Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib .....                     Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi .....                     Paşinyan referendumla bağlı hərəkətə keçdi .....                     İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər .....                     Azərbaycanla Ermənistan arasında .....                     800 manata 3 günlük İŞGƏNCƏ! .....                     MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? .....                     “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” .....                     Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? .....                     Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: .....                     İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? .....                     Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? .....                     Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? .....                     “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək .....                     Gənc müəllimin “qorxmayın” sözünə .....                     İrəvan Moskvanın tələbini rədd etdi .....                     Qafqaz ölkələrinin yeni artım tempi .....                     Ferması dağıdıldı, mal-qarası tələf edildi .....                     Avropanın “demokratiya” PARADOKSU .....                     Ayxan İsrafilov azadlığa buraxıldı .....                     Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb .....                     Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: .....                     “Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” .....                     Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: .....                     MİDA-da yeni təyinat olub .....                     Şirkət üç illik auditor axtarır .....                     Cənubi Qafqazda sülhün əsas şərtləri .....                     Tramp İrandan danışıb: .....                     Dünyada ən çox istehsal olunan 40 qida məhsulu .....                     AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək .....                     Həbsdə olan Qaqik Çarukyanın şirkəti .....                     Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI .....                     Ermənistan dəmir yumruğu deyəsən unudub .....                     Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… .....                     7-8 kiloluq quzuları niyə kəsirlər? .....                     İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf .....                     Zərdabda əkin sahələrinin su təminatına .....                     Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? .....                     Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur .....                 

MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Tarix: Bu gün, 14:29 | Çap et

Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlər vakant yerlərin müsabiqədən əvvəl açıqlanmamasından narazıdırlar. Onlar hesab edirlər ki, hansı rayon və fənlər üzrə nə qədər vakansiyanın olduğu əvvəlcədən məlum olsa, namizədlər həm imtahana hazırlıq prosesini, həm də vaxt və maliyyə resurslarını daha düzgün planlaşdıra bilərlər.

Bəs vakant yerlərin müsabiqədən əvvəl açıqlanması nə dərəcədə vacibdir? Namizədlərin bu tələbi əsaslıdırmı və mövcud sistemdə hansı dəyişikliklərə ehtiyac var?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Qaynarinfo-ya açıqlamasında bildirib ki, vakant yerlərin əvvəlcədən elan olunması yalnız inzibati məsələ deyil, həm də təhsil idarəçiliyinin əsas prinsiplərindən biridir:

“Son dövrlərdə MİQ imtahanlarında iştirak edən namizədlərin vakant yerlərin imtahandan əvvəl açıqlanmaması ilə bağlı narazılıqlarını müşahidə edirik. Düşünürəm ki, bu, sadəcə inzibati şikayət deyil, həm də təhsil menecmentinin fundamental prinsiplərinə birbaşa toxunan ciddi problemdir.

Namizədlərin vakant yerləri əvvəlcədən bilməsi onlara resurslarını buna uyğun idarə etmək imkanı verərdi. Zaman və maliyyə resurslarının itirilməməsi ilə bağlı iradları da tamamilə doğru hesab edirəm. Mövcud yanaşma insan kapitalının səmərəsiz istifadəsinə, həmçinin namizədlərdə peşəkar depresiyaya və dövlət-vətəndaş münasibətlərində etimadın zədələnməsinə yol aça bilər.

Açığı deyim ki, bu istiqamətdə mənim özümə də müraciətlər olur, insanların haqlı narazılıqlarını ifadə etdiklərini görürəm.

Təhsil idarəçiliyi və strategiyası baxımından müəllim tələb-təklif zəncirinin idarə edilməsi tam şəffaflıq və proqnozlaşdırıla bilənlik prinsipinə əsaslanmalıdır. Avropa təhsil məkanları standartları tələb edir ki, dövlət qulluğu və müəllimlərin işə qəbulu kimi kütləvi müsabiqələrdə namizədlərin hərtərəfli məlumatlandırılması və strateji planlaşdırma həlledici rol oynasın”.

İlqar Orucov qeyd edib ki, prosesin şəffaflığı ilə bağlı hər hansı bir şübhə ola bilməz. MİQ imtahanının keçirilməsində şəffaflıq baxımından son illərdə ciddi irəliləyişlər əldə olunub

“Müəllimlərin işə qəbulu imtahanının şəffaflığı ilə bağlı ümumilikdə ciddi iradım yoxdur. Son illərdə bu istiqamətdə kifayət qədər yaxşı addımlar atılıb. Amma prosesi zaman-zaman idarə etmək, çevik dəyişikliklər həyata keçirmək və müəllim olmaq istəyən şəxslər üçün qaydalara yenidən baxmaq lazımdır”.

Həmsöhbətimiz müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanların modeli üçün bir neçə prinsipin önəmli olduğunu düşünür:

“Elm və Təhsil Nazirliyi və aidiyyəti regional idarələr cari tədris ilinin sonuna, məsələn, may-iyun aylarına qədər təqaüdə gedəcək, iş yerini dəyişəcək və ya yeni açılacaq siniflərlə bağlı vakansiyaların dinamikasını müasir riyazi modellərlə hesablaya bilərlər. Bu rəqəmlər imtahan qeydiyyatı başlamazdan əvvəl regionlar və fənlər üzrə minimum kvota şəklində elan edilməlidir”.

İ.Orucovun sözlərinə görə, namizədlərin aylarla hazırlaşması və bunun üçün maliyyə vəsaiti xərcləməsi də nəzərə alınmalıdır:

“Əgər müəyyən fənn üzrə konkret regionda, tutaq ki, bir vakant yer varsa və müsabiqəyə bundan dəfələrlə çox namizəd cəlb edilirsə, bu, ciddi resurs israfıdır. Dövlət vətəndaşın bu itkisini minimuma endirmək üçün imkanlar yaratmalıdır.

Namizəd bilsə ki, hədəflədiyi regionda cəmi bir vakant yer var, bəlkə də həmin şəxs vaxtını və vəsaitini bu müsabiqəyə sərf etməyəcək. Başa düşürəm ki, daha çox iddiaçı arasından seçim etmək keyfiyyətli namizədin müəyyənləşdirilməsinə imkan verə bilər. Amma burada insan amili və vaxt itkisi də nəzərə alınmalıdır”.

Ekspert hesab edir ki, müsabiqə təşkilatçısının əlində olan məlumatın namizədlərdən gizli saxlanılması rəqabət mühitində müəyyən bərabərsizlik yarada bilər:

“Vakansiyalarla bağlı məlumatların gizlədilməsi və ya sonraya saxlanılması rəqabət mühitində fərdi bərabərsizlik yarada bilər. Mən MİQ imtahanında özüm də zaman-zaman iştirak etmişəm və prosesi monitorinq etmişəm. Şəffaflığa söz ola bilməz. Amma məlumatların öncədən paylaşılmaması həmin şəffaflığa müəyyən kölgə sala bilər. Bu məlumatları əvvəlcədən açıqlamaq o qədər də böyük və çətin məsələ deyil”.

İ.Orucov vurğulayıb ki, vakant yerlərin ilkin və minimum sayı mütləq imtahandan əvvəl açıqlanmalıdır:

“Düşünürəm ki, vakant yerlər müsabiqədən mütləq əvvəl açıqlanmalıdır. İlkin və minimum vakant yerlərin sayı imtahandan əvvəl bəlli olmalıdır. Namizəd öz fənni üzrə, məsələn, beş vakant yer olduğunu bilsə, həmin il vaxtını başqa peşəkar fəaliyyətə və ya magistratura təhsilinə yönəldə bilər. Bu, fərdin öz karyerasını idarə etmək azadlığıdır.

İnsan psixologiyası qeyri-müəyyənliyə qarşı həssasdır. Qarşısında real vakansiya sayını görən namizəd daha hədəfli və yüksək motivasiya ilə hazırlaşır”.

Ekspert vakant yerlərin avqust ayında dəyişməsi ilə bağlı arqumentin də artıq əvvəlki qədər əsaslı olmadığını düşünür:

“Vakansiyaların avqust ayında dəyişdirilməsi ilə bağlı arqument müasir rəqəmsal idarəetmə dövründə ciddi əsas sayıla bilməz. Elektron sistemlər vasitəsilə vakant yerlərin 90 faizini may ayında müəyyən etmək mümkündür. Sonradan yaranan 10 faizlik dinamik vakansiyalar isə ikinci tur və ya əlavə yerləşdirmə mexanizmi ilə həll edilə bilər”.

İlqar Orucov növbəti illərdə MİQ sistemi ilə bağlı bir sıra dəyişikliklərin edilməsini təklif edib:

“İlk növbədə ilkin vakansiya xəritəsi yaradılmalıdır. İmtahan qeydiyyatı elan olunduqda regional idarələr üzrə minimum vakant yerlərin sayı ictimaiyyətə mütləq şəkildə təqdim edilməlidir.

Həmçinin vakansiyası olmayan və ya kritik dərəcədə az olan fənlər üzrə imtahan məhdudiyyətləri tətbiq edilə bilər. Namizədlər əvvəlcədən xəbərdar edilməli və bu halda onların əlavə xərclərinin qarşısı alınmalıdır.

Əgər bu il vakansiya yoxdursa, yüksək bal toplayan namizədin nəticəsi iki-üç il qüvvədə qala bilər. Dünyada bunun nümunələri var. Hesab edirəm ki, imtahan balının ən azı iki il qüvvədə qalması təmin edilməlidir. Belə olduqda növbəti illərdə vakansiya yarandıqda namizəd yenidən imtahan stresi və xərc çəkmədən müsabiqədə iştirak edə bilər”.

O, sonda bildirib ki, müəllimlərin işə qəbulu sistemi insan yönümlü qurulmalıdır:

“Təhsil idarəçiliyi insan yönlü olmalıdır. Müəllim namizədlərini qeyri-müəyyənlik mühitində saxlamaq təhsil sisteminin keyfiyyətinə və gələcək müəllimlərin dövlət təhsil siyasətinə inamına mənfi təsir göstərir. Şəffaf və əvvəlcədən elan olunan vakansiya sistemi MİQ kimi mühüm islahatın nüfuzunu daha da artıra bilər. Bu dəyişikliklər vaxtında həyata keçirilsə, mövcud narazılıqların da əhəmiyyətli hissəsi aradan qalxar”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Bu gün, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Bu gün, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Bu gün, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Bu gün, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Bu gün, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Bu gün, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Bu gün, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Bu gün, 14:16
İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? - ŞOK DETALLAR
Bu gün, 14:14
Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Bu gün, 14:07
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Bu gün, 14:04
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Bu gün, 14:00
Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Bu gün, 13:59
İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Bu gün, 13:26
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09
Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02
Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58
Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52
Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15
Cənubi Qafqazda sülhün əsas şərtləri - Təkcə kabab deyil
Bu gün, 12:11
Tramp İrandan danışıb: - "Mən onların bankiriyəm, pullarına nəzarət edirik..."
Bu gün, 12:08
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - SİYAHI
Bu gün, 12:06
AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək - MAŞALLAH, ƏLLƏRİNDƏN HƏR İŞ GƏLİR...
Bu gün, 12:04
Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyib
Bu gün, 12:01
Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI - FOTO
Bu gün, 11:54
Ermənistan dəmir yumruğu deyəsən unudub - Separatçılar özlərinə “rəhbər” seçirlər...
Bu gün, 11:43
Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… - "Ora çatarkən hava limanında..."
Bu gün, 11:34
7-8 kiloluq quzuları niyə kəsirlər? - Oliqarx məmurlar və mübahisəli AÇIQLAMA
Bu gün, 11:29
İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf – Nələr gözlənilir?
Bu gün, 11:11
Zərdabda əkin sahələrinin su təminatına 9.3 milyon manat xərclənəcək
Bu gün, 11:07
Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? - AKTUAL
Bu gün, 11:02
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib - DETALLAR
Bu gün, 10:59
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur - BU DA FAKT!
Bu gün, 10:54
9 milyon manatlıq tender bu şirkətə verildi
Bu gün, 10:52
Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... - "Siz bir yerdə işləyirsiniz..."
Bu gün, 10:43
Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq - GƏRGİNLİK
Bu gün, 10:41
Kəngərlidə camaat əkin-biçinə su tapmır... - GİLEY
Bu gün, 10:37
Ayanın "havalı" obrazları - Fotolar
Bu gün, 10:20
“O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” - Akif İslamzadə
Bu gün, 10:04
Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi - MƏHKƏMƏ
Bu gün, 09:58
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi - "...vədlər verirlər"
Bu gün, 09:54
Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? - Görünəni odur ki...
Bu gün, 09:49
MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır - DETALLAR
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru