"Mən uzun müddətdir müşahidə edirəm, "Siyəzənneft" NQÇİ-nin Ata çay sahəsinin Neft yığım məntəqəsinin işçilərinə iş vaxtı lazım olan işə davamiyyət və başqa jurnalları, yəni lazım olan dəftərxana ləvazimatları onların müdiriyyəti tərəfindən aldırlır". "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində Siyəzən rayon sakini, Siyəzənneft NQÇİ-nin işçisi Əliyev Zamiq Qüdrət oğlu qeyd edib.
O daha sonra bildirir: "Yəni işçilər hər səfər bu jurnalları öz hesablarına alırlar. Bu, qanun pozuntusudur və işçidən istifadə etməkdir
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən, İşçilər əmək funksiyasını icra etmək üçün avadanlıqlarla yanaşı lazımı sənədlərlə də təmin edilməlidirlər.
SƏNƏD anlayışı geniş məna ehtiva edir və bura işçiyə lazım olan qeydiyyat jurnalları da daxildir.
İşçidən səsi çıxmır deyə istifadə etməyin. Bura dövlət idarəsidir və işçi gərəkən dəftərxana ləvazimatları ilə rəhbərlik tərəfindən təmin edilməlidir".
"DİA-AZ" qeyd edir ki, əgər həqiqətən də bildirildiyi kimi, işçilər onlara lazım olan dəftərxana ləvazimatlarını özləri alırlarsa, deməli, bu məqsədlə dövlətin ayırdığı büdcə vəsaiti rəhbərlik tərəfindən mənimsənilir. Bu, birmənalıdır...











