"Şikayətim "Bank of Baku"dandır. Normalda bu bankın debet kartlarını çox istifadə etmirəm. Amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə Müştəriyəm Şikayətim Var sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "14 avqustda debet kartıma ödəniş elavə edərək xaricə bilet aldım. Həmin günün məzənnəsinə uyğun olaraq ödəniş kartımdan çıxıldı, hətta balansımda pulda qaldı. Daha sonra qalan pulu balansımdan çıxardım. Hesabımda mənfi hal yaranmanışdı. Bir neçə gün sonra 5 manat pul yüklədim hesabıma. Bugün girib baxıram 3.47 manat pul qalıb. 1.53 manat nəyəsə tutulub.
"Qaynar xətt"ə yazdığım zaman bu cavabı aldım. Düzdür böyük bir məbləğ deyil. Ancaq insanları bu cür soymaq çox gülməlidir. Heç bir bankda bu problemi yaşamamışam. Bu banka vəsait yerləşdirəndə çox-çox ehtiyatlı olun... çünki hər an sizin də pulunuz bata bilər..."









