Gürcüstan Aİ-yə inteqrasiyası dayandırılmayıb - Kobaxidze
Tarix: 9-12-2024, 15:16 |
Çap et
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqına (Aİ) inteqrasiyanın dayandırılmadığını açıqlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.
“Hamı çox gözəl başa düşdü ki, reallıqda hökumət Avropaya inteqrasiyanı dayandırmayıb, əksinə, biz mümkün qədər müvafiq öhdəliklərin yerinə yetirilməsinə yönəlmişik”, - baş nazir deyib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan 2028-ci ilə qədər Assosiasiya Sazişi və Azad Ticarət Sazişindən irəli gələn öhdəliklərin 90%-dən çoxu yerinə yetirəcək: “Bu o deməkdir ki, Avropaya inteqrasiya prosesi mümkün qədər intensiv şəkildə davam edəcək və bu mesaj ictimaiyyət tərəfindən çox yaxşı başa düşüldü. Əminəm ki, etiraz aksiyasının iştirakçıları da bunu çox yaxşı başa düşdülər. Odur ki, faktiki olaraq tələb olunası heç nə olmadığına görə artıq müvafiq tələb onların gündəminə daxil edilə bilinmir”.