"Şikayətim "CityNet"dəndir. Başqa provayderdən imtina edərək sizi seçməyimə çox peşmanam!" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elvin İsmayıllı adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Axşamlar intetnetin sürəti həddindən aşağı olur. Ancaq modem olan otaqda internetdən istifadə etmək olur, başqa otaqlarda demək olar ki düz-əməlli işləmir. Hansı ki müqavilədə 40 mbp göstərilib və mən onun ödənişini edirəm. Sadəcə mən sizə zəng edib “qoşulmaq istəyirəm” deyəndə məni aldatdınız ki optik internet olacaq. Optik internet ancaq binaya daxil olur, mənzillərə adi LAN kabellə çekilir. 3 aylıq ödənişim qalıb, bitən kimi rədd edirəm sizi. Ödənişi qaytarmiyacaqsız bilirəm, qaytarsanız bu dəqiqə rədd edərdim!
P.S ki: Undi "City netd"ən yazacaqlar ki “ünvanı deyin zəhmət olmasa əməkdaş yaxınlaşsın problemi aradan qaldırsın” - əməkdaş da olub mənzildə... Guya nəsə edib? Eyni şeydi!"










