"Liftlər baxımsızdır, amma illik pul yığılır..." .....                     2 ildir ki, buradan mənzil alıb, amma... .....                     "Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." .....                     " Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." .....                     4 min manata telefon alasan, o da belə... .....                     Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... .....                     "21-ci əsrdir... amma bu kənddə..." .....                     Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... .....                     ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir .....                     Bakıda HAVALAR ÇÖNÜR? .....                     Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib .....                     Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                 

"NikoilBank"da özbaşınalıq... - GİLEY
Tarix: 8-01-2018, 09:06 | Çap et
"NikoilBank"da özbaşınalıq...
34 yaşlı Sumqayıt sakini İsmayıl Hüseynov iddia edir ki, "Nikoil Bank" onun adına saxta zaminlik sənədi hazırlayıb.

Bu barədə Toplum.Tv-yə İsmayıl Hüseynov özü məlumat verib.

O bildirib ki, 2015-ci ildə həmin bankda 2 ay müddətində təcrübə keçib və saxta zaminlik də həmin tarixə sənədləşdirilib: "Mən İqtisad Universitetinin maliyyə fakultəsini bitirmişəm. 2015-ci ildə 2 aylıq "Nikoil Bank"ın Sumqayıt şəhər, 45-ci məhəllədə yerləşən filialında təcrübə keçmişəm. Orada təcrübə keçəndə məndən diplomun surətini və şəxsiyyət vəsiqəmi tələb etmişdilər. Təcrübəmi bitirdikdən 2 il sonra, yəni 2017-ci ildə "Nikoil Bank"dan mənə məktub gəldi ki, zamin durduğunuz şəxs krediti ödəmədiyinə görə banka yaxınlaşmağınız xahiş olunur. Banka gedib gördüm ki, müdriyyət də həminki deyil, bəzi işcilər də dəyişib. Müdirlə görüşdüm, xahiş elədim ki, kimə zamin durmuşamsa, həmin şəxslə məni əlaqələndirsinlər. Məlum oldu ki, həqiqətən də, 34 yaşıma qədər həmin ad və soyadda tanışım belə olmayıb, nəinki qohumum”.

Vətəndaşın sözlərinə görə, bu məsələdə ciddi saxtakarlıq olub: "Bir nəfər kredit götürüb və bank da 2 il əvvəl onlara təqdim etdiyim sənədlərdən istifadə edərək məni zamin qismində göstərib, hətta əvəzimə sənədlərə saxta imza da atıblar. Filialın müdiri bildirdi ki, bu işlə onların əlaqəsi yoxdur, çünki kredit artıq rəsmiləşdirilib”.

İsmayıl Hüseynov deyir ki, bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib: "Bir həftə sonra Sumqayıt Şəhər Prokurorluğundan müraciətimə cavab verildi. Bildirdilər ki, müraciətim Sumqayıt Şəhər Polis İdarəsinə yönləndirilib və məsələni araşdırıb məlumat verəcəklər. O vaxtdan indiyədək hələ də xəbər yoxdur. İki gün bundan əvvəl Abşeron Rayon Məhkəməsinə çağırıldım. Məhkəmədə, sadəcə, "Nikoil Bank"ın hüquqşunası var idi, kreditgötürən və sənədləşdirməni aparan şəxs yox idi. Hakimə izah etdim ki, imzamdan istifadə edib sənədlərimi saxtalaşdırıblar və məni saxta zamin kimi göstəriblər. Bankın nümayəndəsi prosesi həyata keçirən işcilərin uzun müddət əvvəl işdən azad olunduğunu bildirdi. Məhkəmədə hakimdən tələb etdim ki, prosesi həyata keçirənlər məhkəməyə çağırılsınlar və mənim imzam ekspertizaya göndərilsin. Məhkəmə şikayətlərimi qəbul etdi. "Nikoil Bank"ın nümayəndəsi bildirdi ki, həmin filial müdirini də məhkəməyə veriblər. Ancaq məlum olundu ki, həmin adam hələ də həbs olunmayıb. Növbəti Məhkəmə prosesi yanvarın 13-ü baş tutacaq. Əgər ədalətli qərar olmasa, başqa tədbirlər görəcəyəm”.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Toplum.Tv-yə deyib ki, "Nikoil Bank"da belə hallar tez-tez baş verib: "Bir neçə il əvvəl də buna bənzər hadisə baş vermişdi. O zaman vətəndaş imzanın ona aid olmadığını bildirmişdi və onun zamin olmadığını məhkəmə təsdiqləmişdi. Buna görə də bu halda vətəndaşa tövsiyəm odur ki, məhkəmədə imzasının ekspertizada yoxlanılmasını tələb etsin. Sözsüz ki, ekspertiza bunu təsdiq edəcək”.

Ə. Həsənov belə halların ən çox korrupsiya olan yerlərdə olduğunu vurğulayır: "Azərbaycanda bankların kredit verilmə ilə bağlı öz daxili qaydaları var və həmin qaydalardan biri də odur ki, mütləq şəkildə zamin olmalıdır. Bu vəziyyətdə bank kiminsə şəxsiyyət vəsiqəsi və imzasından istifadə edərək saxta zamin göstərir. Əgər kredit vaxtında qaytarılırsa, bu işin üstü açılmır, ancaq kredit götürən şəxs pulu qaytarmırsa belə hallar ortaya çıxır. Hər bir halda bu problemlə qarşılaşan şəxslərə demək istəyirəm ki, məhkəmədə imzanın onlara aid olmadığını bildirsinlər və bu ekspertizada təsdiqləndiyi halda, o bankdan onlara vurulan mənəvi zərəri də tələb etsinlər. Bankın özünü bu cür aparması insana birmənalı zərər verməsi deməkdir. Həmin bankın indiki rəhbərliyinə isə tövsiyəm odur ki, belə halların qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət etsin. Bankda buna kim yol verirsə, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etsinlər. Həmin işcilər bankdan ayrılmış olsalar belə, onlara qarşı cinayət işinin açılması tam mümkündür, hətta "Nikoil Bank"ın keçmiş idarə heyyətinin sədri Vasili Xamadaya da qarşı cinayət işi açılıb. Çünki vaxtı ilə bu bankda belə hallar çox baş verib”.

"Nikoil Bank”ın Marketinq Departamentinin direktoru Rəşad Cümşüdov məsələ ilə bağlı afn.az-a açıqlama verib.

O, iş üzrə hazırda araşdırma aparıldığını, qeyd edilən filialda problemlərin, həqiqətən də, yarandığını deyib: "Hazırda proses gedir, daha dolğun məlumatı şikayətlə şöbəsi verə bilər. Bankın mövqeyi bundan ibarətdir ki, hüquq-mühafizə orqanları tərəfindən hansısa bir qayda pozuntularının olub-olmaması ilə bağlı məsələlər araşdırılır. Təfərrüat və nəticə barədə məndə, təəssüf ki, dəqiq məlumat yoxdur”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Liftlər baxımsızdır, amma illik pul yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 07:58
2 ildir ki, buradan mənzil alıb, amma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:51
"Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." - Natiq Cəfərli
Bu gün, 07:39
" Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." - Rəqsanə İsmayılova
Bu gün, 07:34
4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Bu gün, 07:29
Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... - Ruhumuz heç də ŞAD OLMAYACAQ...
Bu gün, 07:23
"21-ci əsrdir... amma bu kənddə..." - GİLEY
Bu gün, 07:10
Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:57
ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30
Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24
Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib - Pezeşkiandan ETİRAF
Bu gün, 06:22
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Dünən, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Dünən, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Dünən, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Dünən, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Dünən, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Dünən, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Dünən, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Dünən, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Dünən, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Dünən, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Dünən, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Dünən, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Dünən, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Dünən, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Dünən, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Dünən, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Dünən, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Dünən, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Dünən, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Dünən, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Dünən, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Dünən, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Dünən, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Dünən, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Dünən, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
8-08-2026, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
8-08-2026, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
8-08-2026, 13:35
Qazaxda taxıl biçini başa çatıb
8-08-2026, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
8-08-2026, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
8-08-2026, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
8-08-2026, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
8-08-2026, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
8-08-2026, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
8-08-2026, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
8-08-2026, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
8-08-2026, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
8-08-2026, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru