Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydasını kobud şəkildə pozub.
"DİA-AZ" "Avtosfer.az"a istinadən xəbər verir ki, sənətçi sözügedən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Kadrlardan görünür ki, o, idarə etdiyi 90-RX-200 dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobili yolun hərəkət hissəsinin tam mərkəzində saxlayıb, daha sonra isə avtomobildən düşərək yolun ortasında mahnı oxumağa başlayıb.
Bu zaman arxadan gələn digər nəqliyyat vasitələrinin sürücüləri oranı çətinliklə keçiblər.
Yolun hərəkət hissəsinin bu şəkildə zəbt edilməsi sürücülərə maneə ilə yanaşı, həm də qəza riski yaradır. Çəkiliş məqsədilə belə addımların atılması birmənalı şəkildə qadağandır.













