Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı .....                     Ermənistan ordusu yeni hərbi formaya keçir .....                     Mask Britaniyanı “satın almaq” istəyir .....                     Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb .....                     SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı .....                     “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. .....                     Qapalı diktator sindromu: .....                     Azərbaycanda qiymətlərin nə qədər artdığı .....                     ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb .....                     Mollayev CƏZASIZ QALDIQCA... .....                     “907-ci düzəliş” ətrafında yeni qarşıdurma .....                     298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı .....                     “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...” .....                     Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu .....                     Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər .....                     Hər uşaq üçün 250 manat hazırlayın .....                     Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir .....                     Biz nəyin davasını edirik? .....                     "Mən səni “axmaq” adlandırmayacağam" .....                     Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                     Məmurlarımız necə TƏLƏYƏ SALINIB... .....                     Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                 

“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Tarix: Bu gün, 09:35 | Çap et

ABŞ-də fəaliyyət göstərən erməni lobbisinin əsas təşkilatlarından biri olan ANCA-nın icraçı direktoru Aram Hamparyan bu dəfə diqqəti özünə çəkən açıqlama ilə çıxış edib. O, Tramp administrasiyasını Azərbaycana münasibətdə siyasətinə görə açıq şəkildə tənqid edib. Səbəb isə Vaşinqtonun Azərbaycana yardım göstərilməsinə imkan verən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsi üzrə məhdudiyyətlərin dayandırılması rejimini davam etdirmək niyyətidir.

Hamparyanın etirazının əsas arqumenti isə olduqca tanışdır. ANCA rəhbəri ABŞ-nin guya “soyqırımı törətmiş ölkəyə” yardım göstərməsinin yolverilməz olduğunu iddia edir. Lakin bu ittihamın arxasında konkret hüquqi və tarixi faktlardan daha çox erməni lobbisinin illərdir təbliğ etdiyi siyasi ritorika dayanır. Azərbaycan heç bir xalqın soyqırımını törətməyib. Əksinə, Qarabağ münaqişəsi zamanı azərbaycanlı mülki əhaliyə qarşı kütləvi qırğınlar, etnik təmizləmə və digər ağır cinayətlər törədilib.

Erməni revanşist dairələrin siyasi ritorikasında isə “soyqırımı” anlayışının demək olar ki, istənilən hadisəyə tətbiq edilməsi artıq ənənəvi yanaşmaya çevrilib. Məqsəd də bəllidir: Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında daim təcavüzkar və təhlükəli tərəf kimi təqdim etmək və Vaşinqtonun Bakı ilə əməkdaşlığının qarşısını almaq.

Donald Trampın Azərbaycana münasibətdə mövqeyinin dəyişməsi isə artıq yeni xəbər deyil. ABŞ prezidenti ötən il avqustun 8-də Vaşinqtonun Azərbaycanla müdafiə sahəsində əməkdaşlığa qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasını açıq şəkildə dəstəkləmiş və bunu “böyük iş” adlandırmışdı. Həmin gün 907-ci maddənin tətbiqinin dayandırılmasını davam etdirən prezident memorandumunun imzalanması da erməni lobbisinin ciddi narazılığına səbəb olmuşdu.

Üstəlik, məsələ artıq sadəcə 907-ci maddənin müvəqqəti dayandırılması ilə məhdudlaşmır. 2025-ci ilin dekabrında ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvü Anna Paulina Luna H.R.6534 saylı qanun layihəsini təqdim edib. Sənəd 907-ci maddənin tamamilə ləğv edilməsini nəzərdə tutur. Qanun layihəsinin əsaslandırılmasında Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olaraq qalması, Cənubi Qafqazda sülhə sadiqliyini nümayiş etdirməsi və Bakı ilə İrəvan arasında sərhədlər və ərazi bütövlüyü ilə bağlı razılaşmaların əldə olunması xüsusi vurğulanır. Sonradan bir sıra digər respublikaçı konqresmenlərin də bu təşəbbüsə qoşulması göstərir ki, söhbət artıq yalnız Ağ Evin mövqeyindən deyil, ABŞ siyasi dairələrində Azərbaycanın regional roluna yanaşmanın dəyişməsindən gedir.

Məhz belə bir şəraitdə ANCA-nın yenidən “907-ci düzəliş” ətrafında kampaniya aparması təsadüfi görünmür. Erməni lobbisi Vaşinqtonun Bakı ilə münasibətlərində yaranan yeni reallığı qəbul etməkdə çətinlik çəkir. Çünki uzun illər ərzində 907-ci maddə Azərbaycanla ABŞ arasında münasibətləri məhdudlaşdırmaq və Ermənistanın maraqlarını Vaşinqtonun Cənubi Qafqaz siyasətində önə çıxarmaq üçün əsas siyasi alətlərdən biri olub.

Bu baxımdan Aram Hamparyanın Tramp administrasiyasını tənqid etməsi daha çox dəyişən siyasi reallığa qarşı etiraz təsiri bağışlayır. Erməni lobbisi uzun illər ABŞ siyasətinə təsir göstərməyə çalışıb. Lakin indi Vaşinqtonda Azərbaycanla bağlı qərarların qəbulunda regionun yeni reallıqları, ABŞ-nin öz strateji maraqları və Cənubi Qafqazda sülh perspektivi daha ciddi nəzərə alınır.

Bu fonda ANCA-nın etirazı mühüm sual doğurur: Ermənistan lobbisinin Vaşinqtondakı əvvəlki təsir imkanları həqiqətən zəifləyirmi, yoxsa təşkilat hələ də ABŞ-nin Azərbaycan və Cənubi Qafqaz siyasətinə təsir göstərə biləcək siyasi resurslara malikdir?

Professor Elxan Mirzəyev səslənən ittihamları populizm kimi qiymətləndirir. Onun sözlərinə görə, ermənilərin Qarabağdan öz xoşu ilə gedişini “soyqırımı” adlandırmaq həyasızlıqdır. Professora görə, ANCA onillərdir ki, Azərbaycan əleyhinə iş aparır və müharibədən sonra da ampluası dəyişməyib: “Erməni lobbisi ABŞ-də kök salmış, resursları və təcrübəsi olan bir gücdür. Həmin ermənilər heç İrəvanın üzünü görməyiblər, Qarabağa işğal dövründə ayaqları dəyməyib, amma gördüyünüz kimi, necə fəaldırlar. Burada Azərbaycan lobbi və diasporunun da üzərinə iş düşür. Yəni belə hücumlara lobbimiz cavab verməlidir, özümüz deyib özümüz eşitməli deyilik. O ki qaldı bu təşkilatdan çağırışlara, ANCA-nın müraciəti əsasında ABŞ Konqresi və ya rəhbərliyi heç zaman qərar qəbul etməyib. Hətta Bayden dönəmində istəklərinə çata bilməyiblər. Ancaq o bədnam düzəlişin ləğvi Trampdan asılı deyil. Gərək Konqres qərar versin. Bu da olduqca çətin məsələdir”.

Elxan Mirzəyev “etnik təmizləmə” və “genosid” ittihamlarının üç ildir səsləndiyini xatırladıb: “Onların hədəfi budur ki, dünyaya ”ikinci erməni soyqırımı" deyə saxta tarix uydursunlar və buna hamını inandırsınlar. Amma BMT Qarabağda etnik təmizləməyə dair heç bir fakt aşkarlamadı. İndi bu uydurma ittihamdan həm də “907-ci düzəliş”lə bağlı istifadə etmək istəyirlər. Guya ermənilər öldürülüb, qovulub və buna görə də həmin aktı ləğv etmək olmaz. Təbii ki, xristian dünyası üçün bu yalan cəlbedici ola bilər. ABŞ-də inananlar var ki, türk-müsəlman əhatəsində guya ermənilərə qarşı genosid edilib, zorla çıxarılıblar. Amma bu haqda heç bir aparıcı dövlətin və ya təşkilatın rəyi yoxdur. Fikrimcə, erməni lobbisi də öz siyasətinə yenidən baxmalıdır".

ANCA-nın Trampın hakimiyyətdə çox qalmayacağına ümid etdiyini deyən professor hesab edir ki, erməni lobbisi Azərbaycan-ABŞ əlaqələrinin yenidən korlanacağı gözləntisindədir: “Onlar fikirləşirlər ki, Tramp dövründə bu "riski" ötürüb keçirsələr, yeni mərhələdə istəklərinə çata bilərlər. Belə desək, demokratlar hakimiyyətə gələr və Azərbaycanla münasibətlərdə yenə problemlər yaranır deyə ümidlə yaşayırlar. Bu məsələdə müəyyən həqiqət payı da ola bilər. Odur ki, Azərbaycan Trampdan sonra başqa bir respublikaçı namizədin prezident seçilməsinin tərəf olmalıdır".

Xatırladaq ki, ABŞ Konqresində təqdim olunmuş və Azərbaycanla bağlı məhdudiyyətləri nəzərdə tutan “907-ci düzəliş”in ləğvini hədəfləyən qanun layihəsinin həmmüəlliflərindən biri, respublikaçı konqresmen Abraham Hamade Bakıda olub. “907-ci düzəliş” 1992-ci ildə Azərbaycan hökumətinə birbaşa ABŞ-nin yardımını məhdudlaşdırmaq məqsədilə tətbiq olunub. Rəsmi səbəb kimi Qarabağ münaqişəsi fonunda humanitar narahatlıqlar göstərilsə də, reallıqda bu qərar regiondakı siyasi balansı birtərəfli şəkildə təsir altına salıb. “907-ci düzəliş” postsovet xaosunun və münaqişənin ən qızğın dövründə qəbul edilib.

Lakin aradan keçən onilliklərə baxmayaraq, regiondakı vəziyyət dəyişsə də, hüquqi məhdudiyyətin özü qalır. Vaşinqton bir tərəfdən Azərbaycanı strateji tərəfdaş kimi təqdim edir (enerji, təhlükəsizlik, terrorla mübarizə sahələrində), digər tərəfdən isə bu kimi məhdudiyyətləri saxlayır. Bu isə siyasi etimadı zədələyir. Maraqlıdır ki, 2001-ci ildən sonra ABŞ prezidentləri hər il bu düzəlişi müvəqqəti dayandırır. Yəni faktiki olaraq yardım mümkündür. Amma düzəlişin qalması siyasi mesaj olaraq mənfi təsir yaradır.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34
Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31
Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 10:24
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru