FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə .....                     Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı .....                     Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi .....                     Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi .....                     Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı .....                     Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB .....                     “Belə valideynin xoşbəxt övladı olur” .....                     Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi .....                     Azərbaycanda şirkətlər ayrıldı .....                     Polis kapitanı çayda boğulub .....                     Əməkdar artistdən kobud qayda pozuntusu: yolu kəsib mahnı oxudu .....                     "Güclü sənətin qarşısını heç kim kəsə bilməz" .....                     “Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” .....                     "Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu" .....                     Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir .....                     Vaşinqtondan başlanan sülh prosesi .....                     Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə .....                     Götürək Gürcüstan cəmiyyətini... .....                     "Evdə uşaq ac qalmalıdır?" .....                     “VƏ”dən əvvəl gələn Azərbaycan .....                     Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz .....                     Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə .....                     Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... .....                     Tarix məhkəmə zalı deyil... .....                     "Liftlər baxımsızdır, amma illik pul yığılır..." .....                     2 ildir ki, buradan mənzil alıb, amma... .....                     "Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." .....                     " Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." .....                     4 min manata telefon alasan, o da belə... .....                     Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... .....                     "21-ci əsrdir... amma bu kənddə..." .....                     Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... .....                     ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir .....                     Bakıda HAVALAR ÇÖNÜR? .....                     Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib .....                     Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                 

Putin QƏFLƏT YUXUSUNDAN ayılacaqmı? - NƏ BAŞ VERİR?
Tarix: 18-07-2023, 06:08 | Çap et
Putin QƏFLƏT YUXUSUNDAN ayılacaqmı?
Rusiyanı dənizdən Krım yarımadası ilə birləşdirən Krım körpüsü növbəti dəfə partladılıb. Xəbər agentliklərinin məlumatına görə, körpünün bir hissəsi tamamilə dağıdılıb, digər hissəsi isə 50 santimetrə qədər çöküb.

İlkin xəbərlərdə qeyd edilir ki, körpü iyulun 17-də gecə saat 03:20-də vurulub. Rusiya tərəfi hücumda ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarını ittiham edərək, əməliyyatı bilavasitə Ukrayna xüsusi xidmət orqanlarının həyata keçirdiyini bildirir.

Hələlik, hücum zaman uzaq mənzilli raketlərdən, yoxsa dəniz dronlarından istifadə edilməsi məsələsi açıq qalır. Rusiya tərəfi hətta hücumun su motosikletlərindən istifadə etməklə həyata keçirildiyi versiyasını da ortaya atıb. Bəzi mənbələr isə bu motosikletlərin mülki gəmidən, məsələn, taxıl daşıyan tankerdən suya buraxıla biləcəyini də versiya kimi səsləndirilər.

Rusiyanın dərhal ittihamla çıxış etməsinə baxmayaraq, hücumu kimin həyata keçirməsi məsələsi açıq qalıb. Rəsmi Kiyev hələ də məsuliyyəti öz üzərinə götürməyib. Baxmayaraq ki, Ukrayna Milli Təhlükəsizlik Şurası qeyri rəsmi kanallarda körpünün vurulmasının onların işi olduğunu dolayısı ilə təsdiq edir.

Eyni zamanda, körpünün vurulması maraqlı tarixə təsadüf edir. Məlum olduğu kimi, iyulun 17-də Ukrayna, Rusiya, Türkiyə və BMT arasında əldə edilən “taxıl sazişi” başa çatır. Rusiya, beynəlxalq təzyiqə və təkidə baxmayaraq bu sazişin vaxtının uzadılmayacağını deyirdi. Amma BMT və Türkiyə son ana qədər sazişin uzadılacağına ümid edirdilər. İndi isə Kreml şərtləri yerinə yetirilməyənə qədər heç bir halda “taxıl sazişinə” qayıtmayacağını bəyan edir.

Krım körpüsünün vurulması hansı anlama gəlir və hansı nəticələrə səbəb ola bilər?

Öncə, körpünü kimin vura biləcəyindən başlayaq. Sözsüz ki, bu, ilk növbədə Kiyevin marağındadır. Rusiya daha təhlükəsiz sayılan Krım körpüsü vasitəsilə cəbhə xəttindəki qoşunlarının, eləcə də yarımadanın əhalisinin təminatını həyata keçirirdi. Hazırda isə bu təminat Ukraynanın işğal edilmiş Mariupol, Berdyanks, Melitopol şəhərlərindən keçməklə həyata keçirirdi. “Ölüm yolu” adlandırılan bu marşrut isə daima atəşə tutulur və təhlükəsiz deyil. Digər tərəfdən, Çonqardakı körpü vurulsa, Rusiyanın heç bir alternativi qalmayacaq.

Krım körpüsünün vurulması bütün iddialara baxmayaraq, Ukraynanın Krım planından əl çəkmədiyini göstərir. Qeyd edək ki, bəzi Qərb dairələri Ukraynanın Donetsk və Luqansk vilayətlərini geri alması, Krım yarımadasını isə Rusiyaya güzəştə getməsi ssenarisini müzakirə edirlər. Guya ki, Ukrayna Rusiya prezidenti Vladimir Putini daha da qızışdırmamaq üçün, Krımdan imtina etməlidir. Amma Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı onu heç bir qüvvənin dayandıra bilməyəcəyini, ilk imkandaca Krımdakı Rusiya qüvvələrini vuracağını və yarımadanı geri qaytaracağını bəyan etmişdi. Krım körpüsünün vurulması isə Ukrayna siyasi hakimiyyətinin və hərbçilərinin qərarlı olduğunu göstərir.

Eyni zamanda, bu əməliyyat bir daha Rusiyanın müdafiə potensialının zəifliyini göstərir. Moskva durmadan insanları körpünün təhlükəsizliyinə inandırmağa çalışırdı. Ötən il Krım körpüsünün partladılmasından sonra “təhlükəsizlik” məsələsi ciddi zərbə almışdı. Bundan sonra körpünün qorunmasını daha da gücləndirən, əlavə tədbirlər görən Rusiya bir daha belə diversiyalara yol verilməyəcəyini bildirmişdi. İndi isə məlum olur ki, “təhlükəsizlik heç də təhlükəsiz deyil”, bütün səylərə baxmayaraq Krım körpüsü vurulur.

Yeri gəlmişkən, bu həm də Rusiyada korrupsiyanın və tikinti prosesinin bərbadlığını nümayiş etdirir. Ukrayna qoşunları ötən il Xerson şəhərini geri qaytarmaq üçün özlərinin tikdikləri Antonov körpüsünü partlatmaq məcburiyyətində qalmışdılar. Körpü ancaq dəfələrlə raket zərbəsi endiriləndən sonra yararsız hala düşmüşdü. Daha böyük və möhkəm olmalı olan Krım körpüsü isə ilk həmlədəcə çökür.

Ukrayna Krımın və Krım istiqamətindən Rusiya qoşunlarının təminatını qısa müddətə də olsa kəsməyi bacardı. Bu həm də, Ukraynanın hansı silahlara malik olduğunu və kəşfiyyatının necə işlədiyini göstərdi. Rusiya körpünü yenidən təmir edərək işə salmağa çalışacaq. Amma artıq aydındır ki, bu zərbələrin ardınca digər zərbələr gələcək və daha tez-tez olacaq.

Ortada ən böyük zərbə isə Putinin imicinə dəymiş oldu. Krım körpüsünün tikintisini və Krımın işğalını özünün şah əsəri elan edən Rusiya lideri hazırda “bu əsərlərdən” məhrum olmaq təhlükəsi ilə üzləşib. Mümkündür ki, Putin cavab olaraq Ukrayna ərazisinin, mülki infrastrukturunun vurulmasını gücləndirsin, eləcə də vacib dövlət obyektlərinə zərbə endirsin.

Amma bu, Rusiya rəhbərliyinə yuxudan ayılmaq üçün siqnal rolunu da oynaya bilər. Krımda başlayan müharibənin Krımda başa çatmaq ehtimalı da var.

Press Klub







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə 5,2 manat milyon xərcləyəcək
Bu gün, 11:09
Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı QƏRAR
Bu gün, 11:08
Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi - DETALLAR
Bu gün, 11:07
Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi - BAĞLANIR
Bu gün, 11:06
Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı – HÖKM
Bu gün, 11:05
Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB - TƏFƏRRÜAT
Bu gün, 11:04
“Belə valideynin xoşbəxt övladı olur” – Aygün Kazımovanın uşaqlarla maraqlı anları
Bu gün, 11:03
Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi
Bu gün, 11:02
Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI
Bu gün, 11:01
Polis kapitanı çayda boğulub - FOTO
Bu gün, 10:58
Əməkdar artistdən kobud qayda pozuntusu: yolu kəsib mahnı oxudu - VİDEO
Bu gün, 10:56
"Güclü sənətin qarşısını heç kim kəsə bilməz"
Bu gün, 10:55
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” – Qaluzin deyir ki...
Bu gün, 10:21
"Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu"
Bu gün, 10:13
Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir - "İnterfaks-Qazaxıstan"
Bu gün, 10:09
Vaşinqtondan başlanan sülh prosesi - MƏQALƏ
Bu gün, 09:02
Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Götürək Gürcüstan cəmiyyətini... - Fazil Mustafa yazır...
Bu gün, 08:57
"Evdə uşaq ac qalmalıdır?" - "Kapital bank" a "DUR" deyən olacaqmı?
Bu gün, 08:50
“VƏ”dən əvvəl gələn Azərbaycan - Elçin Mirzəbəyli yazır...
Bu gün, 08:40
Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz - Vuçiç
Bu gün, 08:30
Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə – Regionda proseslər sürətləndi
Bu gün, 08:29
Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... - "Az qala hər ay maaşlar aşağı düşür..."
Bu gün, 08:25
Tarix məhkəmə zalı deyil... - REPLİKA
Bu gün, 08:04
"Liftlər baxımsızdır, amma illik pul yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 07:58
2 ildir ki, buradan mənzil alıb, amma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:51
"Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." - Natiq Cəfərli
Bu gün, 07:39
" Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." - Rəqsanə İsmayılova
Bu gün, 07:34
4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Bu gün, 07:29
Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... - Ruhumuz heç də ŞAD OLMAYACAQ...
Bu gün, 07:23
"21-ci əsrdir... amma bu kənddə..." - GİLEY
Bu gün, 07:10
Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:57
ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30
Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24
Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib - Pezeşkiandan ETİRAF
Bu gün, 06:22
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Dünən, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Dünən, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Dünən, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Dünən, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Dünən, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Dünən, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Dünən, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Dünən, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Dünən, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Dünən, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Dünən, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Dünən, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Dünən, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Dünən, 07:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru