Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin mayoru öldürülüb .....                     Ekspert xəbərdarlıq etdi: 2026-da iqtisadi çətinlik... .....                     Türkiyə sərhədi ermənilərin üzünə açır: tarix dəqiqləşir, amma... .....                     Müəllim borca görə məktəb direktorunu məhkəməyə verib .....                     Asif Əsgərov o zaman CANINI QURTARA BİLDİ... .....                     Yarım milyonluq “Maybach” görün kimin imiş .....                     Kubinkada evləri sakinlərin başına uçururlar .....                     Fars-erməni ittifaqı fərqli mədəniyyətlərə niyə qənim kəsilib? .....                     "Toydan öncə hansısa müğənni bəy-gəlinin otağına sizi aparırsa, bununla razılaşmayın" .....                     Ərinə ağır xəsarət yetirən 21 yaşlı qadın barəsindəki hökmün icrası təxirə salınıb .....                     Azərbaycanı su böhranı gözləyir .....                     ABŞ İsrailə "F-15" tədarükü ilə bağlı "Boeing" şirkəti ilə müqavilə imzalayıb .....                     İşləyən sayğacı buna görə dəyişdilər? .....                     "Pul yığmağın "qanuni"si də olur?" .....                     Nəsimi icra hakimiyyətində TƏFTİŞ QƏRARI .....                     Əgər dövlət büdcədən pul ayırırsa... .....                     "Bunun “təhlükəsizlik” məsələsi ilə nə əlaqəsi var?!' .....                     "Zelenski Putinlə görüşə hazır olduğunu bildirib, Trampın Ukraynaya verdiyi zəmanətləri açıqlayıb" .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı üçün 9.4 milyon ayrıldı .....                     Ermənilər özlərinə yeni “cəbhə xətti” müəyyən ediblər .....                     Nəsimi RİH-də 47 gün qala bildi: Harasa gedir, yoxsa?.. .....                     Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır .....                     Fatih Altaylı azadlığa buraxılıb .....                     2026-cı ilin birinci yarısında sülh sazişinin imzalanması çətindir .....                     Mühafizə şirkəti iki dövlət qurumunun mühafizəsini təşkil edəcək .....                     Qəzetlərlə bağlı qərar verildi .....                     Nazir Agentliyə yeni rəis müavini təyin etdi .....                     “Ya həbs, ya da...”: Rusiyada azərbaycanlı miqrantlar müharibəyə necə aparılır? .....                     TƏZƏ TƏYİN OLUNMUŞDU: Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Xocavənddə 318 evi 7,8 milyon manata təmir edəcək .....                     Müstəntiqlər Ramiz Mehdiyevin dustaq olduğu EVƏ GƏLDİ... .....                     Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi .....                     Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb .....                     Karapetyandan Paşinyanla bağlı ŞOK .....                     Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ .....                     Milli Qəhrəman Şahin Tağıyev vəfat edib .....                     Rusiya “Qarabağ klanı”nı yenidən format edir .....                     ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib .....                     "Əlaqələrin qurulması İrəvanın öhdəlikləri yerinə yetirməsindən asılıdır" .....                     Aqil Abbas Ağdamda evlərin alışan materialdan üzlənməsinə etiraz edənlərə CAVAB VERDİ .....                 

Azərbaycanı su böhranı gözləyir - DİQQƏT, təhlükə var..!
Tarix: Bu gün, 07:20 | Çap et

Dünyada iqlim dəyişikliklərinin sürətlənməsi və su ehtiyatlarının azalması qlobal miqyasda ciddi narahatlıq doğurur. Göllərin və çayların quruması, yağıntıların qeyri-sabit xarakter alması bir çox ölkəni su qıtlığı riski ilə üz-üzə qoyub. Cənub qonşumuz İranla yanaşı, qardaş Türkiyə də bu təhlükəni açıq şəkildə hiss etməyə başlayıb. Xüsusilə milyonlarla insanın yaşadığı İstanbulda quraqlığın davam etməsi və su anbarlarında doluluq səviyyəsinin kritik həddə — 17 faizə enməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir. İstanbulun su anbarları həyəcan siqnalı verir.

Mütəxəssislər artan əhali, şüursuz su istehlakı, urbanizasiya, nasaz kranlar, üstü örtülərək bağlanan dərələr və qlobal istiləşmə kimi bir çox səbəblərin

İstanbulun su təhlükəsizliyini təhdid etdiyini bildirir və problemin artıq gələcək deyil, bu günün reallığı olduğunu vurğulayırlar.

İstanbulda İSKİ-nin məlumatlarına görə, İstanbulun əvvəlki illərlə müqayisədə kifayət qədər yağıntı almamasının səbəbi, artan əhali ilə yanaşı təbii qaz istifadəsinə bağlı istilik adaları ilə izah olunur.Mütəxəssislər bildirirlər ki, yağış buludları şəhərin üzərinə gəldikdə istilik adaları səbəbindən dağılır. Həmçinin şəhərdə xırda görünən bir çox amilin quraqlığı təşviq etdiyi vurğulanır.

Nasaz krantlar, lavaboda normadan artıq su sərfi, avtomobil yuyulması kimi hallar illik orta hesabla böyük su itkilərinə səbəb olur.

Dəniz suyunun təmizlənməsi və gümüş yodid ilə buludların toxumlanaraq yağışın artırılması prioritet həll yolları arasında göstərilir.

İstanbul Ətraf Mühit Şurasının baş katibi Zafer Murat Çetintaş şəhərin su problemi ilə bağlı dəyərləndirmə aparıb:“İstanbulda anbarların 100 faiz dolu olması cəmi 5-6 ay kifayət edir. İstanbulda su problemi heç vaxt bitməyib, amma bunun həll yolları da var”.

Çetintaş qeyd edib ki, keçmişdə İstanbulda 123 dərə var idi, lakin onların bir hissəsi bağlanaraq yox edilib:“Yağış sularının 70 faizi adətən dənizlərə axır, halbuki əvvəl anbarlara gedirdi. İstanbulda təxminən 4,5 milyon bina var. İş yerlərini və sənaye zonalarını da əlavə etdikdə bu rəqəm daha da artır.”

Su qıtlığının İstanbul üçün mənfi gələcək vəd etdiyini bildirən Çetintaş sözlərini belə davam etdirib:“Dünyada 125 şəhərdə dəniz suyu təmizlənərək istifadə olunur. İstanbulda dəniz suyunun təmizlənməsi üçün ən uyğun yerlər Papuçdere və Kazandere anbarlarıdır. Burada qurulacaq dəniz suyu təmizləmə qurğusu ilə İstanbulun su problemi həll oluna bilər. Çünki Qara dənizin duzluluq dərəcəsi mində beşdir və bu, onun asan təmizlənməsinə imkan verir. Bu, bizim ən əsas həll yollarımızdan biri olmalıdır. İSKİ "krand bizdən" kampaniyasına başlayaraq nasaz kranların təmirini təmin edən layihə həyata keçirməlidir. Tualetlərdə sifon çəkilərkən daha az su istifadə etmək üçün çənlərin içinə iki litrlik su şüşəsi qoyulmalıdır.”

Qonşu ölkələrdəki su qıtlığı fonunda Azərbaycanda da su ehtiyatları o qədər də böyük deyil. Ölkənin su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdən gələn çay sularından asılıdır. Hesablamalara görə ümumi ehtiyatlar 32 milyard kub metr təşkil etsə də, real rəqəmlər 12-13 milyard kub metr həddindədir. Bu ehtiyatların əsas hissəsi Kür və Araz çaylarının hövzəsində cəmlənib. Kiçik çaylarımız da mövcuddur, lakin onların təsiri məhduddur. Həm yerüstü, həm də yeraltı su ehtiyatlarımız zamanla azalıb

Azərbaycanda adambaşına düşən su ehtiyatları 1000-1200 kub metr arasında dəyişir ki, bu da kifayət qədər aşağı göstəricidir.

Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, iqlim dəyişmələri ölkəmizin ərazisində əsasən uzunmüddətli dövr üçün temperaturun artması və yağıntıların azalması ilə müşahidə olunur. Bu da ona gətirib çıxarır ki, yerli çaylarımızın sululuğu azalır:

“Eyni proseslər qonşu ölkələrdə də gedir. Bu da bizim ölkəyə gələn transsərhəd çaylarının sululuğunun azalmasına səbəb olur. Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxunun Türkiyə, Gürcüstan, Ermənistan və İran ərazisində formalaşdığını nəzərə alsaq, buradan belə nəticə çıxarmaq olar ki, ölkəmiz çox yüksək transsərhəd iqlim risklərinin olduğu bir regiona təsadüf edir. Yəni təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir. Müvafiq qurumların hesablamarına görə, ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var. 2070-ci ilə qədər isə, həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Belə ki, Kənd Təsərrüfatında 2010-cu ildə əgər bir milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm bir milyon 700 min hektara çatıb. Başqa sözlə desək, suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir. Buna görə də suya qənaət edən yeni suvarma texnologiyalarına keçməyimiz labüddür. Bununla kənd təsərrüfatında ən az 50 faizə çatan su itkilərinin qarşısını ala bilərik. Eyni zamanda, getdikcə daha az su tələb edən bitkilərin əkilməsinə şərait yaratmalıyıq. Bu, kənd təsərrüfatında həyata keçirilməli olan əsas adaptasiya tədbirləridir. Bu gün su kanallarımız əsasən torpaq məcralı olduğundan orada su sızmaları çox olur. Bununla yanaşı, suvarma metodlarımız da köhnədir. Bütün bunları dəyişməklə, yeni texnologiyalar tətbiq etməklə, torpaq kanalları beton kanallara çevirməklə su itkilərini azalda bilərik. Əgər su itkilərini azaltsaq, əlavə olaraq xeyli miqdarda su əldə etmiş olarıq. Bu da su qıtlığı ilə mübarizədə effektiv nəticə verə bilər”.

Ekoloq qeyd edib ki, su qıtlığı ilə mübarizənin əsas yolu ona uyğunlaşmaqdır. Bundan ötrü müxtəlif ölkələr milli səviyyədə uyğunlaşma strategiyaları, milli adaptasiya planları hazırlayırlar. Azərbaycanda da tədricən bu istiqamətdə işlər görülməsinə başlanılıb: "Hazırda Azərbaycanda milli su strategiyası işlənilməkdədir. Bir mütəxəssis kimi həmin strategiyadan gözləntilərim böyükdür. İnanıram ki, milli su strategiyası yaxın onilliklər ərzində Azərbaycanda su sektorunda baş verəcək dəyişikliklərə yol açacaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin mayoru öldürülüb
Bu gün, 08:36
Ekspert xəbərdarlıq etdi: 2026-da iqtisadi çətinlik... - AKTUAL
Bu gün, 08:34
Türkiyə sərhədi ermənilərin üzünə açır: tarix dəqiqləşir, amma... - GƏLİŞMƏ
Bu gün, 08:32
Müəllim borca görə məktəb direktorunu məhkəməyə verib - TƏFƏRRÜAT
Bu gün, 07:55
Asif Əsgərov o zaman CANINI QURTARA BİLDİ... - AMMA İNDİ...
Bu gün, 07:51
Yarım milyonluq “Maybach” görün kimin imiş - FOTO
Bu gün, 07:42
Kubinkada evləri sakinlərin başına uçururlar - VİDEO
Bu gün, 07:34
Fars-erməni ittifaqı fərqli mədəniyyətlərə niyə qənim kəsilib? - Araz ayrı Arazdır, “gəlin” də “axçik” olub...
Bu gün, 07:28
"Toydan öncə hansısa müğənni bəy-gəlinin otağına sizi aparırsa, bununla razılaşmayın"
Bu gün, 07:25
Ərinə ağır xəsarət yetirən 21 yaşlı qadın barəsindəki hökmün icrası təxirə salınıb - TƏFƏRRÜAT
Bu gün, 07:22
Azərbaycanı su böhranı gözləyir - DİQQƏT, təhlükə var..!
Bu gün, 07:20
ABŞ İsrailə "F-15" tədarükü ilə bağlı "Boeing" şirkəti ilə müqavilə imzalayıb - Pentaqon
Bu gün, 07:13
İşləyən sayğacı buna görə dəyişdilər? - GİLEY
Bu gün, 07:08
"Pul yığmağın "qanuni"si də olur?" - REAKSİYA
Bu gün, 07:00
Nəsimi icra hakimiyyətində TƏFTİŞ QƏRARI - NƏ BAŞ VERİR?
Bu gün, 06:51
Əgər dövlət büdcədən pul ayırırsa... - İcazə verin, şübhələnək...
Bu gün, 06:43
"Bunun “təhlükəsizlik” məsələsi ilə nə əlaqəsi var?!' - ETİRAZ
Bu gün, 06:26
"Zelenski Putinlə görüşə hazır olduğunu bildirib, Trampın Ukraynaya verdiyi zəmanətləri açıqlayıb" - Ukrayna KİV-ləri
Dünən, 18:27
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı üçün 9.4 milyon ayrıldı
Dünən, 18:25
Ermənilər özlərinə yeni “cəbhə xətti” müəyyən ediblər - KİV
Dünən, 18:13
Nəsimi RİH-də 47 gün qala bildi: Harasa gedir, yoxsa?.. - AKTUAL
Dünən, 18:09
Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
Dünən, 18:05
Fatih Altaylı azadlığa buraxılıb - NTV
Dünən, 18:00
2026-cı ilin birinci yarısında sülh sazişinin imzalanması çətindir - ŞƏRH
Dünən, 17:59
Mühafizə şirkəti iki dövlət qurumunun mühafizəsini təşkil edəcək – 1 MİLYONLUQ TENDERLƏR
Dünən, 17:57
Qəzetlərlə bağlı qərar verildi - Gələn ildən fəaliyyətləri belə olacaq
Dünən, 17:53
Nazir Agentliyə yeni rəis müavini təyin etdi - FOTO
Dünən, 17:50
“Ya həbs, ya da...”: Rusiyada azərbaycanlı miqrantlar müharibəyə necə aparılır? – ŞOK AÇIQLAMA
Dünən, 17:45
TƏZƏ TƏYİN OLUNMUŞDU: Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:42
Xocavənddə 318 evi 7,8 milyon manata təmir edəcək - ŞİRKƏT MƏLUM OLDU
Dünən, 17:18
Müstəntiqlər Ramiz Mehdiyevin dustaq olduğu EVƏ GƏLDİ... - BU DƏFƏ BUNA GÖRƏ...
Dünən, 17:12
Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi
Dünən, 17:08
Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində qalmaqal (VİDEO)
Dünən, 17:03
Karapetyandan Paşinyanla bağlı ŞOK - KİV
Dünən, 17:01
Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ - “Fulbright”lı nazir “BİRİNCİ” olmaq istəyir?
Dünən, 16:59
Milli Qəhrəman Şahin Tağıyev vəfat edib - FOTO
Dünən, 16:55
Rusiya “Qarabağ klanı”nı yenidən format edir - GƏLİŞMƏ
Dünən, 16:49
ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib - HƏR HALDA...
Dünən, 16:46
"Əlaqələrin qurulması İrəvanın öhdəlikləri yerinə yetirməsindən asılıdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Aqil Abbas Ağdamda evlərin alışan materialdan üzlənməsinə etiraz edənlərə CAVAB VERDİ - "Elə bir güclü nöqsan deyil"
Dünən, 16:40
Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı - SİYAHI
Dünən, 16:38
İran televiziyasından təxribat: “Sarı gəlin” erməni mahnısı kimi təqdim edildi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:35
İran və Hindistandan 3 manata gətirilən sarıkök marketlərdə 30 manata satılır - AXI NİYƏ?
Dünən, 16:29
Putin Polyanskini Rusiyanın daimi nümayəndəsi təyin etdi
Dünən, 16:28
Sahil Babayev ona yüksək vəzifə verdi - ƏMR
Dünən, 16:24
Rusiya ilə bağlı bu söz amerikalıların xoşuna gəlmir - Zelenski
Dünən, 16:22
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir
Dünən, 16:17
"Hər şeyiniz var: pulunuz, sevgiliniz... amma ruhunuz kasıbdır..." - Nura Suri
Dünən, 16:14
İki şirkət birləşərək Baş Qərvənd kəndində 235,4 milyon manatlıq tikinti işləri görəcək
Dünən, 16:08
Rusiya ilə gərginlik ili... - Təyyarə qəzasından Mehdiyevin cəzasına qədər uzun bir yol
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru