Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır .....                     “David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDI .....                     "Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir .....                     Kolleclərə qeydiyyat başlayıb .....                     Rusiyanın Hindistan planları... .....                     "FHN-dən gələn cavab məktubları “yola verdim” məsəlinə dönüb…” .....                     Məhkəmə piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı .....                     Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi olub .....                     Azərbaycandan xaricə milyonlar çıxaran dəstə: Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri... .....                     Qaş düzəldən yerdə göz çıxarmaq... .....                     Trampın yeni planı İranı qəzəbləndirdi .....                     Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: .....                     "Sevmək sevilməkdən daha gözəldir" .....                     Azərbaycan və Türkiyənin birgə müəssisəsinin rəhbərliyində iki mühüm təyinat baş tutub .....                     Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib .....                     Rəqibinin üzünü bıçaqlayan Rustəm 10 min dollara barışıb: .....                     AAYDA sədri Cavid Kərimova yüksək vəzifə verdi .....                     Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi .....                     "Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq .....                     MTK-larda yeni özbaşınalıq: beş min gətir... .....                     Bakının axtardığı o 3 TƏXRİBATÇI... .....                     Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi .....                     Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? .....                     “Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” .....                     Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... .....                     Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb .....                     Moskvadan Bakıya SENSASİON hücum: .....                     Mağazanın 90 min manatını mənimsəyən .....                     Zaxarova və “Pandora qutusu” .....                     Milli Park , yoxsa gəlir mənbəyi? .....                     Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə .....                     "QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib .....                     Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... .....                     Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən .....                     Ərdoğandan müharibə ANONSU: Bakı üçün KRİTİK seçim .....                     Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı .....                     Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR... .....                     Bu xəstəxananın baş həkimi işdən çıxarıldı .....                     Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi .....                     "By Ella" ləqəbli bloger həbs edildi .....                 

“David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDI – RESİDİVİSTİN SONU?
Tarix: Bu gün, 15:37 | Çap et

Printerdən çıxan “general”, türmə qapısındakı “xüsusi xidmət əməliyyatçısı” və illər sonra peyda olan “David Seliverstov” - komediyanın ən acı yeri isə köhnə bir İttiham Aktındakı sənədlərin, sübutların danışmasıdır.

Bir vaxtlar “Xüsusi Xidmət İdarəsi”nin baş əməliyyat müvəkkili, baş leytenantı olduğunu iddia edən Kazım Elşən oğlu Abbasovun “karyerasında” növbəti yüksəliş, görünür, printerin keyfiyyəti, müasir texnologiyaların geniş imkanları ilə bağlı olub. Adam əvvəllər saxta vəsiqəni printerdən çıxarıb işə keçirdisə, ələ keçəndən sonra “içəri”də “beynəlxalq hüquq müdafiəçisi” obrazı xəyalına düşüb. Azadlığa çıxandan sonra özünə bir bahalı kostyum, bir cüt ayaqqabı alıb, yəhudi keçmişi uydurub və “Davidin ulduzu” tamaşasının növbəti pərdəsini oynamağa başlayıb. Ədalət naminə demək lazımdır ki, dünya teatr səhnələri belə parlaq aktyorlara həsrətdir!

Ulduzu həbsxana qapısında sönmüş Kazımın hekayəsi

Musavat.com redaksiyasına zərərçəkmişlərdən biri tərəfindən təqdim edilən Xəzər Rayon Prokurorluğunun 110016011 nömrəli cinayət işi üzrə İttiham Aktında yer alan faktlar göstərir ki, hazırda özünü “David Seliverstov” kimi təqdim edən Kazım Elşən oğlu Abbasovun adı illər əvvəl saxta sənəd hazırlama və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı cinayət işində keçib. Adam adi residivist – təkrar-təkrar cinayət törədən biridir. Hazırda özünü “David Seliverstov” kimliyi altında gizlətməyə çalışan bu şəxsin saxtakarlıq, dələduzluq diapazonu hüquq-mühafizə orqanlarının fəaliyyətinə belə kölgə salacaq həddə çatıb.

“Xüsusi Xidmət əməliyyatçısı” belə ələ keçib

2011-ci ilin fevralında “qəhrəman” Kazım Abbasov həbsdə olan tanışı, “avtokrad” Məmməd Məmmədzadəni vaxtından əvvəl azad etdirəcəyini vəd edərək onun bacısı Şövkət Məmmədzadə ilə birlikdə Bakının Şağan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinə gəlir. Növbətçi hissədə xidmət aparan ədliyyə giziri Qabil Ağayevə isə özünü belə təqdim edir: “Azərbaycan Respublikası Xüsusi Xidmət İdarəsinin baş əməliyyat müvəkkili, baş leytenant”.

Gizir üst-başından cin ürkən, zoğalı rəngli vəsiqə sahibini yenidən başdan-ayağa qədər süzür, beynində belə bir idarənin olub-olmamasını aydınlaşdırmağa çalışarkən Kazım Abbasov vay-şüvən salmağa başlayır. Cibindən rəngli vəsiqə bir daha çıxarır, ani açıb növbətçinin gözünə tutub geri çəkməyi ilə cibinə dürtməsi bir olur və üstəlik, onu hədələyir: “Sən kimsən ki, məni qapıda gözlədirsən? Mənim kabinetimdə mənə cavab verməli olacaqsan, səni işdən qovduraram, poqonlarını sökdürəcəyəm!”

Türmə əməkdaşı xidmət illəri ərzində daha “uğurlu” dələduzları gördüyündən Kazım Abbasovun “xox”undan sonra tələsik müəssisə rəisini yığır, belə bir “hörmətli” zatın qapıda onu gözlədiyini məruzə edir. Az sonra müəssisənin rəisi, ədliyyə mayoru İlqar Sadıqov Kazım Abbasovu qəbul edir və ondan vəsiqəni tələb edir. Vəsiqəyə, bir də onu təqdim edən Kazım Abbasova baxır, göstəriş verir ki, onu yan otağa aparsınlar. Həmin anda Kazım Abbasov teatrında final başlayır. Türmə rəisi vəsiqəni saf-çürük edir, respublikada “Azərbaycan Respublikası Xüsusi Xidmət İdarəsi” adlı dövlət qurumu olmadığını bir daha aydınlaşdır. Bundan sonra “baş əməliyyat müvəkkili” Kazım Abbasovun əməliyyat karyerası gözlənilmədən başa çatır. Az sonra türməyə gələn Xəzər Rayon Polis İdarəsi əməkdaşları Kazım Abbasovu əlləri arxasında qandallı vəziyyətdə, başı aşağı özləri ilə aparıb istintaqa təhvil verirlər. Bu əməllərinə görə 2,5 il azadlıqdan məhrum olunur.

İstintaq qrupunun rəhbəri, müstəntiq Ayxan Kazımov tərəfindən təyin edilən kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizalarının rəyləri (№ 3782, № 3625/3674) Kazım Abbasovun ibtidai saxtakarlıq üsullarını tam çılpaqlığı ilə ortaya qoyub.

İttiham aktında oxuyuruq: Kazım Abbasovun təqdim etdiyi “vəsiqədəki “Azərbaycan Respublikası Xüsusi Xidmət İdarəsi” möhürü, mətn və rəqəmlər kompüterin qrafik proqramında yığılaraq skaner vasitəsilə fotokağız üzərinə axınlı printerlə çap edilib. Vəsiqənin “İdarə Rəisi K.V.Əliyev” qrafasındakı imzanın K.V.Əliyev tərəfindən deyil, birbaşa Kazım Abbasovun özü tərəfindən çəkildiyi xətşünaslıq ekspertizası ilə sübut olunub. Vəsiqənin üzərinə ayrı mətbəə üsulu ilə hazırlanmış saxta holoqram yapışdırılıb”.

Türmə qapısında 26.03.1988-ci il təvəllüdlü Kazım Elşən oğlu Abbasovun göstərdiyi “Xüsusi Xidmət İdarəsi əməkdaşı teatrı” onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cü - özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 320.1-ci - saxta sənəd hazırlama, 320.2-ci - saxta sənəddən istifadə maddələri ilə ittiham olunub cəzaya çatdırılmasıyla nəticələnib. İstintaq zamanı məlum olub ki, bu, Kazım Abbasovun – indiki “David Seliverstov”un ilk “vəsiqə macərası” da deyilmiş!

Kazım Abbasov əvvəllər, yəni 13.11.2010-cu ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 – ci - dələduzluq və 320.1 – saxtakarlıq maddələri ilə məhkum olunub. İstintaq zamanı Kazım Abbasov əməllərini gizlətmək üçün gülünc iddialar irəli sürüb. Yəni bu gün “David Seliverstov”cildində etdiklərini o zaman daha primitiv formada, daha kiçik miqyasda edib.

İstintaqa ifadəsində vəsiqəni 28 May küçəsindəki “Lider” kafesində tanış olduğu “Ramil” adlı şəxsdən “Zorge parkı”nda 200 manata aldığını, guya məqsədinin hərbi-xüsusi orqan saxtakarı olan Ramilin cinayətini polislərə ifşa etmək olduğunu iddia edib. Məlum olub ki, Kazım Abbasov bu hadisədən cəmi bir neçə ay əvvəl - 13 noyabr 2010-cu ildə Nəsimi Rayon Məhkəməsi tərəfindən eyni tərkibli cinayətə - CM 178 - dələduzluq və CM 320.1 – saxtakarlıq - “Azərbaycan Respublikası Xüsusi İdarəsi” vəsiqəsi hazırlamağa görə məhkum edilibmiş!

Yəni şəxs islah olunmaq əvəzinə azadlığa çıxan kimi vəsiqədəki ada sadəcə “Xidmət” sözünü əlavə edərək təkrar eyni saxtakarlıq sxemini dövriyyəyə buraxıb. Kazım Abbasovdan “David Seliverstov”a uzanan dələduzluq xəttinin evolyusiyası bu gün daha əhatəlidir. Adam ətrafına topladıqlarının gözünə necə kül üfürübsə, ortada bunca fakt-sübut ola-ola onu müdafiə edənlər yenə də tapılır...

Zərərçəkmişlərin redaksiyamıza bildirdiyinə görə, 2011-ci ildə prokurorluq tərəfindən ifşa edilən Kazım Abbasov illər keçdikcə “peşəkarlığını” və hiyləgərliyini artırıb. O, adını və soyadını dəyişərək “David Seliverstov” adı altında peyda olub, özünü imkanlı iş adamı, xarici investisiya fondlarının nümayəndəsi və nüfuzlu şəxs kimi qələmə verməklə yenə də etibarından sui-istifadə edib.

2011-ci ildə cəzaçəkmə müəssisəsində nəzarətçini “poqonunu sökdürməklə” hədələyən, printerdə çap edilmiş saxta xüsusi xidmət vəsiqəsi ilə “generallıq” edən şəxsin bu gün adını dəyişib “David Seliverstov” kimi təqdim olunması, onun köklü dələduzluq psixologiyasından və vərdişlərindən əl çəkmədiyini göstərir.

2011-ci ildə həbsxana qapısında saxta vəsiqə ilə özünü xüsusi xidmət əməkdaşı kimi təqdim edən Kazım Abbasov illər sonra tamam başqa obrazda, “David Seliverstov” adı altında meydana çıxırsa, sual yaranır – bu dəfə məqsəd eyni deyil?

Mövzuya qayıdacağıq.

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır - Həbs olunacağı deyilirdi...
Bu gün, 15:45
“David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDI – RESİDİVİSTİN SONU?
Bu gün, 15:37
"Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO
Bu gün, 15:33
Kolleclərə qeydiyyat başlayıb -DİQQƏT
Bu gün, 15:26
Rusiyanın Hindistan planları... - Kreml istəyir ki...
Bu gün, 15:24
"FHN-dən gələn cavab məktubları “yola verdim” məsəlinə dönüb…” - Jurnalist Kəmaləddin Heydərova müraciət etdi
Bu gün, 13:30
Məhkəmə piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı
Bu gün, 13:28
Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi olub
Bu gün, 13:26
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə: Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri... - TƏFƏRRÜAT
Bu gün, 13:14
Qaş düzəldən yerdə göz çıxarmaq... - Kartlara qoyulan limit hansı problemləri yaradıb?
Bu gün, 13:12
Trampın yeni planı İranı qəzəbləndirdi - Tehranın son rıçağı əlindən alınır
Bu gün, 13:05
Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: - “Xalqı qoyun adlandıran ikinci nadan”
Bu gün, 13:04
"Sevmək sevilməkdən daha gözəldir" - Vüsalə
Bu gün, 13:01
Azərbaycan və Türkiyənin birgə müəssisəsinin rəhbərliyində iki mühüm təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 13:00
Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib - TƏFƏRRÜAT
Bu gün, 12:57
Rəqibinin üzünü bıçaqlayan Rustəm 10 min dollara barışıb: - “Kriminal avtoritet” cəzadan belə yayındı
Bu gün, 12:56
AAYDA sədri Cavid Kərimova yüksək vəzifə verdi - ƏMR
Bu gün, 12:54
Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi - FOTO
Bu gün, 12:50
"Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq - Bu gündən
Bu gün, 12:48
MTK-larda yeni özbaşınalıq: beş min gətir... - NƏ ETMƏLİ?
Bu gün, 12:18
Bakının axtardığı o 3 TƏXRİBATÇI... – Rusiya özü cəzalandıracaq?
Bu gün, 12:16
Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi - TƏFƏRRÜAT
Bu gün, 12:11
Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? - İTTİHAM VAR
Bu gün, 11:59
“Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:47
Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... - FAKT BUDUR!
Bu gün, 11:40
Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb - DETALLAR
Bu gün, 11:34
Moskvadan Bakıya SENSASİON hücum: - Həmin şəxslərə əmri kim verib?
Bu gün, 11:29
Mağazanın 90 min manatını mənimsəyən satış məsləhətçisinə şərti cəza verildi
Bu gün, 11:21
Zaxarova və “Pandora qutusu” - İkili standartların bumeranq effekti
Bu gün, 11:12
Milli Park , yoxsa gəlir mənbəyi? - VİDEO
Bu gün, 11:07
Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə 4 il HƏBS CƏZASI
Bu gün, 10:56
"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:55
Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... - ONA GÖRƏ DƏ...
Bu gün, 10:53
Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən YENİ XƏBƏR
Bu gün, 10:46
Ərdoğandan müharibə ANONSU: Bakı üçün KRİTİK seçim - NƏ ETMƏLİ?
Bu gün, 10:42
Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı QƏRAR
Bu gün, 10:41
Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı - ƏMR
Bu gün, 10:34
Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi – MƏHKƏMƏ
Bu gün, 10:02
"By Ella" ləqəbli bloger həbs edildi - FOTO
Bu gün, 10:01
Qasparyandan rusiyalı blogerlərə XƏBƏRDARLIQ: Bakı hər şeyi eşidir… - AKTUAL
Bu gün, 10:00
Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 09:59
İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu açıqladı - "...hesablamalar və tədqiqat işləri aparılır"
Bu gün, 09:58
Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 09:57
SEPAH-dan İrəvanla gizli sövdələşmə - Görünəni odur ki...
Bu gün, 09:56
Rusiya Ermənistandan araşdırmanın nəticələrini gözləyir - “İzvestiya”
Bu gün, 09:53
Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb
Bu gün, 09:51
Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir - İmran xan...
Bu gün, 09:44
“Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması - GƏLİŞMƏ
Bu gün, 08:34
Niyə ermənilərdən geri qalırıq... - MALƏSƏF...
Bu gün, 08:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru