Sumqayıt Apellyasiya Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə təqsirləndirilən Vüqar Abuzərovun barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 29 avqust 2025-ci il tarixdə, saat 11 radələrində təqsirləndirilən şəxsin yaşadığı Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, təxminən yeddi ay ərzində vaxtaşırı həmin evdə təmir işləri aparan qohumu – 1971-ci il təvəllüdlü zərərçəkmiş Adil İmambaxışov hamam otağında kanalizasiya borusunun çəkilməsi ilə bağlı görüləcək işin yerini göstərib. Bu zaman zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə görülən işlərdən başının çıxmadığını bildirib. Adil İmambaxışov bu sözlərini şəxsiyyətini alçaldan ifadə kimi qiymətləndirib və bu səbəbdən onunla mübahisə etməyə başlayıb. Mübahisə zamanı Adil hamam otağında olan şüşə banka ilə Vüqarın başına zərbə endirib. Nəticədə onun başının sağ təpə-gicgah nahiyəsində şişkinlikli qançır və sıyrıq xəsarətləri yaranıb.
Məhkəmənin gəldiyi nəticəyə görə, başına zərbə endirilməsi təqsirləndirilən şəxsin daha da əsəbiləşməsinə səbəb olub. Bundan sonra o, Adili öldürmək qərarına gəlib.
Vüqar niyyətini həyata keçirmək məqsədilə hamam otağında əl-üz yuyulan yerin qarşısında olan mətbəx bıçağını götürüb. O, həmin bıçaqla zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə, eləcə də həyat fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan orqanların yerləşdiyi nahiyələrə çoxsaylı zərbələr endirib.
İttihama əsasən, bu zaman Vüqar xüsusi amansızlıq nümayiş etdirib.
Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, Adilin bədənində ümumilikdə 14 kəsilmiş-deşilmiş və kəsilmiş yara müəyyən edilib. Həmin xəsarətlərdən yaranmış kəskin daxili və xarici qanitirmə Adilin ölümünə səbəb olub.
Vüqar Abuzərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il azadlıqdan məhrum edilib.











