
Dünən xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.
"DİA-AZ"ın məlumatına görə, jurnalistlər işdən çıxarılmasının səbəbini öyrənmək üçün E.İbrahimovla əlaqə saxlayıb.
O bildirib ki, hazırda danışa bilmir: “Bu məsələyə münasibət bildirmək istəmirəm. Uyğun vaxt olanda danışarıq. Sağ olun”.
Əslində İbrahimovun mətbuat üçün nəsə danışması da gözlənilən deyil. Və o bundan sonra deyəsən, ancaq istintaq orqanlarının suallarına cavab verərkən danışmalı olacaq.
Bu barədə "DİA-AZ"a daxil olan məlumatda bildirilir ki, bayramdan sonra Nəsimi rayon icra hakimiyyətinin məhz son 47 günlük fəaliyyəti hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq. Bu isə o deməkdir ki, cənab İbrahimovun işi kifayət qədər yaşdır...










