“VƏ”dən əvvəl gələn Azərbaycan .....                     Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz .....                     Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə .....                     Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... .....                     Tarix məhkəmə zalı deyil... .....                     "Liftlər baxımsızdır, amma illik pul yığılır..." .....                     2 ildir ki, buradan mənzil alıb, amma... .....                     "Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." .....                     " Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." .....                     4 min manata telefon alasan, o da belə... .....                     Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... .....                     "21-ci əsrdir... amma bu kənddə..." .....                     Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... .....                     ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir .....                     Bakıda HAVALAR ÇÖNÜR? .....                     Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib .....                     Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                 

Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır” - FOTOLAR
Tarix: 23-11-2017, 09:33 | Çap et
Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”
Söhbət ölməz yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərindən getməyəcək. Gədəbəyli sahibkar Fəxrəddin Bağırovun başına gətirilən müsibətdən bəhs edəcəyik.

Gədəbəydə nə baş verib?

Gədəbəydə günün-günorta çağı sahibkar Fəxrəddin Bağırovun obyektinin qapısına bir maşın daş tökərək girişini hörüblər. İşini iflic edib özünü isə rayondan didərgin salıblar. İnanılası deyil, amma bu baş verib. Bakıdan Gədəbəyə 440 kilometrlik yolu qət edib mənzil başına çatana qədər biz də belə bir hadisənin baş verə biləcəyinə inanmırdıq. Azından ona görə ki, belə bir hadisə ölkə rəhbərliyinin sahibkarlığın inkişafı üçün apardığı siyasətə daban-dabana ziddir. Düşünürdük ki, bunu edənlər ən azından rəsmi qəzetləri alıb oxuyurlar. Gədəbəyin mərkəzi hissəsində yerləşən həmin obyektə çatırıq və gördüklərimiz əlimizi üzümüzdə qoyur. Sahibkar Fəxrəddin Bağırovun söylədikləri acı həqiqətdir. Bu gün Gədəbəyin mərkəzi hissəsinin yarım kilometrliyində, Heydər Əliyev prospektində sahibkarın obyekti faktiki olaraq təcrid edilmiş durumda, blokada vəziyyətindədir. Dinlədiyimiz sakinlər deyir ki, icra başçısı Ramiz Yediyarovun onunla apardığı ədavətin tarixi 6 il əvvələ gedib çıxır. R.Yediyarov başçı təyin ediləndən sonra günün birində sahibkarın obyekti qarşısında rayon mənzil kommunal təsərrüfat işçiləri peyda olublar. Və tikinti mağazasının giriş qapısını daşla hörüb üzərindən də dekorativ daşlardan sədd çəkiblər. Həmin vaxt bu söhbət bütün Gədəbəyə yayılsa və rayonun sərhədlərini aşıb Bakıya qədər gəlib çatsa da, sahibkarın dadına yetən olmayıb. Ötən illər ərzində sahibkar ticarətinin qarşısına çəkilən başçı səddini obyektin Heydər Əliyev prospektinə açılan yeganə çıxışı üzərindən aşa bilib. Bunu Gədəbəydə bilməyən yoxdur. Məsələdən agah olan yerli sakinlər deyirlər ki, F.Bağırov ötən illər ərzində beləcə çox çətin şərtlər altında fəaliyyətini davam etdirmək məcburiyyətində qalıb. Bu il noyabrın əvvəlində isə obyektin yeganə və əsas giriş qapısı da hörülüb.

“Başçı onunla prinsip aparır. İllərdir ki, Fəxrəddin Bağırov başını birtəhər hərləyirdi, tikinti mallarını çox ucuz və nisyə satıb dolanırdı. Bir qədər əvvəl rayon işçiləri onun obyektinin yeganə qapısını da bağladılar. Kimə nə deyəcək? Gədəbəy Bakıdan çox uzaqdır. Allah başçıya insaf versin. Nə deyək?” - adının çəkilməsini istəməyən rayon sakinlərindən biri belə deyir.

Digər bir sakin isə icra başçısının hərəkətlərindən rayonda narazılığın olduğunu gizlətmir: “Ramiz Yediyarov rayona başçı təyin olunandan sahibkarlarla yola getmir. Gah obyektlərini sökdürür, gah işığını kəsdirirdi. İndi də Fəxrəddinin obyektinin qapısını hasarladıb. Özünü də rayondan didərgin salıb. Cənab prezidentimiz sahibkarlığın inkişafı üçün əlindən gələni edir, adamlara iş yeri açılması üçün çalışır. Burada isə tam əksidir. Obyektlərin qapısına hasar çəkirlər, adamları işsiz-gücsüz qoyurlar. Belə hallardan sonra kim gətirib rayona pul yatırar? Sahibkarlığı inkişaf etdirər? Bakıda Gədəbəydə baş verən haqsızlıqlardan xəbərləri yoxdur. Olsaydı, belə bir həngamə çıxmazdı. Sahibkarın obyektinin qapısını hasarlamaq nə deməkdir?”

Başqa bir sakin isə deyir ki, Ramiz Yediyarov F.Bağırovun obyektinin qarşısına daş hasar çəkdirib, onun sənədli-sübutlu həyətyanı sahəsinin hasarını isə uçurtdurub: “Fəxrəddinin obyekti ilə həyətyanı sahəsi üz-üzədir. Başçı bir tərəfdən onun obyektinin darvazasını hördürürdü, əks tərəfdə-yolun o biri üzündə isə həyətyanı sahəsinə ağır texnika, traktor yeridib hasarını uçurdurdu. Hasarı yerləbir etdilər. Bunu Allah götürməz. Gədəbəydə insanlar safdır, bizə qarşı belə düşmən münasibət olmaz. Yəqin ki, Bakıda, mərkəzi hakimiyyət orqanlarında bundan xəbərsizdirlər, cənab prezidentdən bu hadisələri gizlədirlər. Bu, sahibkara divan tutulmasıdır. Rayonda başçının hərəkətləri hər kəsi qəzəbləndirib. Sahibkarların bir çoxu obyektlərinə, mallarına xətər gələcəyindən çəkinirlər. Fəxrəddinin başına gətirilən müsibəti cənab prezident bilmir, bilsə, agah olsa, bütün bunlar aradan qalxar, haqsızlıq, ədalətsizlik ərşə qalxmaz”.

Ərazidə olarkən gördüklərimizə heyrət etdik. 3 tərəfi yarğanla əhatələnən, bir tərəfi hasarla hörülən tikinti malları satışı məntəqəsinə, sadəcə, giriş-çıxış yoxdur! Yəni sahibkara, ora gələcək müştərilərə məntəqəyə girib çıxmaq üçün 2 metrlik nərdivan lazımdır. Başqa cür hasarı aşmaq mümkünsüzdür. Biz ərazidə nərdivan tapa bilmədik. Elə hasara dırmanıb iç tərəfdən baş verənləri seyr etmək istəyirdik ki, şaqqıltı ilə bir köhnə ayaqqabı düz qabağımızda yerə çırpıldı. Ətrafa göz gəzdirib ayaqqabının haradan düşdüyünü müəyyən etməyə çalışırdıq ki, hasarın o üzündən daha bir ayaqqabının düz üstümüzə gəldiyini görüb ani olaraq kənara atıldıq. Özümüzü toparlayıb nə baş verdiyini aydınlaşdırmaq istəyirdik ki, hasarın üstündən ayaqlarını sallayan, “qadan alım, mənə əlini ver aşağı düşüm” sözlərini deyən 45-50 yaşlı bir qadını gördük.

Yaşlı qadının hasar üstünə necə çıxmasına heyrət etsək də, anladıq ki, əks tərəfdən hasara çıxmağa imkanlar bu üzdən daha artıqdır. Cəld qabağa keçib qadını birtəhər hasardan aşağı endirə bildik. Əllərindəki qabarlar, üzündəki qırışlar qarşımızda sadə bir kəndli qadın olduğunu pıçıldayırdı.

Nə baş verdiyini anlamayan qadın söhbətə başladı, bizi hasarı tikdirən bilib sorğu-suala tutdu.

- Niyə buranı hasarlayıbsınız? İllərdir ki, yolumuzu yaxın etmək üçün buradan keçirik axı. İndi biz nə edəcəyik? Haradan gedib-gələcəyik?



Birtəhər qadına izah edə bildik ki, bu hasarı öz gözlərimizlə görmək üçün Bakıdan Gədəbəyə gəlmişik. Mətbuat nümayəndəsi olduğumuzu bilincə isə sadə kənd adamı olan qadın “sən Allah mənim admı heç hara yazmayın. Qəpik-quruş pensiya alırıq, onu da kəsərlər” deyib ayaqqabılarını götürüb uzaqlaşdı...

Məntəqənin içinə hasara birtəhər dırmaşmaqla düşə bildik. Xeyli tikinti materialları artıq məntəqəyə gələ bilməyəcək müştərisini gözləyir. Qiymətləri üzərində yazılıb vurulub. Müxtəlif tikinti materialları malları, məişət cihazlarının ehtiyat hissələrinin satılması haqda elanlar asılıb, ustalara yönəlik məlumatlar gözə çarpır. Sahibkarın maşın-texnikası da ağzı günə qalıb zay olur. Məntəqənin iç tərəfindən yaxın keçmişə qədər Heydər Əliyev prospektinə açılan darvaza da diqqətimizdən yayınmır. Darvaza açıqdır, amma çıxış yoxdur - daş hasar böyük əngələ çevrilib.

Məntəqənin qarovulçuları nə baş verdiyindən çiyinlərini çəkə-çəkə, həvəssiz danışırlar. Deyirlər ki, işləri iflic olub, məntəqədə işləyən fəhlələr də dağılışıblar. Sahibkar da daş hasarla darvazası hörüləndən Bakıya - səlahiyyət sahiblərinin qəbuluna gedib və geri qayıtmayıb.

Deyirlər ki, təxminən bir ay əvvəl fəhlələr səhərlər məntəqəyə - iş yerlərinə gəlib işləyir, qazanır və evlərinə gedirdilər. İndi isə ailələrini saxlamaq üçün iş tapmaq niyyəti ilə ətraf rayonlara, hətta Gəncəyə də gedirlər. Məntəqənin içindən qapıları açırıq və Heydər Əliyev prospektinə çıxa bilmirik - səbəb isə sadədir. Bizi prospektlə daş hasar ayırır. O hasar ki, səsi-sorağı bütün Gədəbəyə, ətraf rayonlara, indi isə həm də Bakıya sahibkarlığın qarşısına çəkilən böyük sədd kimi yayılıb...


Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”
Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”
Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”
Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”
Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”
Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”
Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”
Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”
Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“VƏ”dən əvvəl gələn Azərbaycan - Elçin Mirzəbəyli yazır...
Bu gün, 08:40
Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz - Vuçiç
Bu gün, 08:30
Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə – Regionda proseslər sürətləndi
Bu gün, 08:29
Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... - "Az qala hər ay maaşlar aşağı düşür..."
Bu gün, 08:25
Tarix məhkəmə zalı deyil... - REPLİKA
Bu gün, 08:04
"Liftlər baxımsızdır, amma illik pul yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 07:58
2 ildir ki, buradan mənzil alıb, amma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:51
"Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." - Natiq Cəfərli
Bu gün, 07:39
" Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." - Rəqsanə İsmayılova
Bu gün, 07:34
4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Bu gün, 07:29
Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... - Ruhumuz heç də ŞAD OLMAYACAQ...
Bu gün, 07:23
"21-ci əsrdir... amma bu kənddə..." - GİLEY
Bu gün, 07:10
Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:57
ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30
Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24
Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib - Pezeşkiandan ETİRAF
Bu gün, 06:22
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Dünən, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Dünən, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Dünən, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Dünən, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Dünən, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Dünən, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Dünən, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Dünən, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Dünən, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Dünən, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Dünən, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Dünən, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Dünən, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Dünən, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Dünən, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Dünən, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Dünən, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Dünən, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Dünən, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Dünən, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Dünən, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Dünən, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Dünən, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Dünən, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Dünən, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
8-08-2026, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
8-08-2026, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
8-08-2026, 13:35
Qazaxda taxıl biçini başa çatıb
8-08-2026, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
8-08-2026, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
8-08-2026, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
8-08-2026, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
8-08-2026, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru