Bakı Apellyasiya Məhkəməsində əmlakın leqallaşdırılmasında təqsirləndirilən Rusiya Federasiyası vətəndaşları - İgor Zabolotskikh və İlnur Valıtovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib
Qeyd: Həmin şəxslər qumar oyunlarından cinayət yolu ilə əldə edilmiş 98 000 manat pulun leqallaşdırılmasında təqsirləndirilirlər.
Onlara qarşı AR Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İgor Zabolotskikh və İlnur Valıtovun hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.













