Dünya nüvə müharibəsinə sürüklənirmi? - İNCƏLƏMƏ...
Tarix: 19-07-2023, 12:37 | Çap et
 Rusiya rəsmilərinin Ukraynaya qarşı işğalçı müharibə fonunda Qərb ölkələrini daima nüvə silahıyla hədələmələri Vaşinqtonda müzakirə edilən əsas mövzulardandır. ABŞ Avropa ölkələri ilə hərbi əməkdaşlığını genişləndirməklə yanaşı nüvə başlıqlı raket arsenalını artırmaq və həmin raketləri müxtəlif ölkələrdə yerləşdirmək barədə düşünür. Vaşinqton yalnız Avropa qitəsi ilə kifayətlənmək istəmir. Filippinin keçmiş prezidenti Rodriqo Duterte yerli “Manila Standart” qəzetinə verdiyi açıqlamada, ABŞ-ın ölkəsində nüvə silahı yerləşdirmək planı olduğunu bildirib: “Filippin ABŞ hərbi bazalarına qapılarını açıb. Bu halda ABŞ-ın həmin bazalarda nüvə silahı yerləşdirəcəyini ististna etmək olmaz”. Duterte hesab edir ki, ABŞ-Çin müharibəsi olarsa Vaşinqton Filippindəki hərbi bazalarından Çinə qarşı istifadə edəcək və bu halda Filippin zərbə alacaq. ABŞ-la Filippin arasındakı razılaşmaya görə, Amerikanın Filippinin 9 hərbi bazasına daxil olmaq imkanı var. Razılaşmaya görə, Filippində əlavə olaraq 4 yeni hərbi mərkəz qurulacaq. Beləliklə, Vaşinqton Rusiya və Çinin fəaliyyət imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif ölkələrlə hərbi əməkdaşlığını genişləndirib. Rusiya və Çin təhlükəsi avropalı siyasətçilərin də əsas mövzusudur. Almaniyanın Rusiyaya yeni təyin olunan səfiri Aleksandr Lambsdorf dünyanın gələcəyini ABŞ-la Çin arasındakı mübarizənin müəyyənləşdirəcəyini deyib. Səfir Rusiyaya təyinatından əvvəl yerli “Welt am Sonntag” qəzetinə verdiyi açıqlamada, Almaniyanın nə qlobal oyunçu, nə də super dövlət olduğunu bildirib: “Mərkəzi münaqişə ABŞ-la Çin arasında cərəyan edəcək”. Səfir Almaniya iqtisadiyyatının Çinin qarşısında zəif olduğunu etiraf edib. Səfir Almaniya şirkətlərinin Vaşinqtonla Pekin arasındakı mübarizədə risqləri nəzərə almalarının vacib olduğunu vurğulayıb: “İki böyük dövlət arasında qarşıdurma biznesi məhv edə bilər”. Almaniyalı diplomat bütün hallarda ölkəsinin Transatlantik birliyə önəm verməsi vacibliyini bildirib: “Avropalılar birlik halında hərəkət etməli və demokratik tərəfdaşımıza dəstək verməliyik”. Səfir “demokrat tərəfdaşımız” dedikdə ABŞ nəzərdə tutub. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler də son müsahibəsində beynəlxalq aləmdə baş verənlərdən narahatlığını ifadə edib. 70 yaşlı Toni Bler Yaponiyanın “Nikkei Asia” qəzetinə verdiyi müsahibədə deyib ki, Ukrayna müharibəsinin üçüncü dünya müharibəsinə çevrilməməsi üçün Çin bölgədə sülhə çalışmalıdır: “Pekin Kremli inandırmalıdır ki, Rusiya müharibənin gedişatında nüvə silahından istifadə etməməlidir”. Avropa İttifaqı liderlərinin iyunun 30-dakı sammitində qəbul etdikləri ortaq bəyanatda da Çinə müraciət edilir ki, Pekin müharibənin dayandırlılması məqsədilə Kremlə təzyiqi artırsın. Əlbəttə, rusiyalı rəsmilərin Qərbi nüvə silahıyla hədələmələri Çinin də maraqlarına cavab vermir. Ancaq Pekin müharibənin dayandırılması və sülhə nail olmaq üçün Kremlə təsir etmək fikrindən uzaqdır. Pekinin müharibənin dayandırılması üçün irəli sürdüyü 12 maddəlik təkliflər paketi faktiki Rusiyanın Ukraynanın şərqinini işğalının rəsmiləşdirilməsinə xidmət edir ki, Kiyev və Qərb ölkələrinin paytaxtları bununla razılaşmayacaqlar. “Atlas” Araşdırmalar Mərkəzi - DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə 5,2 manat milyon xərcləyəcək
Bu gün, 11:09 |
|
|
|
| • Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı QƏRAR
Bu gün, 11:08 |
|
|
|
| • Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi - DETALLAR
Bu gün, 11:07 |
|
|
|
| • Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi - BAĞLANIR
Bu gün, 11:06 |
|
|
|
| • Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı – HÖKM
Bu gün, 11:05 |
|
|
|
| • Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
| • “Belə valideynin xoşbəxt övladı olur” – Aygün Kazımovanın uşaqlarla maraqlı anları
Bu gün, 11:03 |
|
|
|
| • Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi
Bu gün, 11:02 |
|
|
|
| • Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI
Bu gün, 11:01 |
|
|
|
| • Polis kapitanı çayda boğulub - FOTO
Bu gün, 10:58 |
|
|
|
| • Əməkdar artistdən kobud qayda pozuntusu: yolu kəsib mahnı oxudu - VİDEO
Bu gün, 10:56 |
|
|
|
| • "Güclü sənətin qarşısını heç kim kəsə bilməz"
Bu gün, 10:55 |
|
|
|
| • “Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” – Qaluzin deyir ki...
Bu gün, 10:21 |
|
|
|
| • "Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu"
Bu gün, 10:13 |
|
|
|
| • Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir - "İnterfaks-Qazaxıstan"
Bu gün, 10:09 |
|
|
|
| • Vaşinqtondan başlanan sülh prosesi - MƏQALƏ
Bu gün, 09:02 |
|
|
|
| • Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00 |
|
|
|
| • Götürək Gürcüstan cəmiyyətini... - Fazil Mustafa yazır...
Bu gün, 08:57 |
|
|
|
| • "Evdə uşaq ac qalmalıdır?" - "Kapital bank" a "DUR" deyən olacaqmı?
Bu gün, 08:50 |
|
|
|
| • “VƏ”dən əvvəl gələn Azərbaycan - Elçin Mirzəbəyli yazır...
Bu gün, 08:40 |
|
|
|
| • Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz - Vuçiç
Bu gün, 08:30 |
|
|
|
| • Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə – Regionda proseslər sürətləndi
Bu gün, 08:29 |
|
|
|
| • Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... - "Az qala hər ay maaşlar aşağı düşür..."
Bu gün, 08:25 |
|
|
|
| • Tarix məhkəmə zalı deyil... - REPLİKA
Bu gün, 08:04 |
|
|
|
| • "Liftlər baxımsızdır, amma illik pul yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 07:58 |
|
|
|
| • 2 ildir ki, buradan mənzil alıb, amma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:51 |
|
|
|
| • "Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." - Natiq Cəfərli
Bu gün, 07:39 |
|
|
|
| • " Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." - Rəqsanə İsmayılova
Bu gün, 07:34 |
|
|
|
| • 4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Bu gün, 07:29 |
|
|
|
| • Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... - Ruhumuz heç də ŞAD OLMAYACAQ...
Bu gün, 07:23 |
|
|
|
| • "21-ci əsrdir... amma bu kənddə..." - GİLEY
Bu gün, 07:10 |
|
|
|
| • Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:57 |
|
|
|
| • ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30 |
|
|
|
| • Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24 |
|
|
|
| • Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib - Pezeşkiandan ETİRAF
Bu gün, 06:22 |
|
|
|
| • Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Dünən, 12:11 |
|
|
|
| • "İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Dünən, 11:41 |
|
|
|
| • TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Dünən, 11:36 |
|
|
|
| • Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Dünən, 11:29 |
|
|
|
| • Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 10:30 |
|
|
|
| • İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Dünən, 10:23 |
|
|
|
| • Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Dünən, 08:55 |
|
|
|
| • ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Dünən, 08:44 |
|
|
|
| • Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Dünən, 08:35 |
|
|
|
| • ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Dünən, 08:14 |
|
|
|
| • Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Dünən, 08:01 |
|
|
|
| • Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Dünən, 07:59 |
|
|
|
| • " 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Dünən, 07:48 |
|
|
|
| • Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Dünən, 07:37 |
|
|
|
| • "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Dünən, 07:31 |
|
|
|
|