ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çox yaxınlaşıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, prosesin ən çətin mərhələsi son addımlardır:
"Biz həmişə deyirik ki, məqsədə gedən son 10 metr ən çətin hissədir. İndi isə cəmi iki metrliyindəyik, demək olar ki, hədəfə çatmışıq".










