Ermənistan parlamentində “Haystan” blokunu təmsil edən deputat Geqam Manukyan iddia ilə çıxış edib.
Tribuna.az bildirir ki, o, sərhəddə erməni əsgərləri ilə görüşdüyünü və onların durumlarının yaxşı olduğunu bildirib.
Ardından isə qeyd edib ki, guya, yeni “cəbhə xətti” mövcuddur. “44 günlük müharibəyə qədər bizim fərqli cəbhə xəttimiz var idi. Lakin bu gün cəbhə xəttimiz Cermukdan və işğal edilmiş ərazilərdən keçir”.










