Xocavənddə 318 evi 7,8 milyon manata təmir edəcək .....                     Müstəntiqlər Ramiz Mehdiyevin dustaq olduğu EVƏ GƏLDİ... .....                     Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi .....                     Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb .....                     Karapetyandan Paşinyanla bağlı ŞOK .....                     Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ .....                     Milli Qəhrəman Şahin Tağıyev vəfat edib .....                     Rusiya “Qarabağ klanı”nı yenidən format edir .....                     ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib .....                     "Əlaqələrin qurulması İrəvanın öhdəlikləri yerinə yetirməsindən asılıdır" .....                     Aqil Abbas Ağdamda evlərin alışan materialdan üzlənməsinə etiraz edənlərə CAVAB VERDİ .....                     Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı .....                     İran televiziyasından təxribat: “Sarı gəlin” erməni mahnısı kimi təqdim edildi .....                     İran və Hindistandan 3 manata gətirilən sarıkök marketlərdə 30 manata satılır .....                     Putin Polyanskini Rusiyanın daimi nümayəndəsi təyin etdi .....                     Sahil Babayev ona yüksək vəzifə verdi .....                     Rusiya ilə bağlı bu söz amerikalıların xoşuna gəlmir .....                     “Nar” lotereyasında həyəcan artır .....                     "Hər şeyiniz var: pulunuz, sevgiliniz... amma ruhunuz kasıbdır..." .....                     İki şirkət birləşərək Baş Qərvənd kəndində .....                     Rusiya ilə gərginlik ili... .....                     Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş .....                     Bakıda çalışan əcnəbi iş adamından bp-nin etibarına zərbə .....                     Rusiya-Ukrayna müharibəsi ilə bağlı .....                     Mehdiyevin sadiq kadrı yola salınır .....                     Şəkidə mənzil fondu təmir ediləcək .....                     Ərəstun Oruclunun məhkəməsi başlayır .....                     Emin Əmrullayevə yeni müşavir təyin edildi .....                     “Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?" .....                     Ərinə 20 manat pula görə şüşə ilə xəsarət yetirən qadına hökm oxundu .....                     Azərbaycan alıcısı erməni malını alacaq? .....                     Türkiyə və Rusiyanı üz-üzə gətirmək istədilər .....                     Azərbaycanda rayon ağsaqqalı “Şaxta baba”nı maşınla vurub .....                     ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladır .....                     Taksilər avtobus zolağından istifadə etsə nə olar? .....                     Təranə qətlə yetirilibmiş .....                     Qarabağ ermənilərinin başı dərddədir .....                     XİN rəhbərləri Azərbaycan neft məhsullarının Gürcüstandan Ermənistana tranzitini müzakirə edib .....                     İş yoldaşını öldürən Şahlara .....                     Ramiz Mehdiyev həbsdən mütəşəkkil dəstəsini idarə edir .....                 

Rusiya ilə gərginlik ili... - Təyyarə qəzasından Mehdiyevin cəzasına qədər uzun bir yol
Tarix: Bu gün, 16:05 | Çap et

2025-ci il siyasi baxımdan Azərbaycan üçün gərgin, maraqlı və yaddaqalan hadisələrlə zəngin oldu. İlin əvvəlində xüsusən də Rusiya ilə münasibətlərdə ciddi gərginlik yarandı və bu, qısa fasilələri nəzər almasaq, ilin sonuna kimi davam etdi.

Təyyarə qəzası və Putinin vədləri...


Rusiya ilə gərginliyin əsas səbəb isə 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na (“AZAL”) məxsus “Embraer 190” (reys J2 8243) sərnişin təyyarəsinin Qroznı səmasında vurulması və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması oldu. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər var idi. Qəza nəticəsində kapitan, ikinci pilot, baş stüardessa və 35 sərnişin, ümumilikdə 38 nəfər həlak oldu, 29 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə sağ qaldı. Hadisə ölkədə böyük sarsıntı yaratdı və Azərbaycan hökuməti faciənin səbəblərini araşdırmaq üçün dərhal tədbirlərə başladı. Bu proses bütün il boyu davam etdi.

Prezident İlham Əliyev yanvarın 6-da qəza zamanı həlak olmuş ekipaj üzvlərinin ailələri və sağ qalan heyətlə görüşdü, qəhrəmanlıq göstərmiş ekipaj üzvlərini ölümündən sonra “Milli Qəhrəman” adı ilə təltif etdirdi və sağ qalanlara ordenlər verdi.

Hadisədən dərhal sonra Azərbaycan tərəfi tələblərini açıq şəkildə Rusiyaya bildirdi. Belə ki, rəsmi Moskva üzr istəməli, günahını etiraf etməli, məsul şəxsləri cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli, həmçinin Azərbaycan dövlətinə, zərərçəkmiş sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməli idi.

Lakin Rusiya tərəfi qəza ilə bağlı müxtəlif bəhanələr irəli sürərək məsuliyyətdən yayınmağa çalışdı. Kreml hadisənin guya Ukrayna pilotsuz uçuş aparatı tərəfindən törədildiyini, həmçinin təyyarənin quş sürüsü ilə toqquşduğu və ya təyyarədə oksigen balonunun partlaması kimi əsassız iddialar irəli sürərək məsuliyyətdən yayındı.

Qəzanın səbəbləri ilə bağlı açıqlanan ilkin hesabatda da təyyarənin kənar təsirlər nəticəsində qəzaya uğradığı qeyd olundu.

Təkzibedilməz sübutlar və Azərbaycanın qəti mövqeyi Rusiyanı üzr istəməyə məcbur etdi. Belə ki, Rusiya Prezidenti Vladimir Putin hadisədən üç gün sonra, dekabrın 28-də Prezident İlham Əliyevə zəng edərək üzr istədi.

2025-ci ilin payızında beynəlxalq media 9 oktyabr 2025-ci il tarixində Rusiya Prezidenti Vladimir Putinin ilk dəfə olaraq bu qəzada Rusiya hava hücumundan müdafiə qurğularının rolunu etiraf etdiyini və hadisə ilə bağlı məsuliyyət məsələlərini müzakirəyə çıxardığını bildirdi.

Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisinin 25 dekabr 2024-cü il tarixində Qazaxıstan ərazisində uğradığı qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında aparılan araşdırma da təyyarənin hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə nəticəsində idarəetməni itirdiyi və qəzaya uğradığını təsdiqlədi.


Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin bir daha faciənin Rusiya səmasında baş verdiyini təsdiqlədi, üzr istədiyini xatırlatdı və Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini, eləcə də bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini vəd etdi. Lakin bu vəd hələ də yerinə yetirilməyib.

Laçın aeroportunun açılışı


Bu ilin yaddaqalan hadisələrindən biri də mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçın Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimində iştirak etmələri oldu. Laçın aeroportu ölkənin üçüncü beynəlxalq hava limanı kimi fəaliyyətə başladı və işğaldan azad olunmuş regionun nəqliyyat infrastrukturuna strateji töhfə verdi. Bu tədbirdə həmçinin Pakistan Baş naziri Şahbaz Şərif də iştirak etdi və üç ölkə liderinin əməkdaşlığı daha da dərinləşdi.

Yekaterinburqda azərbaycanlılara qarşı vəhşilik


İyun ayında isə Rusiyanın bir çox şəhərlərində azərbaycanlılara qarşı irqçi siyasət vüsət almağa başladı. Ayın 27-də Yekaterinburqda keçirilən reydlər zamanı xeyli azərbaycanlıya qarşı vəhşilik nümayiş olundu. Onlarla soydaşımız həbs edildi, iki nəfər – Ziyəddin və Hüseyn Səfərov qardaşları işgəncələrə dözməyərək həyatını itirdi. Yekaterinburq şəhərində diaspor rəhbəri Şahin Şıxlinski də cinayət işi çərçivəsində həbsə atıldı. Hazırda həmin şəxslər həbs müddətlərinin uzadılması barədə verilən məhkəmə qərarları ilə həbsdə saxlanılır. Rusiyanın Voronej vilayətində də Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat aparıldı – Niyaz Zahidov və bir neçə şəxs həbs olundu.
Qarabağa səfərlərə icazə


İyulun 23-də Azərbaycan hökuməti tərəfindən yerli və xarici vətəndaşların “Yolumuz Qarabağa” portalı vasitəsilə Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi kimi azad olunmuş ərazilərə fərdi avtomobillərlə səfər etməsinə icazə verildi. Bu addım Qarabağı beynəlxalq turist axını üçün açdı və bölgənin turizm potensialını reallaşdırmaq üçün yeni imkanlar yaratdı.


Vaşinqtonda tarixi saziş

Avqustun 8-də isə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ilkin variantı imzalandı. Bu sənəd Azərbaycan və Ermənistan arasında 2020 ci il münaqişəsinin yekunlaşmasını təsdiq etməklə yanaşı, Zəngəzur dəhlizi və TRIPP layihəsi kimi tranzit marşrutlarının hüquqi əsasını qoydu.

Həmin gün Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki ölkə hökuməti anlaşma memorandumu imzaladı.

Dekabrın 19-da Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirildi.

Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edirdi.

İclas zamanı Strateji Tərəfdaşlıq Xartiyasının mətni üzrə fikir mübadiləsi aparılıb və sənədin qısa müddət ərzində razılaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Qələbədən Qəbələyə...

Oktyabrın 7-də – Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev bu formatda əməkdaşlıq perspektivlərini, o cümlədən nəqliyyat-logistika, iqtisadi əlaqələr və bölgənin geosiyasi rolu barədə çıxış etdi. Bu zirvə Azərbaycanın türk dünyası ilə inteqrasiyasını daha da gücləndirdi, Qarabağ, Zəngəzur dəhlizi kimi strateji məsələlər ətrafında dialoqu genişləndirdi.

Mehdiyevin xəyanəti...

Oktyabrın 14-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri ilə ittiham edilərək Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığına məhkum edildi. Cinayət işi çərçivəsində Mehdiyevin köməkçisi Eldar Əmirov da 4 ay müddətinə azadlıqdan məhrum edildi. İstintaqın gedişində Ramiz Mehdiyevin evində axtarış aparıldı və Rusiya dövlət orqanlarına yazılmış məktub tapıldı. Həmin cinayət işinin davamı olaraq, noyabrın 29-dada Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AXCP sədri Əli Kərimlinin evində axtarış aparıldı, axtarış zamanı Ramiz Mehdiyevin məktubu və digər sənədlər tapıldı. Dekabrın 1-də isə AXCP sədri Əli Kərimli barəsində 2 ay 13 günlük həbs qətimkan tədbiri seçildi.

Eyni zamanda, Mehdiyevin nazir müavini olan oğlu Teymur Mehdiyev işdən çıxarıldı. Cinayət işi üzrə digər şəxslər (Gültəkin Hacıyeva və Abbas Abbasov) barəsində də axtarış və istintaq tədbirləri davam edir.

Böyük Zəfərin 5-ci ili

Noyabr 8-də – Zəfər Gününün 5-ci ildönümündə Bakı şəhərində “Zəfər Muzeyi”nin rəsmi açılışı oldu. 44 günlük Vətən müharibəsi və Qarabağın azad edilməsi ilə bağlı eksponatlarla zəngin olan muzey ilk dəfə ziyarətçilərə təqdim edildi. Muzeyin yerləşdiyi ərazi, Zəfər Parkı daxilində, bölgənin tarixini və qələbənin simvolik əhəmiyyətini əks etdirir.


Elə həmin gün Vətən müharibəsində qələbəsinin 5-ci ildönümü münasibətilə Azadlıq Meydanında hərbi parad keçirildi. Prezident İlham Əliyevlə bərabər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif də tədbirdə iştirak etdilər. Parad Azərbaycan Silahlı Qüvvələrinin gücünü nümayiş etdirdi, həmçinin Türkiyə və Pakistan qoşunlarının iştirakı ilə dostluğun və müttəfiqlik əlaqələrinin möhkəmlənməsini göstərdi.

Ən böyük amnistiya aktı...

Azərbaycan Prezidenti İlham Əliyev dekabr 15-də “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktı elan edilməsi təşəbbüsü ilə çıxış etdi. Bundan sonra Milli Məclisə layihə təqdim edildi. Parlament dekabr 19-da qərar qəbul etdi və dekabrın 22-də onun icrasına başlanıldı. Ümumilikdə 20 000 dən çox şəxsə şamil olunan bu akt Azərbaycan tarixində ən böyük miqyaslı amnistiyalardan biri idi. İlk mərhələdə penitensiar müəssisələrdə aparılan siyahıya əsasən təxminən 5 000 məhkum həbs cəzasından azad edildi, daha təxminən 3 000 nəfərin cəzası qalan hissədən 6 ay azaldıldı. Qanunvericiliyə görə, milyonlarla digər şəxslər qeyri-həbs cəza növləri və cinayət məsuliyyətindən azad edildi, 5 000 nəfər azadlığa çıxdı. Aktın dekabrda başlayan icra prosesinin təqribən 4 ay ərzində mərhələli şəkildə həyata keçiriləcəyi vurğulanır.

Ermənistana yola düşən ilk qatar...

Noyabrın 4-də saat 00:15 də Rusiyadan gələn buğda ilə yüklənmiş dəmir yolu qatarı Bakıdan Dalarik stansiyasına yola salındı. 15 vaqonda daşınan 1 048,8 ton buğda Ermənistana göndərildi. Bu yükləmə Rusiya Təmir Dəmir Yolları tərəfindən təşkil olunmuşdu və 30 ildən sonra Azərbaycan ərazisindən Ermənistana həyata keçirilən ilk yük tranzit əməliyyatı idi. Qatar Azərbaycandan və Gürcüstandan keçərək Ermənistana çatdı. Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan bunu regional əməkdaşlıq və sülh gündəliyinin praktik tətbiqi kimi qiymətləndirdi. Bu da göstərir ki, tranzit yük daşımaları sülh müqaviləsi çərçivəsində real fəaliyyətə çevrilməkdədir.


18 dekabr 2025-ci il tarixində Bakıdan yola salınan ilk Azərbaycan benzin qatarı regionda yeni iqtisadi əməkdaşlığın təşəkkülü baxımından tarixi əhəmiyyət kəsb etdi. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ın istehsalı olan Aİ 95 markalı 1220 ton benzin 22 vaqona yüklənərək Bakı Yük Stansiyasından Böyük Kəsik istiqamətinə göndərildi. Qatar Azərbaycan–Gürcüstan–Ermənistan dəmir yolu xətti vasitəsilə Ermənistana çatdırıldı və dekabrın 19-da Ermənistana daxil oldu. Bu, 30 ildən sonra iki ölkə arasında ilk kommersiya xarakterli neft məhsulu ticarəti idi. Benzinin ixracı noyabrın 28-də Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan arasında əldə edilmiş razılaşmaya əsaslanırdı, tranzit isə Gürcüstan ərazisi üzərindən bir dəfəlik pulsuz həyata keçirildi.

İlkin məlumatlara görə, həmin yanacaq Ermənistanda “Mega Trade” və “Ran Oil” kimi şirkətlər vasitəsilə satışa çıxarılır və Aİ 95 benzinin litri bazarda ümumi qiymətdən aşağı – 430 drama (1,92 manat) təklif olunur.

Bu ilin hadisələri göstərdi ki, Azərbaycan 2025-ci ildə Qarabağ siyasətini və postmünaqişə quruculuğunu konkret addımlar və tarixi layihələrlə irəli aparıb. Laçın aeroportunun açılışı, turizm üçün Qarabağın beynəlxalq səviyyədə açılması, türk dövlətləri ilə strateji əməkdaşlıq, Vaşinqtondakı sülh təşəbbüsü və s. hadisələr 2025-ci ildə regional inteqrasiya və sabitlik istiqamətində atılan əsas addımlar oldu.

Cavid, BakuPost











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocavənddə 318 evi 7,8 milyon manata təmir edəcək - ŞİRKƏT MƏLUM OLDU
Bu gün, 17:18
Müstəntiqlər Ramiz Mehdiyevin dustaq olduğu EVƏ GƏLDİ... - BU DƏFƏ BUNA GÖRƏ...
Bu gün, 17:12
Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi
Bu gün, 17:08
Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində qalmaqal (VİDEO)
Bu gün, 17:03
Karapetyandan Paşinyanla bağlı ŞOK - KİV
Bu gün, 17:01
Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ - “Fulbright”lı nazir “BİRİNCİ” olmaq istəyir?
Bu gün, 16:59
Milli Qəhrəman Şahin Tağıyev vəfat edib - FOTO
Bu gün, 16:55
Rusiya “Qarabağ klanı”nı yenidən format edir - GƏLİŞMƏ
Bu gün, 16:49
ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib - HƏR HALDA...
Bu gün, 16:46
"Əlaqələrin qurulması İrəvanın öhdəlikləri yerinə yetirməsindən asılıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Aqil Abbas Ağdamda evlərin alışan materialdan üzlənməsinə etiraz edənlərə CAVAB VERDİ - "Elə bir güclü nöqsan deyil"
Bu gün, 16:40
Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı - SİYAHI
Bu gün, 16:38
İran televiziyasından təxribat: “Sarı gəlin” erməni mahnısı kimi təqdim edildi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:35
İran və Hindistandan 3 manata gətirilən sarıkök marketlərdə 30 manata satılır - AXI NİYƏ?
Bu gün, 16:29
Putin Polyanskini Rusiyanın daimi nümayəndəsi təyin etdi
Bu gün, 16:28
Sahil Babayev ona yüksək vəzifə verdi - ƏMR
Bu gün, 16:24
Rusiya ilə bağlı bu söz amerikalıların xoşuna gəlmir - Zelenski
Bu gün, 16:22
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir
Bu gün, 16:17
"Hər şeyiniz var: pulunuz, sevgiliniz... amma ruhunuz kasıbdır..." - Nura Suri
Bu gün, 16:14
İki şirkət birləşərək Baş Qərvənd kəndində 235,4 milyon manatlıq tikinti işləri görəcək
Bu gün, 16:08
Rusiya ilə gərginlik ili... - Təyyarə qəzasından Mehdiyevin cəzasına qədər uzun bir yol
Bu gün, 16:05
Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş - Fotolar
Bu gün, 16:01
Bakıda çalışan əcnəbi iş adamından bp-nin etibarına zərbə - KEVİN ROBERTSİNƏ QARŞI DƏLƏDUZLUQ İDDİASI
Bu gün, 15:55
Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK
Bu gün, 15:54
Mehdiyevin sadiq kadrı yola salınır - İDDİA
Bu gün, 15:52
Şəkidə mənzil fondu təmir ediləcək - 300 minlik tender qazanan "Elşən" MMC kimindir?
Bu gün, 15:46
Ərəstun Oruclunun məhkəməsi başlayır
Bu gün, 15:43
Emin Əmrullayevə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 15:34
“Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?" - deputat
Bu gün, 15:32
Ərinə 20 manat pula görə şüşə ilə xəsarət yetirən qadına hökm oxundu
Bu gün, 15:22
Azərbaycan alıcısı erməni malını alacaq? - AKTUAL
Bu gün, 15:18
Türkiyə və Rusiyanı üz-üzə gətirmək istədilər - AMMA...
Bu gün, 15:16
Azərbaycanda rayon ağsaqqalı “Şaxta baba”nı maşınla vurub - TƏFƏRRÜAT
Bu gün, 15:10
ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladır - Səfir
Bu gün, 15:07
Taksilər avtobus zolağından istifadə etsə nə olar? – Ekspertdən açıqlama
Bu gün, 15:02
Təranə qətlə yetirilibmiş - 13 il sonra üstü açıldı
Bu gün, 14:58
Qarabağ ermənilərinin başı dərddədir - Ermənistandan qovulurlar
Bu gün, 14:55
XİN rəhbərləri Azərbaycan neft məhsullarının Gürcüstandan Ermənistana tranzitini müzakirə edib
Bu gün, 14:53
İş yoldaşını öldürən Şahlara AĞIR CƏZA istənildi
Bu gün, 13:48
Ramiz Mehdiyev həbsdən mütəşəkkil dəstəsini idarə edir -Şabranlı sahibkardan İLGİNC MÜSAHİBƏ
Bu gün, 13:46
Prezident 2026-cı ilin dövlət büdcəsini TƏSDİQLƏDİ
Bu gün, 13:43
Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı cinayət sayılır - Baş prokurorluqdan xəbərdarlıq
Bu gün, 13:41
AZAL təyyarəsi ilə bağlı müəmma – Kremldən yeni gediş gözlənilir
Bu gün, 13:03
Xomeynini dəstəklədiyinə görə üzr istədi - Səhvə yol verdik
Bu gün, 13:01
Məşhur tütün şirkəti külli miqdarda borca düşüb
Bu gün, 12:59
“Altec” MMC-nin nizamnamə kapitalı 1 milyon manat azaldılır
Bu gün, 12:56
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -...otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır
Bu gün, 12:55
Ukraynalılar müharibəni bitirmək üçün güzəştə hazırdırmı? - Sosioloqdan cavab
Bu gün, 12:42
Şeyxin nəvəsinin Bakıda daha 3 obyekti fəaliyyətə başladı - AY MAŞALLAH...
Bu gün, 12:34
"Baş həkim məndən bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır" - ŞOK İDDİA ilə bağlı RƏSMİ CAVAB
Bu gün, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru