Alim deputatlarımız .....                     Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub .....                     "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" .....                     İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər .....                     Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? .....                     Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub .....                     Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır .....                     Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi .....                     "Kristal-F" MTK yarım milyon manat borca düşüb .....                     Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib .....                     Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi .....                     Paşinyan referendumla bağlı hərəkətə keçdi .....                     İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər .....                     Azərbaycanla Ermənistan arasında .....                     800 manata 3 günlük İŞGƏNCƏ! .....                     MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? .....                     “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” .....                     Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? .....                     Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: .....                     İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? .....                     Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? .....                     Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? .....                     “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək .....                     Gənc müəllimin “qorxmayın” sözünə .....                     İrəvan Moskvanın tələbini rədd etdi .....                     Qafqaz ölkələrinin yeni artım tempi .....                     Ferması dağıdıldı, mal-qarası tələf edildi .....                     Avropanın “demokratiya” PARADOKSU .....                     Ayxan İsrafilov azadlığa buraxıldı .....                     Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb .....                     Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: .....                     “Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” .....                     Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: .....                     MİDA-da yeni təyinat olub .....                     Şirkət üç illik auditor axtarır .....                     Cənubi Qafqazda sülhün əsas şərtləri .....                     Tramp İrandan danışıb: .....                     Dünyada ən çox istehsal olunan 40 qida məhsulu .....                     AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək .....                     Həbsdə olan Qaqik Çarukyanın şirkəti .....                 

Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Tarix: Bu gün, 15:12 | Çap et

Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər Rusiya və Avropa İttifaqına münasibətlə bağlı “bir addım irəli, iki addım geri” siyasətinə üstünlük verməsi açıq-aşkar müşahidə olunur. Xüsusilə də Kremldən İrəvana seçim etməklə bağlı ultimativ tonda təkliflərin gəlməsi görünür, İrəvanda ciddi müzakirələrə səbəb olub. Elə Ermənistan parlamentinin rəhbərliyində Nikol Paşinyanın ən ciddi rəqiblərindən hesab olunan Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” blokundan olan Aram Vardevanyanın vitse-spiker postuna gətirilməsi də Rusiyanın “könünü almaq” kimi yozulur. Bundan əlavə, Rober Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokunun deputatlarından da vəzifələrə təyin edilənlər var. Beləliklə, Paşinyan liderlərini cəzalandırdığı revanşistləri irəli çəkməklə maraqlı siyasət yürüdür.

Milli Məclisin deputatı, analitik Elçin Mirzəbəyli bu mövzu ilə bağlı suallarımızı cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Elçin bəy, Nikol Paşinyan özünün rəqiblərini, revanşist müxalifətin təmsilçilərini parlament rəhbərliyinə gətirir. Bu qərarların səbəblərini yalnız qanunvericilikdə və reqlamentdə axtarmaq lazımdır, yoxsa siyasi səbəbləri də var?

- Ermənistan parlamentində Aram Vardevanyanın vitse-spiker seçilməsi, mənim fikrimcə, ilk baxışda göründüyündən daha ciddi siyasi məna daşıya bilər. Burada söhbət yalnız müxalifət nümayəndəsinin parlament rəhbərliyinə gətirilməsindən getmir. Bu qərarı Ermənistanın yeni parlament arxitekturası, Paşinyanın müxalifətə münasibəti, Rusiya ilə münasibətlər və qarşıdakı konstitusiya dəyişiklikləri kontekstində qiymətləndirmək lazımdır.

- Konkretləşdirsək...

- Əvvəla, Vardevanyanın seçilməsi üçün tələb olunan 53 səsin təmin olunmasında hakim “Mülki Müqavilə” partiyasından olan deputatların da iştirak etməsi təsadüfi görünmür. Əgər məqsəd sadəcə konstitusion tələbin yerinə yetirilməsi olsaydı, bunu sırf texniki prosedur kimi qiymətləndirmək mümkün idi. Amma söhbət “Güclü Ermənistan” blokunun nümayəndəsinin parlament rəhbərliyində mühüm postlardan birinə gətirilməsindən gedir. Mən burada Paşinyanın çoxqatlı siyasi hesab apardığını düşünürəm.

- Bəs Kremlə “yaşıl işıq” yandırılması ehtimalı?

- Kremlə “yaşıl işıq” versiyasını tamamilə kənara qoymaq olmaz. Əlbəttə, Vardevanyanın təmsil etdiyi “Güclü Ermənistan” blokunun Rusiyaya yaxın siyasi çevrələrlə əlaqələri və bu blokun arxasında dayanan qüvvələrin Moskva ilə münasibətləri Ermənistan siyasətində kifayət qədər ciddi müzakirə mövzusudur. Bu baxımdan Vardevanyanın parlament rəhbərliyinə gətirilməsi Kremlin də diqqətindən yayınmayacaq. Paşinyanın Moskvaya müəyyən mesaj göndərməsi ehtimalını mən tamamilə istisna etmirəm. Amma bunu “Paşinyan Kreml qarşısında geri addım atdı” kimi qiymətləndirməzdim.

- Bəs nə ilə izah etmək olmaz? Söhbət Kremlə bağlı qüvvələrdən gedirsə...

- Əksinə, məncə, Paşinyan demək istəyir ki, “Ermənistan Rusiyadan siyasi baxımdan uzaqlaşsa da, Rusiyaya yaxın elektoratı siyasi sistemdən silmək niyyətində deyiləm”. Bu, Paşinyana həm daxili siyasi manevr imkanı verir, həm də Moskva ilə münasibətlərdə gərginliyin idarə olunması üçün müəyyən kanal saxlayır. Amma bunun çox mühüm ikinci tərəfi də var. Çox güman ki, Paşinyan Rusiyaya yaxın siyasi qüvvələri küçədə deyil, parlamentdə görmək istəyir. Bu isə artıq güzəştdən daha çox, institusional nəzarət strategiyasına bənzəyir. Yəni Paşinyan müxalifəti parlament rəhbərliyinə daxil etməklə ola bilsin ki, onu idarə olunan siyasi çərçivəyə salır. Məncə, baş verənlərin ən mühüm tərəfi də budur.

- Hər halda, milyarder lideri ev dustaqlığında olan təşkilatdan söhbət gedir...

- “Güclü Ermənistan” kimi kifayət qədər ciddi elektorata malik və hakimiyyət üçün potensial təhlükə yarada biləcək siyasi qüvvəni parlamentdən kənarda saxlamaq Paşinyanın marağında deyil. Çünki parlamentdən kənarda olan müxalifətin küçə siyasətinə keçmək imkanları daha genişdir. Parlamentdə olan müxalifətin isə komitə sədrləri, komitə sədrinin müavinləri və vitse-spiker postları və təbii ki, siyasi məsuliyyəti var. Bu baxımdan, Paşinyan müxalifətə sadəcə vəzifə vermir. O, müxalifəti sistemin daxilində fəaliyyət göstərməyə məcbur edən siyasi çərçivə yaradır. Bu, Paşinyanın siyasi taktikasına da uyğundur. O, rəqiblərini tamamilə sıradan çıxarmaq əvəzinə onları müəyyən mənada özünün qurduğu siyasi sistemin daxilində saxlamağa çalışır. Mən bunu “müxalifətə güzəşt” yox, müxalifətin institutlaşdırılması kimi qiymətləndirirəm.

- Gələcəkdə bu addımlar parlamentdə təkbaşına qərar vermək imkanları məhdudlaşan Paşinyana məsələn, konstitusiya islahatlarına getmək, referendum qərarını verməkdən ötrü lazım ola bilərmi? Radikal müxalifətin təmsilçilərinin vəzifə təyinatlarının qarşılığında onların da səsinin alınması baxımından...

- Məncə, əsas məsələ konstitusiyadır. Paşinyanın qarşısında yeni konstitusiya və onun referendum yolu ilə qəbul edilməsi məsələsi dayanır. Burada parlament arifmetikası çox böyük əhəmiyyət daşıyır. Konstitusiya referendumunun keçirilməsi üçün lazım olan səs sayı hakim “Mülki Müqavilə”nin təkbaşına rahat şəkildə təmin edə biləcəyi sadə parlament çoxluğundan daha yüksəkdir. Deməli, Paşinyanın qarşısında yalnız referendum keçirmək məsələsi yoxdur. Onun qarşısında referendum üçün siyasi koalisiya və ya ən azı müxalifətin müəyyən dəstəyini qazanmaq problemi var. Məhz bu səbəbdən “Güclü Ermənistan”ın parlamentdəki davranışı onun üçün əhəmiyyətlidir. Hesab edirəm ki, Paşinyan bu bloku bütöv şəkildə öz tərəfinə çəkmək niyyətində deyil. Bu, onsuz da real deyil. Onun üçün daha vacib olan “Güclü Ermənistan”ın daxilində konstitusiya, Azərbaycanla sülh, Rusiya ilə münasibətlər və Ermənistanın gələcək xarici siyasəti məsələlərində fərqli mövqelərin meydana çıxmasına zəmin yaratmaqdır. Başqa sözlə, Paşinyan blokdan yox, blok daxilindəki siyasi fiqurlardan istifadə edə biləcəyi bir sistem qurmağa çalışır. Vardevanyanın seçilməsi bu baxımdan təsadüfi seçim deyil. Aram Vardevanyan hüquqşünasdır və “Güclü Ermənistan”ın hüquqi-siyasi məsələlərdə əsas simalarından biridir. Ona görə mən onun vitse-spiker seçilməsinə sırf protokol və ya parlament texnikası kimi baxmıram. Parlament rəhbərliyinə məhz hüquqi və konstitusion məsələlərdə çəkisi olan müxalifət nümayəndəsinin gətirilməsi gələcək konstitusiya müzakirələri baxımından Paşinyan üçün müəyyən dialoq kanalı yaradır. Bu, Vardevanyanın Paşinyanı dəstəkləyəcəyi demək deyil. Əksinə, onun müxalif mövqeyini qoruyacağı tamamilə mümkündür. Amma siyasi dialoq üçün kanalın yaradılması özü mühüm məsələdir. Bu o deməkdir ki, referendumunun müzakirəsi başlayanda Paşinyanın qarşısında artıq tamamilə düşmən münasibətdə olan və parlament institutlarından kənarda qalan bir müxalifət olmayacaq. Ən azı onunla danışmaq üçün institusional kanal olacaq.

- Yəni “səs alveri?”

- Mən “səs alveri” ifadəsini də doğru hesab etmirəm. Bəzən belə hallarda hakimiyyətin müxalifət nümayəndəsini vəzifəyə gətirməsi avtomatik olaraq “səs qarşılığında vəzifə” kimi qiymətləndirilir. Mən isə məsələyə bir qədər fərqli baxıram. Bu gün Vardevanyanın vitse-spiker seçilməsi onun və ya “Güclü Ermənistan”ın sabah Paşinyanın konstitusiya layihəsinə səs verəcəyi anlamına gəlmir. Amma bu addım siyasi kredit yaradır. Paşinyan deyə bilər ki, “Biz sizin siyasi hüquqlarınızı məhdudlaşdırmadıq, əksinə, parlament rəhbərliyində və komitələrdə sizə yer verdik.” Sabah bu, müəyyən məsələlər üzrə dialoq üçün siyasi baza rolunu oynaya bilər. Yəni burada söhbət birbaşa səs almaqdan daha çox, gələcək səs üçün siyasi zəmin yaratmaqdan gedir.

- Elçin bəy, kifayət qədər maraqlı məqamlara toxundunuz. Bəs Azərbaycanın maraqları baxımından baş verənləri necə səciyyələndirmək olar?

- Məncə, Azərbaycan baxımından əsas məsələ Ermənistan parlamentində hansı partiyanın hansı vəzifəni tutması deyil. Əsas sual budur ki, Ermənistanın yeni siyasi sistemi Azərbaycanla əldə olunan sülh razılaşmalarının daxildə hüquqi və siyasi baxımdan möhkəmləndirilməsinə imkan verəcəkmi? Əgər Paşinyanın parlament strategiyası gələcək konstitusiya dəyişikliklərinə, Azərbaycanla sülhün möhkəmləndirilməsinə və regionda yeni siyasi-nəqliyyat reallıqlarının formalaşmasına gətirib çıxaracaqsa, bu, Azərbaycan üçün müsbət nəticə sayıla bilər. Amma əgər bütün bu proses yalnız Paşinyanın daxili siyasi rəqiblərini parçalamaq və hakimiyyətini daha da möhkəmləndirmək məqsədi daşıyırsa, onda bunun region üçün real nəticəsi daha məhdud olacaq. Paşinyan hazırda eyni vaxtda bir neçə istiqamətdə manevr etməyə məcburdur. O, Qərblə münasibətləri dərinləşdirir, Azərbaycanla sülh prosesini davam etdirir, Rusiyadan siyasi məsafəni artırır, amma digər tərəfdən Ermənistan iqtisadiyyatının və təhlükəsizlik sisteminin Rusiya ilə mövcud əlaqələrinin yaratdığı reallıqları da nəzərə almalıdır.

- Kreml bu kimi addımları böyük jest olaraq qarşılayacaqmı, yoxsa bununla kifayətlənməyəcək?

- Belə vəziyyətdə Rusiyaya yaxın elektoratı parlament sistemindən tamamilə çıxarmaq onun üçün əlavə risk yarada bilər. Ona görə də Paşinyan daha incə oyun oynayır. Rusiyayönlü siyasi qüvvələri məhv etmək yox, onları öz nəzarətində olan parlament arxitekturasına daxil etmək. Bu, həm Moskva qarşısında manevr imkanını qoruyur, həm də daxildə küçə müxalifətinin potensialını azaldır. Burada çox incə bir məqamı da nəzərə almaq lazımdır. Xatırladım ki, Vardevanyan özü seçkidən sonra nəticələrin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət ünvanlayan əsas simalardan biri olub. Yəni söhbət Paşinyanın siyasi müttəfiqindən yox, seçkidən dərhal sonra hakimiyyətin legitimliyini mübahisələndirmiş müxalifət nümayəndəsindən gedir. Belə bir şəxsin vitse-spiker postuna seçilməsinə imkan verilməsi, onun təmsil etdiyi ana müxalifət blokunun seçkinin legitimliyini qəbul etməsi anlamına gəlir ki, bu da Paşinyan üçün kifayət qədər əhəmiyyətli məqamdır. Zənnimcə, bütün baş verənlərdən başqa, proseslərin fövqündə dayanan əsas siyasi məqsəd konstitusiya məsələsidir. Paşinyan yeni siyasi mərhələyə keçmək istəyir. Bunun üçün ona yalnız parlament çoxluğu kifayət etmir. Ona siyasi legitimlik, müxalifətin müəyyən hissəsi ilə dialoq və gələcək referendum üçün daha geniş siyasi baza lazımdır. Bu baxımdan 10 avqust hadisəsini mən Paşinyanın Rusiyaya dönüşü kimi yox, Rusiyanın Ermənistan daxilindəki siyasi kartlarını da nəzərə alan çoxqatlı daxili siyasi strategiyası kimi qiymətləndirərdim.

- Qarşıdakı dönəmlə bağlı proqnozlarınız necədir? Hər halda 8 avqust təbrikləri, telefon zəngləri müəyyən nikbin qənaətlər yaradıb. Sizin müşahidələriniz nə deyir?

- Ən vacib məqam bundan sonra baş verəcək. Əgər qarşıdakı aylarda “Güclü Ermənistan” daxilində konstitusiya, Azərbaycanla sülh və Ermənistanın gələcək siyasi modeli məsələlərində fərqli mövqelər ortaya çıxmağa başlayarsa, onda 10 avqustda atılan addımın əsl məqsədi daha aydın görünəcək. O zaman məlum olacaq ki, Paşinyan müxalifətə sadəcə kreslo verməyib, gələcək referendum üçün siyasi zəmin hazırlayıb.

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Bu gün, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Bu gün, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Bu gün, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Bu gün, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Bu gün, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Bu gün, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Bu gün, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Bu gün, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Bu gün, 15:37
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Bu gün, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Bu gün, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Bu gün, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Bu gün, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Bu gün, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Bu gün, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Bu gün, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Bu gün, 14:16
İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? - ŞOK DETALLAR
Bu gün, 14:14
Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Bu gün, 14:07
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Bu gün, 14:04
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Bu gün, 14:00
Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Bu gün, 13:59
İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Bu gün, 13:26
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09
Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02
Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58
Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52
Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15
Cənubi Qafqazda sülhün əsas şərtləri - Təkcə kabab deyil
Bu gün, 12:11
Tramp İrandan danışıb: - "Mən onların bankiriyəm, pullarına nəzarət edirik..."
Bu gün, 12:08
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - SİYAHI
Bu gün, 12:06
AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək - MAŞALLAH, ƏLLƏRİNDƏN HƏR İŞ GƏLİR...
Bu gün, 12:04
Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyib
Bu gün, 12:01
Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI - FOTO
Bu gün, 11:54
Ermənistan dəmir yumruğu deyəsən unudub - Separatçılar özlərinə “rəhbər” seçirlər...
Bu gün, 11:43
Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… - "Ora çatarkən hava limanında..."
Bu gün, 11:34
7-8 kiloluq quzuları niyə kəsirlər? - Oliqarx məmurlar və mübahisəli AÇIQLAMA
Bu gün, 11:29
İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf – Nələr gözlənilir?
Bu gün, 11:11
Zərdabda əkin sahələrinin su təminatına 9.3 milyon manat xərclənəcək
Bu gün, 11:07
Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? - AKTUAL
Bu gün, 11:02
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib - DETALLAR
Bu gün, 10:59
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur - BU DA FAKT!
Bu gün, 10:54
9 milyon manatlıq tender bu şirkətə verildi
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru