MTK-larda yeni özbaşınalıq: beş min gətir... .....                     Bakının axtardığı o 3 TƏXRİBATÇI... .....                     Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi .....                     Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? .....                     “Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” .....                     Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... .....                     Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb .....                     Moskvadan Bakıya SENSASİON hücum: .....                     Mağazanın 90 min manatını mənimsəyən .....                     Zaxarova və “Pandora qutusu” .....                     Milli Park , yoxsa gəlir mənbəyi? .....                     Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə .....                     "QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib .....                     Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... .....                     Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən .....                     Ərdoğandan müharibə ANONSU: Bakı üçün KRİTİK seçim .....                     Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı .....                     Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR... .....                     Bu xəstəxananın baş həkimi işdən çıxarıldı .....                     Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi .....                     "By Ella" ləqəbli bloger həbs edildi .....                     Qasparyandan rusiyalı blogerlərə XƏBƏRDARLIQ: Bakı hər şeyi eşidir… .....                     Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi .....                     İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu açıqladı .....                     Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı .....                     SEPAH-dan İrəvanla gizli sövdələşmə .....                     Rusiya Ermənistandan araşdırmanın nəticələrini gözləyir .....                     Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb .....                     Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir .....                     “Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması .....                     Niyə ermənilərdən geri qalırıq... .....                     Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq .....                     Gəlirimiz də artır... BORCUMUZ DA... .....                     Zəngəzurda yeni hərbi baza? .....                     Təhsil adı altında SOYĞUN... .....                     Kapital bank HƏR KƏSİ YORUR... .....                     Kasıb səhiyyə sisteminin VARLI BALALARI... .....                     Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir .....                     Rusiya ilə müharibədə buna diqqət etməliyik .....                     ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ .....                 

MTK-larda yeni özbaşınalıq: beş min gətir... - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 12:18 | Çap et

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların ən çox müzakirə etdiyi məsələlərdən biri də yeni tikilən binalarda fəaliyyət göstərən Mənzil Tikinti Kooperativi (MTK) ilə bağlıdır. Sakinlər əsasən MTK rəhbərlərinin özbaşınalığından, yeni qaydalar tətbiq etməsindən şikayətlənirlər. Vətəndaşlardan biri deyib ki, təmirsiz yeni tikiliyə (bina evi) sayğaclar üçün MTK rəhbərliyi 2500 manat pul tələb edir. Bu barədə Cebhe.info yazıb.

“Gəlin, müqavilə bağlayın və 2500 manat pul ödəyin”, deyirlər. “Azərsu”, “Azərişıq” və “Azərenerji”yə ayrı-ayrılıqda zəng etdim, deyirlər, bu məsələyə biz baxmırıq, “Asan kommunal” baxır. “Asan kommunal”a müraciət etdim, onlar deyir bizim səlahiyyətimizdə deyil, bu məsələ MTK-nın səlahiyyətidir.

MTK da deyir ki, podratçının puludur, ödənməlidir. Bildiyim qədərilə mənzilin içinə kimi xətlər MTK tərəfindən çəkilməlidir, daxili xətlərə görə hər hansı ödəniş ola bilər. Evi təmir etməyə də buraxmırlar, “Bizimlə təmir pulu müqaviləsi bağlamalısız” deyirlər və ona görə də 2500 manat tələb edirlər. Toplam 5000 manat", - şikayətçi qeyd edib.

Mənzil Tikinti Koorperativləri (MTK) tərəfindən inşa edilən binalarda yaşayan sakinlərin sayğac problemi aktual mövzu kimi qalmaqdadır. Sosial şəbəkələrdə paylaşılan çoxsaylı şikayətlərdən məlum olur ki, elektrik, su, qaz sayğaclarına görə mənzil sahiblərindən alınan məbləğ əvvəllər 800-850 manat idisə, hazırda 1000-1500 manatdır. Zaman-zaman mətbuatda bu məsələ işıqlandırılsa da, problem hələ də həllini tapmayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hələ 2023-cü ildə MTK-lara xəbərdarlıq edib ki, yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb olunur.

Ümumiyyətlə, MTK-nın belə bir səlahiyyəti varmı? Kommunal xətlərin çəkilişi müvafiq qurumlar tərəfindən həyata keçirilməlidirmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, MTK-ların qanunsuz tələbləri ilə bağlı iş dəfələrlə ictimai müzakirələrə səbəb olub və bu problem yenə də gündəmdə qalmaqdadır:

“Qanunauyğun şəkildə, əgər MTK ilə müqavilə bağlanırsa, həmin sənəddə vətəndaşa məxsus mənzilin içinə qədər olan proses - kommunikasiya vasitələri, qaz, işıq, su və digər təminatlar MTK-nın öhdəliyində olmalı və vətəndaşa təqdim edilməlidir. Mənzilin içərisində olan digər işlərə gəlincə, əgər MTK burada hər hansı fəaliyyət göstərəcəksə, bu, yalnız əlavə müqavilə əsasında həyata keçirilə bilər. Lakin mənzilə çatana qədər bütün kommunikasiya vasitələrinin işlək olması və vətəndaşa təqdim edilməsi müqavilə tərəfinin üzərində olan öhdəlikdir. Çünki vətəndaş təkcə həmin sahəni və mənzili yox, o mənzildə yaşayışı təmin etmək üçün zəruri olan bütün qurğuların, kommunikasiya vasitələrinin də ödənişini edir. Yəni söhbət təkcə tikilidən getmir, eyni zamanda o tikilinin mövcudluğu və vətəndaşın orada yaşaması üçün zəruri olan bütün xüsusiyyətlərin təmin olunması müqavilədə öz əksini tapır.

Sonradan vətəndaşdan təmirə başlamaq üçün əlavə ödəniş istənilməsi tamamilə qanunsuzdur. Bu barədə nə Mənzil Məcəlləsində, nə də digər müvafiq hüquqi aktlarda və müqavilələrdə hər hansı müddəa var. Bu baxımdan, vətəndaş təmirə başlamaq üçün MTK-ya hər hansı məbləğ ödəməməlidir. Vətəndaşlara tövsiyəm odur ki, tələb olunan bütün məbləğlərin hüquqi şəkildə əsaslandırılmasını istəsinlər. Bütün ödənişlər müqavilə əsasında həyata keçirilməli, nağd ödənişlərə ümumiyyətlə yol verilməməlidir. Nağd tələb olunan ödənişlər birbaşa rüşvət və korrupsiya mənbəyidir. Bunu tələb edən də, icra edən də eyni dərəcədə məsuliyyət daşıyır".

Ekspert qeyde dib ki, bu problemlərlə zaman-zaman qarşılaşıldığı üçün sistemdə ciddi dəyişiklik etmək lazımdır: “Bütün alqı-satqı faktları notarial və rəsmi qaydada aparılmalıdır. Hüquqların öncədən qeydiyyatı mümkündürsə, alqı-satqının da notarial qaydada həyata keçirilməsi təmin edilməlidir. Müqaviləsiz ödənişlərin edilməsi, vergidən yayınma və ya digər məqsədlərlə istifadə halları monitorinq olunmalı və nəzarətə alınmalıdır. Biz dünyada olan üsul və qaydalara uyğun şəkildə vətəndaşla MTK arasındakı münasibətlərin qurulmasını təmin etməliyik.

Birincisi, bina sakinləri mənzil istifadəçilərinin məhdud məsuliyyətli cəmiyyətini yaradaraq binanı özləri idarə edə bilərlər. Bu halda heç bir problemlə üzləşilməyəcək. Əgər vətəndaşların buna marağı, zamanı yoxdursa və ya bu üsuldan istifadə etmək istəmirlərsə, bu alanda fəaliyyət göstərən peşəkar şirkətlərə müraciət etməli, onlar ilə müqavilə bağlamalıdırlar. İl ərzindəki fəaliyyətin nəticəsi olaraq ildə bir dəfə həmin şirkətlərdən hesabat tələb olunmalıdır. Maliyyə şəffaflığı və hesabatlılığı təmin olunmaqla vətəndaşlar və icraçı şirkətlər arasında münasibətlər hüquqi şəkildə, müqavilə əsasında həyata keçirilməlidir. Bu zaman həmin problemlər aradan qalxacaq.

Tələb olunan əlavə məbləğlər, təmirə və ya sayğacın quraşdırılmasına dair tələblər qanunsuzdur. MTK ilə müqavilədən kənar hər hansı ödənişdən söhbət gedə bilməz. Müvafiq dövlət qurumu sayğacın quraşdırılması üçün ödəniş tələb edirsə, bu da müqavilə əsasında və rəsmi qaydada həyata keçirilməlidir, nağd yolla ödənilməməlidir".

Vüqar Oruc əlavə edib ki, problemin əsas səbəblərindən biri vətəndaşların öz hüquqlarını kifayət qədər bilməməsidir: “Bunun üçün vətəndaşlara hüquqi yardım göstərilməli, maarifləndirmə işləri aparılmalıdır ki, MTK ilə münasibətlərin məhz alqı-satqıdan sonra yekunlaşması barədə məlumata malik olsunlar. Bundan sonrakı münasibətlər yalnız binanın idarəetmə münasibətləridir ki, bu da vətəndaşların könüllü seçdiyi qurum və ya özlərinin təsis etdiyi, dövlət qeydiyyatına alınan qurum tərəfindən həyata keçirilməlidir.

Bu sahədə şəffaflığa və maliyyə hesabatlılığına ehtiyac var. Vətəndaşların MTK-lara ödədikləri məbləğlər binada abadlaşdırma işlərinə, mühafizənin təşkilinə, həyətyanı sahələrin kompleks abadlaşdırılmasına və yaşıllaşdırma işlərinə sərf olunursa, bunun illik hesabatı vətəndaşlara təqdim olunmalıdır. Vətəndaş ödədyi məbləğin neçə faizinin bu işlərə, neçə faizinin idarəetmə sisteminin xərclərinə sərf olunduğunu bilməlidir. Podratçı, infrastruktura və ya əlavə xidmət xərcləri kimi tələblərin heç biri qanunda nəzərdə tutulmayıb".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MTK-larda yeni özbaşınalıq: beş min gətir... - NƏ ETMƏLİ?
Bu gün, 12:18
Bakının axtardığı o 3 TƏXRİBATÇI... – Rusiya özü cəzalandıracaq?
Bu gün, 12:16
Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi - TƏFƏRRÜAT
Bu gün, 12:11
Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? - İTTİHAM VAR
Bu gün, 11:59
“Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:47
Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... - FAKT BUDUR!
Bu gün, 11:40
Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb - DETALLAR
Bu gün, 11:34
Moskvadan Bakıya SENSASİON hücum: - Həmin şəxslərə əmri kim verib?
Bu gün, 11:29
Mağazanın 90 min manatını mənimsəyən satış məsləhətçisinə şərti cəza verildi
Bu gün, 11:21
Zaxarova və “Pandora qutusu” - İkili standartların bumeranq effekti
Bu gün, 11:12
Milli Park , yoxsa gəlir mənbəyi? - VİDEO
Bu gün, 11:07
Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə 4 il HƏBS CƏZASI
Bu gün, 10:56
"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:55
Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... - ONA GÖRƏ DƏ...
Bu gün, 10:53
Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən YENİ XƏBƏR
Bu gün, 10:46
Ərdoğandan müharibə ANONSU: Bakı üçün KRİTİK seçim - NƏ ETMƏLİ?
Bu gün, 10:42
Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı QƏRAR
Bu gün, 10:41
Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı - ƏMR
Bu gün, 10:34
Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi – MƏHKƏMƏ
Bu gün, 10:02
"By Ella" ləqəbli bloger həbs edildi - FOTO
Bu gün, 10:01
Qasparyandan rusiyalı blogerlərə XƏBƏRDARLIQ: Bakı hər şeyi eşidir… - AKTUAL
Bu gün, 10:00
Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 09:59
İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu açıqladı - "...hesablamalar və tədqiqat işləri aparılır"
Bu gün, 09:58
Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 09:57
SEPAH-dan İrəvanla gizli sövdələşmə - Görünəni odur ki...
Bu gün, 09:56
Rusiya Ermənistandan araşdırmanın nəticələrini gözləyir - “İzvestiya”
Bu gün, 09:53
Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb
Bu gün, 09:51
Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir - İmran xan...
Bu gün, 09:44
“Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması - GƏLİŞMƏ
Bu gün, 08:34
Niyə ermənilərdən geri qalırıq... - MALƏSƏF...
Bu gün, 08:26
Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq - Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir
Bu gün, 08:21
Gəlirimiz də artır... BORCUMUZ DA... - AXI NECƏ...
Bu gün, 08:16
Zəngəzurda yeni hərbi baza? - NƏ BAŞ VERİR?
Bu gün, 08:11
Təhsil adı altında SOYĞUN... - MÜRACİƏT
Bu gün, 08:09
Kapital bank HƏR KƏSİ YORUR... - Fərq etməz: müştərisən, ya yox...
Bu gün, 07:51
Kasıb səhiyyə sisteminin VARLI BALALARI... - REPLİKA
Bu gün, 07:45
Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir - Son bir neçə ay ərzində...
Bu gün, 07:08
Rusiya ilə müharibədə buna diqqət etməliyik - Molde
Bu gün, 07:06
ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ - NARAZILIQ VAR...
Bu gün, 06:56
“Rusiya mediası özbaşına belə addımlar atmağa cəsarət etməzdi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Gəncədə vergi xidməti CİBƏ İŞLƏYİR... - DÖVLƏTƏ YOX!
Bu gün, 06:39
Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib - KİV
Bu gün, 06:33
“O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” - Deputatdan Rusiyaya təpki
Bu gün, 02:31
Moskva rus ayısının jestləri ilə davranır - FAKT BUDUR!
Bu gün, 02:28
Toy mövsümü açıldı: Bəs qızılın bazarı? - ARAŞDIRMA
Bu gün, 02:26
Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? - İNCƏLƏMƏ
Bu gün, 02:23
“Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” - İllər sonra ETİRAF etdi
Bu gün, 02:20
Tramp İranla danışıqların dayandırılmasını əmr edib - CNN
Bu gün, 02:12
Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı - İcazə verin şübhələnək...
Bu gün, 02:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru