Məhkəmə Sistemində problemlər davam edir” .....                     İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu .....                     Kremlin qəzəbi Ermənistana baha başa gəlir: .....                     Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi .....                     Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş .....                     Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib .....                     Alim deputatlarımız .....                     Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub .....                     "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" .....                     İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər .....                     Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? .....                     Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub .....                 

"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Tarix: Bu gün, 06:55 | Çap et

"Münasibətlərimiz illər öncəsinə dayanan hörmətli hüquqşünas Əlövsət Əliyev status yazıb bildirir ki, bəs Fazil bəy şərh bölümünü bağlı saxlayıb, özü də fikir plüralizmindən danışır. Tamamilə uyğunsuz bir irad olduğunu düşünürəm..." "DİA-AZ" xəbər verir ki, bunu son günlər qalmaqallı fikirləri ilə diqqətə gələn deputat Fazil Mustafa özünün sosial şəbəkə hesabında qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Çünki öz yazdığı statusun altında irqi, cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır. Doğrudanmı hörmətli Əlövsət bəy, bizim sosial şəbəkə məkanında sağlam müzakirə mühitinin olduğuna özünü inandırmış? Bəli, istənilən elmi, düşüncə müzakirəsinə tam açığam və aparıram da. Bütün yazılarımı burada açıq paylaşıram. Ancaq mövzunun istiqamətini dəyişib başqa yerlərə aparanda və saxta profillər üzərindən müzakirə mühitini məqsədli şəkildə korlayanda gərək işini-gücünü atıb gün boyu mücərrəd varlıqlarla yazışasan. Ancaq bütün günü sosial şəbəkədə vaxt keçirmə imkanımız olmadığından bu metod əlverişli deyil. Digər tərəfdən, heç də bütün yazıları ictimai müzakirəyə açmağı düşünmürəm, ancaq istənilən şəxs messengerə öz fikirlərini yazır və uyğun gördüyümü cavablandırıram. Ayrıca düşüncəsinə dəyər verdiyim insanlar var ki, telefon və ya e-mail üzərindən qarşılıqlı yazışmaları gerçəkləşdirirəm. Elə mövzular var ki, onu müzakirə etməyi də düşünmürəm, düşüncələrimə dəyər verən insanların onu oxuması, izləməsi və paylaşması mənim üçün yetərlidir. Çünki son müzakirələr də göstərdi ki, gerçəkdən xeyli qaragüruhçu mövzunu təhlil etməkdən, fikirləri müzakirə etməkdən çox, şəxsimə hücum etmək üçün fürsət axtarır. Siz hansı mədəni üslubda yazan və ya fikir söyləyən adam gördünüz ki, ona qarşı sərt ifadələr işlədim? Baxın, bu prosesdə ən çox canfəşanlıq edən birisinin Azərbaycan Cumhuriyyətinin qurucusu Rəsulzadəni aşağılayan, onun dövlət quruculuğunda rolunu sıfırlayan xeyli yazıları var. Və birdən adam dönüb deyir ki, mən Rəsulzadəyə istədiyimi deyərəm, ancaq kimsə XVI əsrə kəm baxa bilməz. Rəsulzadəyə dəyər verməyən adam Şah İsmayılçı olanda və oxumadan-bilmədən belə bir adamın yalanlarına inananlara nə ad verməyimi istərdiniz? Mən öz fikirlərimi daha geniş formada çap olunan kitablarımda da açıq yazıram və bütün görüşlərimin də arxasındayam. Kimsə tutarlı arqumentlərlə hansısa fikrimi təkzib etsə, məmnunuyyətlə qəbul edib, yanlışımı da düzəldərəm. Ötən gün bir partiya sədrinin müavini guya "Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə" adlı kitabımı təhlil edən bir status paylaşmışdı, kitabdakı tezislər qalmışdı bir tərəfdə, İran mollası ədası ilə şəxsimə qəzəbini yönəltmişdi. Bəli, mən aydınlıq tariximizin Axundovdan, Zərdabidən başladığını yazıram, fikrimi də təkzibolunmaz dəlillərlər əsaslandırıram, kimsənin başqa fikri varsa, get harada istəyirsən, öz fikrini təbliğ et. Mən millətimizin ən şərəfli tarixinin Cümhuriyyət quruculuğu olduğunu yazıram, adam əsri-səadəti XVI əsrdə görürsə, buyurub getsin o duyğuları axtardığı əsrdə başını girləsin. Sizin isə mövqeyinizdə səmimi olmadığınızı da diqqətinizə çatdırmaq istərdim. Həm real güllələrin, həm də söz güllələrinin illərdir hədəfinə çevriləndə çox az sayda Azərbaycan ziyalısının dəstəyini gördüm. Buna baxmayaraq öz gücümlə, yazımla, iradəmlə istənilən axının qarşısında kimsənin dəstəyinə güvənmədən durmağa bacardım. Bu ilk dəfə deyil ki, yazılarıma, fikirlərimə görə xaricdən idarə olunan və daxildən ona züy tutanların ən əxlaqsız vasitələrlə hücumuna məruz qalıram. Və maraqlıdır ki, siz də daxil olmaqla ziyalı kimi tanınan şəxslərin əksəriyyətinin kimlərisə qaragüruhçu adlandırmamızdan narahat olduğu qədər şəxsimə yönəlik bu fikir susdurma kampaniyasından narahatçılığını sezmədim. Müşahidəm onu deyir və yanılmıramsa siz də başqaları kimi paylaşdığım görüşlərə qarşı əks mövqe sərgiləmək üçün rəy yazmaq istəmişsiniz. Əlbəttə, bu da sizin baxışınızdır, ayrıca status olaraq öz səhifənizdə yazmanız bəlkə də ən doğrusu olardı. Görüşünüz elmi və məntiqi inandırıcılığı ilə qane edərsə, tanış olub məmnuniyyətlə cavab yazaram. Ancaq bu da arzuladığım cavab olmayacaq, çünki qaraguruh nə sizin, nə də mənim mətnimi oxumayacaq, onlar öz nağıllarını çoxdan əzbərləmişlər. Bu nağılları da onlara öyrədən özünü yeniləşdirə bilməmiş, aydınlıq missiyasını unutmuş əksər Azərbaycan ziyalıları, ictimai şəxsləridir. Bəli, saxta tarixin təftişindən deyil, yanlış bilgilərdə israr etməkdən qorxmaq lazım. Necə ki, ötən əsrin 80-ci illərində Rəsulzadənin bir cümləsindən belə xəbərsiz olan insanların onun irsi ilə tanış olduqdan sonra dünyagörüşündə həmin dövrün mənzərəsinə baxışda xeyli məqamlar dəyişmiş oldu. Çünki inanılan bilgilərlə həqiqət bir-birindən fərqli ola bilər. Onsuz da öz fikirlərimizi bəzən bu qaragüruhun senzurasına uyğunlaşdırıb yazmağa da məcbur oluruq. Tam məsuliyyətimlə deyirəm, az-çox dövlətin qorxusu olmazsa, bu insanlar hansısa sağlam mühakimə yürüdən insanları salamat qoymazlar..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Dünən, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Dünən, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Dünən, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Dünən, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Dünən, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Dünən, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Dünən, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Dünən, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Dünən, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Dünən, 15:37
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Dünən, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Dünən, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Dünən, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Dünən, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Dünən, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Dünən, 14:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru