"25 iyunda 50 manat qazpulunu ödədik.10 manat qalığımız qaldı.Bu gün baxıram 61 manat borcumuz var "Azəriqaz"a..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Bircə xörək bişirmək üçün qaz sobası işlədirik yayda. Limiti də aşmamışıq. Çay qaynanayandan, yemək hazır olandan sonra qazı söndürürük. Hər yay 5-6 manat ancaq yandırır bu sobalar. Niyə belə çox olur məlum, deyil..."









