Nizamnamə kapitalı cəmi 10 AZN olan "UHNAR TRADE" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb.
32gun.az xəbər verir ki, qanuni təmsilçisi Alsu Cəbrayılova olan şirkətin dövlət qarşısında dəqiq 183.657,04 AZN məbləğində borcu var.
Binəqədi rayonunda qeydiyyatda olan sözügedən MMC-nin bu borcu necə ödəyəcəyi isə sual altındadır.



















