Dilimizdə bir şüar var: "Yaşa, Azərbaycan!
Səni dünya tanıdı birbaşa Azərbaycan!"
Nəzəriyyə baxımından heç bir sənət, ədəbiyyat, rəssamlıq, heykəltəraşlıq, musiqi əsəri bu bir beytə tay ola bilməz - bütün növ təhlillərdən, bütün prizmalardan tənqidlərdən, hər cür təftişlərdən çooox ucada duran və Tanrının Özü və Yaratdıqları kimi mükəmməl, möhtəşəm və müqəddəs bir SOLO!
İÇİNDƏ elə böyük ŞÖVQ-VƏCD, sevgi və eşq, Qürur və Fərəh var ki... çox sadə və lakonik!
Eyni zamanda, KAİNATA SƏSLƏNİŞ qədər GURultulu, ŞAQRAQ!
Bilirsiniz niyə?
Aydın Xırdalanlının fəryad-qaxıncından:
Laçın, Ağdam, Şuşa işğal olunubdur beləcə,
Mavi ekranda xəbərlərdə də baxdım o gecə!
Sabah olacaq Şuşada istilik on beş dərəcə
Arsız-arsız havası haqda da elan veririk!, - uzun illər cızdağımız çıxıb.
O da həqiqət idi, bu da həqiqətdir.
O da vətənə sevgi idi.
Bu da vətənə sevginin ifadəsidir.
Və TARİX... vətənin işğalından vətənin zəfərinə gedən yol qədər ziqiymətdir. Bütün başqa hallarda TARİX ya torpağın altında, ya kitabxanalarda, ya da yaddaşlarda xəzinədir!
Xalq isə yaşamaq istəyir - O xəzinə tarixlə bağrıbadaş!
Ya oxuyun bu simfoniyanı, ya da dinləyin və həm də həm də dinlətdirin, oxutdurun!
HİMN QƏDƏR sanbalı olan səngin-zəngin bir NET DÖVLƏTİ NOTdur.
Belə bir möhtəşəm BƏSTƏSİ olan xalqın siyasiləri, ziyalıları, tarixçiləri, filosofları uzaq keçmişə baxanda fərqinə varmalıdırlar ki, aşağı baxarlar, eynəkləri gözündən düşər, yuxarı baxarlar papaqları başlarından düşər (ifadə Nizami Gəncəvi haqqında Nəriman Həsənzadənin deyimidir və... bolqar yazar Yordan Milev öz kitabında istifadə edib)
p.s. bu mahnını verəsən orkestrə, Şahbaz Xuduoğlunu qoyasan dirijor, Əlisa Nicatı da saxlayasan SOLO ifa üçün. Oğraşdı yalan deyən, Şahbaz Xuduoğlunun belindən tər ta gündəyməzinin arasından sel kimi axınca dirijorluq etdirərəm, Əlisa Nicatı da nəfəsi kəsilincə oxutduraram bu mahnını - əgər əlimdə imkan olsa!
Adama deyərlər sənin qəsdin-qərəzin nədir bu Əlisa Nicatla? Aqşin Yeniseyə "qəyyumluq" etdiyin kimi "qəyyumluq" etməkdir qəsdin? Ayə, Aqşin Yeniseydən fərqli olaraq, Əlisa Nicatın arvadı çoxdan ölüb, boşatdırıb dostuna ərə getməyə razı salmaq şansın yox, ələ gələsi də qızı yoxdur, bir xəstə oğlu var, o da sənin üçün "oğlanlıq" edəsi halda deyil.
Əlisa Nicat Sovet Azərbaycanında ən mükəmməl və təminatlı həyat yaşayan filosof-yazıçı olub! Müstəqil Azərbaycanda dilənçi günündə - məramın nədir: TARİXƏ rüsvayçı şəkildə cəsədini təqdim edib təhvil vermək?
Əkrəmin, Anarın bacarmadığını başa çatdırmaqdır niyyətin?
Nəyə danışdırırsan anlaqlı vəziyyətdə olmayan adamı?
Süleyman Rəhimovun 80 illiyində Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi, təqdimat mərasimində BİR SƏHİFƏLİK çıxış elədi, təşəkkürünü bildirdi, suallar veriləndə qayıtdı ki, mənə evdən tapşırıblar ki, bu BİR SƏHİFƏDƏ yazılandan artıq heç nə demə, danışma!
Ayıb deyil? 90-dan sonraya "yoxsan" stadiyasında keçən adamı (axı gözəl bilirsən ki, bu gün danışdırdığın, sadəcə, yaşlı bir adamdır, ötənlərin filosof-yazıçı, tərcüməçi Əlisa Nicatı yox!) niyə itqusdu (ən pisi də cırıq köynəkdə müsahibə - standap) edirsən?
Axı onun evində biznes-ledi, deputat və ya həkim xanımı, icra başçısı olan oğlu yoxdur, desin "bu BİR SƏHİFƏdən artıq danışma və heç nə demə!"
Hər şeyin həddi var: bihürmət etməyin, məzələnməyin və... qisasın da!
Tanrıdan qarantiyalı lisenziya almısan bu tip fəlakətdən nəsillikcə sığortalanmağın haqqında?
Ayıbdır! Rusca oxuduğun İNCİLdə var: "pora sobirat kamni!"
Daş atma, daş yığma!
Bu cür gözəl bəstə var e: "Yaşa, Azərbaycan!"
Yaşa və yaşaT da - əlin çatanın, əlinə düşənin, əlini öpməyə gələnin hamısını murdarlamalısan?
Manyakmısan? Kimsə səni murdarlamağa qalxmırsa, hətta səni murdarlamağa da layiq görmür deməkdir, yoxsa ki...
Aydın Can - "DİA-AZ"











