Mollayev CƏZASIZ QALDIQCA... .....                     “907-ci düzəliş” ətrafında yeni qarşıdurma .....                     298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı .....                     “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...” .....                     Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu .....                     Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər .....                     Hər uşaq üçün 250 manat hazırlayın .....                     Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir .....                     Biz nəyin davasını edirik? .....                     "Mən səni “axmaq” adlandırmayacağam" .....                     Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                     Məmurlarımız necə TƏLƏYƏ SALINIB... .....                     Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                     Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib .....                     “Elektron Məhkəmə Sistemində problemlər davam edir” .....                     İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu .....                     Kremlin qəzəbi Ermənistana baha başa gəlir: .....                     Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi .....                 

Müharibənin miqyası genişlənir: “Demokratiya ilə avtokratiya arasında ilk real döyüş” - İNCƏLƏMƏ...
Tarix: 6-05-2022, 10:37 | Çap et
Müharibənin miqyası genişlənir: “Demokratiya ilə avtokratiya arasında ilk real döyüş”
ABŞ Prezidenti Co Bayden Alabama ştatında Ukrayna üçün raket kompleksləri istehsal edən zavoda səfəri zamanı Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırıb. Ağ Evin rəhbəri deyib ki, bu cür böhranlar təxminən altı-səkkiz nəsildə bir dəfə baş verir.

“Açıq deyə bilərik ki, Rusiya hərbi birləşmələri böyük çətinliklə üzləşib. Rusiya üçün bu müharibə strateji məğlubiyyətdir. Ukraynaya 3 milyard dollardan çox hərbi yardım etmişik. Biz Ukraynaya kömək etməsək, ruslar irəliləməyə davam edəcəkdilər. Bununla bağlı bizdə səhih məlumatlar var. Müharibəyə qarşı çıxmasaq, bunun nəticələri daha ağır olacaq”, - deyə Bayden vurğulayıb.

O, Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırıb.

Lakin ABŞ-ın demokratiya mövzusunda səmimi olmadığını, yalnız öz maraqları tələb etdiyi zaman “demokratiya silahı”na sarıldığını iddia edənlər də var. Onların qənaətinə görə, ABŞ Avropada itirmiş olduğu mövqeyini bərpa etmək və Çinlə Rusiyanın birləşməsinin qarşısını almaq üçün Ukraynaya dəstək göstərməkdə davam edir. Bununla yanaşı, Kremlin dünyada avtoritarizmin əsas dəstəkçisi olduğunu və bu səbəbdən ona qarşı təzyiqlərin qaçılmaz olduğunu hesab edənlərin sayı da az deyil. DİA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev AYNA-ya müsahibəsində Ukrayna ətrafında baş verənlər haqqında danışıb:

- Fərid bəy, ABŞ Prezidenti Ukraynadakı hadisələri demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırıb. Sizcə, bu, doğrudanmı belədir?

- Təbii ki, Co Baydenin bu fikirlərində həqiqət payı var. Lakin bu, ikinci dərəcəli məsələdir və əsas diqqət Rusiyanın Ukraynaya qarşı ərazi iddialarına yönəlib. ABŞ və Qərb Rusiyanın imperiya iddialarından və bərpa planlarından ciddi şəkildə narahatdır. O ki qaldı Baydenin Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırmasına, bu bəyanatda müxtəlif təzahürləri müşahidə etmək mümkündür. Məlumdur ki, Ukraynanın daxili siyasətində də müəyyən problemlər mövcuddur. Rusiya qonşuluqda Qərbə inteqrasiya edən və müstəqil qərarlar verən bir ölkənin olmasını istəmir. Ukraynaya hərbi müdaxilənin əsas səbəblərindən biri elə budur. Moskva onun sərhədləri yaxınlığında Qərbin güclənməsinə hər vəchlə mane olmağa çalışır. Bundan narahatlığını gizlətmir. Amerikada və Qərbdə hesab edirlər ki, bu, demokratiya ilə avtokratiya arasında döyüşdür. Moskvada isə bunu Qərbin Rusiyaya qarşı yönələn təzyiqi kimi qiymətləndirirlər. Təbii ki, hər bir tərəfin öz arqumenti var və hər kəs öz mövqeyində haqlı olduğunu iddia edir.

- İddialar mövcuddur ki, ABŞ Avropada itirmiş olduğu mövqelərini bərpa etmək və Çinlə Rusiyanın yaxınlaşmasına mane olmaq üçün Ukraynaya dəstək verir...

- Burada Çin amili bir o qədər də mühüm rol oynamır. Daha çox Rusiya ilə birbaşa mübarizədən söhbət gedir. Söylədiyim kimi, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyanın imperiya səylərindən narahatdır. ABŞ-ın Avropada itirmiş mövqelərinin bərpasına gəldikdə isə, Ukraynaya qarşı təcavüz siyasəti ilə Rusiya imkan verib ki, ABŞ Avropada güclənsin. Buna görə kimisə ittiham etməyə də dəyməz. Əgər həqiqətən Moskva buna imkan vermək istəmirdisə, bu halda Ukraynaya qarşı müharibəyə başlamamalı idi.

- Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəni münaqişəyə ikili standartlardan yanaşmaqda ittiham edib. Maraqlıdır, o, niyə belə bir açıqlama ilə çıxış edib?

- Yəqin ki, Zelenski psixoloji cəhətdən yorulub və belə bəyanatlar səsləndirir. Biz görürük ki, Ukrayna rəsmiləri, eləcə də Zelenski təkcə Türkiyəni deyil, Qərbi də ittiham edir. Görünür, təcavüz və onun doğurduğu nəticələr, dinc əhaliyə qarşı zorakılıq Zelenskini psixoloji baxımdan yorub. İnanmıram ki, bunun arxasında ciddi səbəblər dayanır və Zelenski Türkiyə ilə bağlı hər hansı addım atacaq. O, sadəcə psixoloji yorğunluqdan dolayı bu cür fikirlər səsləndirib, məhz elə buna görə də, rəsmi Ankara məsələyə hər hansı münasibət bildirməyib. Yəqin onlar da başa düşürlər ki, Zelenski gərgindir və güzəşt yolunu tutublar.

- Məlumatlar yayılır ki, Ukrayna münaqişəsi başa çatandan sonra Qərb Türkiyə və Macarıstana təzyiqləri artıracaq. Bu iddiaların həqiqət yükü varmı?

- Türkiyə və Macarıstana qarşı post-müharibə dövründə ciddi təzyiqlər gözlənilmir. Çünki Qərb üçün ön planda bu ölkələr deyil. Rusiya ilə olan münaqişə bir daha göstərdi ki, Türkiyə çox vacib bir müttəfiqdir. Şübhəsiz ki, onu itirmək istəməyəcəklər. Düzdür, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, lakin hərbi baxımdan çox vacib müttəfiqdir. Türkiyə müharibə dövründə Ukraynaya dəfələrlə dəstək nümayiş etdirib və bunu rəsmi Kiyevdə də etiraf edirlər. Qərbin əsas diqqəti Rusiya ilə yanaşı, əsas geosiyasi oyunçulara - Çin, Hindistan və digər dövlətlərə yönəlib. Onlar xüsusən Hindistandan sanksiyalara qoşulmağı gözləyirdilər. Şübhəsiz ki, müəyyən təzyiqlər vasitəsilə buna nail olmağa səy göstərəcəklər.

- Dünya gündəmini məşğul edən əsas mövzu Ukraynadır. Sizcə, Ukrayna böhranı nə zamana qədər davam edəcək?

- Açığını desəm, münaqişənin tezliklə bitəcəyini ehtimal etmirəm. Bu, yalnız bir halda mümkündür - Rusiyanın daxilində köklü dəyişikliklər baş verərsə, atəşkəs əldə oluna bilər. Əks halda münaqişənin tezliklə başa çatacağını söyləmək mümkün deyil. Məlumdur ki, ABŞ və Qərbin əsas məqsədi Rusiya iqtidarını zəiflətməkdir və bunu gizlətmirlər də. Görünən odur ki, onlar bu iddialarından geri çəkilmək niyyətində deyillər, belə bir həssas şəraitdə Kreml də geri addım atmayacaq. Bu baxımdan Rusiyanın rəhbərliyində ciddi dəyişikliklər baş verməyənə qədər müharibənin, münaqişənin davam edəcəyini söyləmək olar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Dünən, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Dünən, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Dünən, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Dünən, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Dünən, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Dünən, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Dünən, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Dünən, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Dünən, 15:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru