Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu .....                     Laçin aparılan quruculuq işləri sayəsində gözəl məkana çevirir .....                     Bakı İdman Liseyində dələduzluq faktı... .....                     "Bu məsələdə lap aşağıdan - bələdiyyə sədrindən tutmuş icra başçısınadək cəzalanmalıdır" .....                     Azərbaycan xalqının borc yükü niyə və necə artır? .....                     Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? .....                     Adil Əliyev bunları görmürmü... bilmirmi?.. .....                     Qanuna meydan oxumaq, yoxsa qanunu bilməmək? .....                     Rusiya “Xəzər ekspresi”ni işə salıb: Bizi hansı təhlükə gözləyir? .....                     "UHNAR TRADE"in başı bəlada: 183 min manatlıq vergi borcu .....                     "Məhkəmədə 'Quran' gətizdirib and içəcəyəm..." .....                     Molla rejimi Koroğluya savaş açdı: Təbriz ayağa qalxdı .....                     Rus KİV-ləri bizi nə qədər çox hədəfə gətirəcəksə... .....                     İndi pullar əks istiqamətə axır... .....                     Rusiyanın Azərbaycana təzyiqinin 10 səbəbi... .....                     Türkiyədə təriqət liderlərinin həbsi... .....                     Sentyabrın 15-dən sonra nə edəcəksiniz... nə edəcəyik,!! .....                     "Adama deyərlər, sənin qəsdin-qərəzin nədir bu Əlisa Nicatla?" .....                     "Hər an sizin də pulunuz bata bilər.." .....                     AzəriQaz-dan müəmmalı HESAB-KİTAB... .....                     Təmir adı ilə gəlib, suyu birdəfəlik kəsdilər... .....                     "Bu ,ölkəmizin gələcəyi üçün düşünülmüş təhlükənin siyasi kodudur.." .....                     Hökumət büdcə xərclərini azaldır .....                     Türkiyə, Suriya və İsraili bir araya gətirəcək format yaradılır .....                     Azərbaycanın payı Rusiyaya yaxınlaşır .....                     Şəkidə əmlak kompleksi 2 milyon manata .....                     Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır .....                     İranda Tramp üçün “ölüm fondu: .....                     Yanmasın deyə pəncərədən tullanıb öldü .....                     D-8-dən Orta Dəhlizə: Azərbaycan və İndoneziya arasında yeni təmas nöqtələri .....                     Atatürk Mərkəzi gözətçi və sürücü ilə xidməti müqavilə bağlayıb .....                     "İşə düzəlməkdə də ciddi çətinlik çəkir, AMMA..." .....                     Xaçmazın 85 illik məktəbi baxımsız vəziyyətdədir .....                     “Azərbaycan və Türkiyə yeni dövlət yaradır: adı isə…” .....                     Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü .....                     Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır .....                     “David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDI .....                     "Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir .....                     Kolleclərə qeydiyyat başlayıb .....                     Rusiyanın Hindistan planları... .....                 

Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Tarix: Bu gün, 10:01 | Çap et

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2023-cü il avqustun 26-da Laçın və Kəlbəcər rayonlarına səfərləri maraqlı məqamlarla yadda qaldı. Bizə dost və düşmən münasibət bəsləyən qüvvələr azad olunmuş ərazilərimizdən verilən mesajlardan xəbərdar oldular, özlərinə pay götürdülər. Təbii ki, bu səfərlərin ən böyük təsiri Böyük Qayıdış prosesinədir. Biz artıq görürük ki, insanlarımız necə böyük həvəslə, sevinclə öz dədə-baba torpaqlarına qayıtmaq istəyirlər.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir. Deməli, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Prezidentin Sərəncamına əsasən, Laçın və Kəlbəcər rayonları yenidən qurulur, orada böyük sənaye müəssisələri, turizm və kənd təsərrüfatı obyektləri, hotel və mehmanxanalar, məktəb və xəstəxanalar inşa edilir. Bu, bütövlükdə dövlətimizin iqtisadi gücünün göstəricisidir. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən ərazilərin yenidən qurulması Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Rayonlarımızın yenidən qurulması, keçmiş köçkünlərin oraya yerləşdirilməsi planlı şəkildə həyata keçirilir. Qırx dörd günlük Vətən müharibəsindən sonra özlərini siyasətçi, ekspert adlandıran bəziləri deyirdilər ki, buraxın insanları gedib dədə-baba yurdlarında özlərinə istədikləri kimi ev tiksinlər, orada yaşasınlar. Müharibədən sonra həmin ərazilərdə partlayan, zərərsizləşdirilən minalar bu çıxışların nə qədər məsuliyyətsiz yanaşma olduğunu göstərir. Ona görə də Böyük Qayıdış prosesi düşünülmüş şəkildə, planla həyata keçirilir.
Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə həyatın və soydaşlarımızın qayıtması üçün sürətli işlərin aparılacağını bildirmişdi. İndi orada fasiləsiz şəkildə tikinti-quruculuq işləri aparılır. O ərazilər böyük bir tikinti meydançasını xatırladır. Hər kəs böyük həvəs və məsuliyyətlə iş görür. İnsanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün lazımlı addımlar atılır. Dövlətimizin başçısı 2011-ci ilin dekabrın 24-də özünün 50 illik yubileyində Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Öz ad gününü Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə qeyd edən Azərbaycan Prezidenti Laçın rayonundan olan məcburi köçkün ailələri üçün salınan yeni yaşayış qəsəbəsinin açılışını etdi və orada bildirdi ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün öz dədə-baba yurdlarında gözəl evlər tikiləcək. Doqquz il sonra Prezident İlham Əliyev xalqa verdiyi sözü reallığa çevirdi. Mədəniyyətimizin paytaxtı olan Şuşada bu gün Azərbaycan bayrağı dalğalanır.
2023-cü il avqustun 26-da Laçında təşkil olunan bayram tədbiri, atəşfəşanlıq möhtəşəm idi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanlarla səmimi söhbəti uzun müddət yaddaşlardan silinməyəcək. Bir zamanlar Taxtakörpüdə doğum günündə məcburi köçkünlərlə görüşən dövlətimizin başçısının bu gün Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış etməsi heyrətamiz idi. Prezidentin Laçına bu səfəri zamanı sakinlər qarşısında çıxışı, verdiyi siyasi mesajlar mühüm əhəmiyyət kəsb etdi. Dövlətimizin başçısı müharibədən sonra Azərbaycanın güclənən mövqeyini bir daha ifadə etdi. Açıq şəkildə bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Ölkəmizə qarşı bəzi qüvvələr tərəfindən aparılan kampaniya, çirkin təbliğat bizi haqq yolumuzdan döndərə bilməz.
Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul etmək məcburiyyətindədir. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma, oraların gülüstana çevrilməsi dünya dövlətlərini, beynəlxalq təşkilatları bir daha düşündürməlidir. Biz xarabalığa çevrilmiş ərazilərə həyat bəxş edirik, orada yaşıllıq salırıq, gözəllik yaradırıq.
Son illər ərzində Laçında çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə “Laçın” İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət 2026-cı il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və “Həkəriçay” su anbarının təməlini qoyub.
Prezident İlham Əliyevin Laçına səfərləri Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin növbəti nümayişi kimi də yadda qalıb. Eyni zamanda, biz ora qayıdış edən sakinlərin üzlərində olan sevinci, dövlətimizin başçısına və birinci xanıma olan sevgini bir daha görmüş olduq. İnsanlarda gələcəyə inam və öz liderinə güvən var idi.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 10:01
Laçin aparılan quruculuq işləri sayəsində gözəl məkana çevirir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:59
Bakı İdman Liseyində dələduzluq faktı... - gəlin-qaynana tandemi kimlərə arxalanır?
Bu gün, 08:22
"Bu məsələdə lap aşağıdan - bələdiyyə sədrindən tutmuş icra başçısınadək cəzalanmalıdır" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 08:09
Azərbaycan xalqının borc yükü niyə və necə artır? - Ekspert deyir ki...
Bu gün, 08:05
Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? - MÜRACİƏT
Bu gün, 08:00
Adil Əliyev bunları görmürmü... bilmirmi?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:58
Qanuna meydan oxumaq, yoxsa qanunu bilməmək? - İTTİHAM VAR...
Bu gün, 07:54
Rusiya “Xəzər ekspresi”ni işə salıb: Bizi hansı təhlükə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:51
"UHNAR TRADE"in başı bəlada: 183 min manatlıq vergi borcu - FOTO
Bu gün, 07:48
"Məhkəmədə 'Quran' gətizdirib and içəcəyəm..." - QALMAQAL
Bu gün, 07:46
Molla rejimi Koroğluya savaş açdı: Təbriz ayağa qalxdı - VİDEO
Bu gün, 07:42
Rus KİV-ləri bizi nə qədər çox hədəfə gətirəcəksə... - AKTUAL
Bu gün, 07:29
İndi pullar əks istiqamətə axır... - NECƏ VƏ NƏ OLDU Kİ?..
Bu gün, 07:25
Rusiyanın Azərbaycana təzyiqinin 10 səbəbi... - İNCƏLƏMƏ
Bu gün, 07:17
Türkiyədə təriqət liderlərinin həbsi... - NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Sentyabrın 15-dən sonra nə edəcəksiniz... nə edəcəyik,!! - AXI NİYƏ?..
Bu gün, 07:08
"Adama deyərlər, sənin qəsdin-qərəzin nədir bu Əlisa Nicatla?" - Aydın Candan SƏRT ETİRAZ!
Bu gün, 06:56
"Hər an sizin də pulunuz bata bilər.." - UYARI
Bu gün, 06:43
AzəriQaz-dan müəmmalı HESAB-KİTAB... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Təmir adı ilə gəlib, suyu birdəfəlik kəsdilər... - GİLEY
Bu gün, 06:31
"Bu ,ölkəmizin gələcəyi üçün düşünülmüş təhlükənin siyasi kodudur.." - Fazil Mustafa
Bu gün, 06:25
Hökumət büdcə xərclərini azaldır – Gələn ilə hazırlıq?
Dünən, 17:59
Türkiyə, Suriya və İsraili bir araya gətirəcək format yaradılır - AÇIQLAMA
Dünən, 17:56
Azərbaycanın payı Rusiyaya yaxınlaşır - GƏLİŞMƏ...
Dünən, 17:16
Şəkidə əmlak kompleksi 2 milyon manata - SATIŞA ÇIXARILDI
Dünən, 17:15
Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır - AXI NİYƏ?
Dünən, 17:10
İranda Tramp üçün “ölüm fondu: - Ekspert kampaniyanın gizlinini açıqladı
Dünən, 17:04
Yanmasın deyə pəncərədən tullanıb öldü - Qəlyana görə kafeyə od vuran Familin İŞİ
Dünən, 17:02
D-8-dən Orta Dəhlizə: Azərbaycan və İndoneziya arasında yeni təmas nöqtələri - İNCƏLƏMƏ
Dünən, 16:58
Atatürk Mərkəzi gözətçi və sürücü ilə xidməti müqavilə bağlayıb – Əmək Məcəlləsində nə yazılıb?
Dünən, 16:53
"İşə düzəlməkdə də ciddi çətinlik çəkir, AMMA..." - GİLEY
Dünən, 16:41
Xaçmazın 85 illik məktəbi baxımsız vəziyyətdədir - VİDEO
Dünən, 16:35
“Azərbaycan və Türkiyə yeni dövlət yaradır: adı isə…” - ilginc İDDİA
Dünən, 16:26
Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü - TƏFƏRRÜAT
Dünən, 15:51
Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır - Həbs olunacağı deyilirdi...
Dünən, 15:45
“David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDI – RESİDİVİSTİN SONU?
Dünən, 15:37
"Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO
Dünən, 15:33
Kolleclərə qeydiyyat başlayıb -DİQQƏT
Dünən, 15:26
Rusiyanın Hindistan planları... - Kreml istəyir ki...
Dünən, 15:24
"FHN-dən gələn cavab məktubları “yola verdim” məsəlinə dönüb…” - Jurnalist Kəmaləddin Heydərova müraciət etdi
Dünən, 13:30
Məhkəmə piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı
Dünən, 13:28
Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi olub
Dünən, 13:26
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə: Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri... - TƏFƏRRÜAT
Dünən, 13:14
Qaş düzəldən yerdə göz çıxarmaq... - Kartlara qoyulan limit hansı problemləri yaradıb?
Dünən, 13:12
Trampın yeni planı İranı qəzəbləndirdi - Tehranın son rıçağı əlindən alınır
Dünən, 13:05
Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: - “Xalqı qoyun adlandıran ikinci nadan”
Dünən, 13:04
"Sevmək sevilməkdən daha gözəldir" - Vüsalə
Dünən, 13:01
Azərbaycan və Türkiyənin birgə müəssisəsinin rəhbərliyində iki mühüm təyinat baş tutub - BUNDAN SONRA...
Dünən, 13:00
Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib - TƏFƏRRÜAT
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru