“O münasibətdə ki, sən sevginin qırıntıları ilə özünü doyurmağa çalışırsan, bil ki, o süfrə sənin üçün açılmayıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə “İncəSəhər” verilişində deyib.
O, dünyanın ən ülvi duyğusu olan sevgidən danışıb:
“Deyirlər, şair, sevmək gözəldir, yoxsa sevilmək? Şair cavab verir: Sevmək. Soruşurlar: Niyə məhz sevmək? Sevilmək gözəl deyil ki? Axı ən gözəl hiss sevildiyini bilməkdir. Şair deyir: “Sevilmək gözəldir, amma (qarşı tərəfin) sevgisindən tam əmin olmursan. Amma sən öz sevgindən əmin olduğun üçün sevmək daha gözəldir” Həmişə sevin”.











