SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı .....                     “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. .....                     Qapalı diktator sindromu: .....                     Azərbaycanda qiymətlərin nə qədər artdığı .....                     ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb .....                     Mollayev CƏZASIZ QALDIQCA... .....                     “907-ci düzəliş” ətrafında yeni qarşıdurma .....                     298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı .....                     “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...” .....                     Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu .....                     Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər .....                     Hər uşaq üçün 250 manat hazırlayın .....                     Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir .....                     Biz nəyin davasını edirik? .....                     "Mən səni “axmaq” adlandırmayacağam" .....                     Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                     Məmurlarımız necə TƏLƏYƏ SALINIB... .....                     Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                 

Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 09:12 | Çap et

“The New Eastern Outlook” internet jurnalında “Tehranın Araz dəhlizinə artan marağının səbəbləri” başlıqlı təhlil dərc olunub. (Novator.az) Yazıda Azərbaycanın Naxçıvan bölgəsinə İrandan və Ermənistandan keçəsi kommunikasiya layihələrinə toxunulur.

Bildirilir ki, 2022-ci ilin martında Azərbaycan və İran hökumətləri Zəngilan rayonundan Naxçıvan bölgəsinə yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma əldə ediblər. Layihə Araz dəhlizi adı alıb. 2023-cü ilin oktyabrından tikinti işlərinə başlanıb.

2025-ci il avqustun 8-i Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan-Ermənistan sammiti keçirilib, sülh razılaşması əldə olunub, həmçinin Azərbaycanın Naxçıvan bölgəsinə Ermənistandan keçən dəhliz yaratmaq qərarı verilib. ABŞ-nin patronajlığı ilə gerçəkləşəsi layihə Beynəlxalq Sülh və Rifah Tramp Marşrutu (TRİPP) adı alıb, 2026-cı ildə Vaşinqton və İrəvan bu yöndə sənədlər imzalayıb.

Nəşr yazır ki, Cənubi Qafqaz Avrasiyada geosiyasi və geoiqtisadi rəqabətin əsas mərkəzlərindən birinə çevrilib: “Buna görə də müxtəlif aktorlar bölgənin ticarət və enerji marşrutlarını öz maraqlarına uyğun təşkil etməyə çalışırlar. Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişməsində yerləşən İranın da bu baxımdan əhəmiyyətli potensialı var.

1990-cı illərin gərginliyi nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu və avtomobil əlaqəsi kəsilmişdi. Bu şəraitdə İran Azərbaycanın əsas hissəsi, Naxçıvan və Türkiyə arasında quru yolu ilə əsas tranzit marşrutuna çevrilmişdi".

Nəşr Tehran və Bakının Araz dəhlizi yaratmaq razılığı əldə etdiyini xatırladaraq qeyd edir ki, 107 kilometrlik avtomobil və dəmir yolu İranın Şərqi Azərbaycan ostanından Naxçıvana uzanacaq.

Tehrandakı rəsmi dairələrin mövqeyinə söykənən təhlilçi İranın Avrasiyanın üç əsas nəqliyyat magistralında yerləşən, onları Fars körfəzi, Oman dənizi və qlobal dəniz şəbəkəsi ilə birləşdirən yeganə ölkə olduğunu önə çəkir, Araz dəhlizinin də bu baxımdan önəmli olduğunu vurğulayır: “Ali rəhbərin diqqəti ilə yanaşı İran prezidenti də bu layihənin əhəmiyyətini dəfələrlə vurğulayıb və onu hökumətin əsas prioritetlərindən biri hesab edib”.

O da qeyd olunur ki, ABŞ və İsrailin 2025 və 2026-cı illərdə İranla müharibəsi Tehran rəsmilərinin şimal sərhədləri yaxınlığında TRİPP layihəsi ilə bağlı narahatlığını daha da artırıb: “ABŞ-nin bu dəhlizdə iqtisadi və strateji mövcudluğu, onun operativ istifadəsi, Amerika şirkətlərinin dəhlizin tikintisi və idarə edilməsində iştirakı, eləcə də tikinti və region üzərində nəzarətin onlara verilməsi İranda ciddi narahatlıq doğurur. Ermənistan rəsmiləri dəfələrlə İrana TRİPP planının Ermənistanla sərhəd üçün heç bir təhlükə yaratmadığını bildirsələr də, Tehranın baxışına görə, bu plan ən həssas geosiyasi bölgələrdən birində sərhəd, ticarət, tranzit əngəlləri və geosiyasi problemlər yarada bilər. Məhz buna görə Tehran ABŞ-nin İranın şimal-qərb bölgəsində hegemonluq yaratmasının qarşısını almaq məqsədilə Araz dəhlizinin mümkün qədər tez tikilməsinə xüsusi diqqət yetirir.

Araz dəhlizi əslində İranın qonşu ölkələrlə tranzit münasibətlərində baş verən dəyişikliklərə strateji cavabıdır və Tehran bəzi Qərb layihələrinin mənfi nəticələrinin neytrallaşdırılmasında mühüm rol oynayacaq".

Araz dəhlizinin TRİPP-ə alternativ ola biləcəyi resursları varmı?

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra qısa bir dövrdə İranın Zəngəzur dəhlizinə qarşı münasibətində olduqca böyük aqressiyanı müşahidə etdik. Bu da təsadüfi deyildi, İran bu dəhlizin açılması nəticəsində regionda geosiyasi sərhədlərin dəyişə biləcəyini iddia edirdi: “Amma sonradan Azərbaycanın apardığı işlər və arqumentlərin təsiri altında İranın mövqeyində Zəngəzur dəhlizinə münasibətdə bir qədər yumşalma müşahidə olunmağa başladı. Hətta arada İranın bəzi rəsmiləri Zəngəzur dəhlizinin imkanlarından İranın da bəhrələnə biləcəyi formasında yumşaq fikirlər işlətməyə başladılar. Amma ABŞ-İran müharibəsi başlayandan dərhal sonra İran Zəngəzur dəhlizinə münasibətdə yenidən aqressiv tövr nümayiş etdirməyə başladı. Hətta Zəngəzur dəhlizinin keçəcəyi ərazilərə yaxın yerlərdə İranın müəyyən hərbi eskalasiyası ilə bağlı məlumatlar da yayılırdı. Bu gün isə İranın Araz dəhlizi üzərində işləri sürətləndirməsi də təsadüfi deyil. Bəli, İran görür ki, Zəngəzur dəhlizinin taleyi bu gün onun müttəfiqləri sayılan nə Rusiyanın, nə də Ermənistanın əlində deyil, artıq bu dəhlizin açılması üzərində daha söz sahibi olmaq imkanları ABŞ-nin və müəyyən qədər də Azərbaycanın əlindədir. Belə şəraitdə Zəngəzur dəhlizinə alternativ yaratmaqla özünün mövqeyini qoruyub saxlamağa çalışır”.

Ekspert hesab edir ki, Araz dəhlizi hətta Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilsə belə, hansı ki, bu mümkündür, imkanları baxımından Zəngəzur dəhlizinə alternativ ola bilməz: “Əgər Donald Tramp, Ermənistan sona qədər iradə nümayiş etdirərək Rusiyanın müqavimətini qıra bilsələr və dəhlizi istifadəyə verə bilsələr, onda bu iki dəhliz arasında rəqabətdən danışmağın yeri olmayacaq. Birmənalı şəkildə Araz dəhlizi Zəngəzur dəhlizinin alternativi ola bilməz”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Dünən, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Dünən, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Dünən, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru