İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir .....                     Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb .....                     Yusif Ələsgərovsayağı qohumbazlıq... .....                     Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? .....                     Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı .....                     Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa .....                     İlqar Bayramlı ilə bağlı ilginc iddialar .....                     Laçındakı görüş Ermənistanda təşviş yaratdı .....                     "Heç kəsin fikri mənim üçün önəmli deyi" .....                     “Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” .....                     Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər .....                     Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış .....                     Qəzənfər Paşayevin qızından maraqlı jest .....                     Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... .....                     Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb .....                     “BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub .....                     Məhkəmə hakimləri üçün əba alınır .....                     Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu .....                     Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır .....                     Biləcəridə qanun hərləyən KİMDİR Kİ... .....                     “Bosniya qəssabı” Ratko Mladiç ölüb .....                     TƏBİB rəhbəri baş həkimi işdən azad etdi .....                     Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı .....                     Ermənilər SSRİ-ni unudurlar .....                     Ermənistan Azərbaycana müharibə elan edir? .....                     İrəvan İrana qarşı sanksiyalara qoşulur? .....                     Nərimanov Tibb Mərkəzində narazılıq .....                     Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib .....                     “Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” .....                     Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi .....                     Ruslar Azərbaycana axışır .....                     Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə .....                     Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb .....                     Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU .....                     Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" .....                     Bakıda evli qadını şantaj edən şəxs .....                     Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı .....                     İcra başçısının atası Bakıda dava etdi .....                     Paşinyanın bu strategiyası doğrudur... .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır .....                 

Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ - “Fulbright”lı nazir “BİRİNCİ” olmaq istəyir?
Tarix: 29-12-2025, 16:59 | Çap et

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi, dünyanın ən tanınmış təhsil–mübadilə proqramlarından biri olan “Fulbright” təqaüdü dünyadan mühabisəli təqaüdlərdən sayılır. Bu təqaüdü alan siyasətçilərin “təhlükəli” olması ilə bağlı iddialar, əsasən, ABŞ-nin yumşaq güc strategiyası kontekstində izah olunur.

“Fulbright” rəsmi olaraq akademik və mədəni mübadilə proqramı kimi təqdim edilsə də, tənqidçilər bunu ABŞ-nin müxtəlif ölkələrdə gələcək elita və qərarvericilərə uzunmüddətli təsir aləti kimi dəyərləndirirlər. Bu yanaşmaya görə, proqramın hədəfi yalnız təhsil vermək deyil, həm də müəyyən siyasi-düşüncə çərçivəsini, liberal-demokratik dəyərləri, Qərbyönümlü xarici siyasət baxışını və ABŞ-yə rəğbəti gücləndirməkdir.

Bu iddiaların mərkəzində belə bir məntiq dayanır: “Fulbright” və bənzəri proqramlarla ABŞ-da təhsil alanlar həm intellektual, həm dünyagörüşü, həm də şəbəkə baxımından Qərb sisteminə inteqrasiya olunurlar. Sonradan həmin şəxslər öz ölkələrində nazir, deputat və ya hansısa tanınmış şəxs kimi önə çıxanda ölkə daxilində qərarların formalaşmasına artıq bu baxış bucağından təsir göstərirlər. Tənqidçilər deyir ki, bu insanlar milli maraqlarla Qərbin, xüsusilə də ABŞ-nin maraqları toqquşanda çox vaxt “kompromis” adı altında Qərbin lehinə daha yumşaq, daha güzəştə meyilli mövqe tuturlar. Bəzi post-sovet və Şərqi Avropa ölkələrində, həmçinin Latın Amerikası və Yaxın Şərqdə “Fulbright”, Soros, “Chevening” və oxşar proqramların keçmiş məzunlarının sonradan islahatçı, liberal və ya Qərbyönümlü siyasi düşərgələrdə cəmləşməsi də bu arqumentə nümunə kimi göstərilir.

Tənqidçilər “Fulbright”çı siyasətçiləri “milliləşmiş kadr” yox, “qloballaşmış kadr” kimi təsvir edirlər. Onların fikrincə, bu insanlar qərar verəndə daxili ictimai təzyiqdən çox, beynəlxalq imic, Qərb institutlarının rəyi və xarici partnyorların mövqeyi haqqında düşünürlər. Bu da milli suverenlik, strateji istiqamət, geopolitik balans kimi məsələlərdə ölkəni daha asan şəkildə xarici təsirə açıq hala gətirir.

Burada ABŞ xeyrinə casusluqdan daha çox, təsir agenti olmaları ehtimalı daha yerinə düşər. Yəni bu insanlar özləri, bəlkə də, heç vaxt birbaşa əməkdaşlıq etmir, lakin ABŞ dövlət strukturları üçün həmin ölkə cəmiyyəti, siyasi klanlar, elita içi münasibətlər, zəif nöqtələr və potensial tərəfdaşlar haqqında çox dəyərli, həm də “filtrdən keçmiş”, etibarlı informasiya mənbəyinə çevrilirlər. Bir sözlə, kimsə şüurlu şəkildə işləməsə belə, ideoloji və sosial baxımdan artıq o sistemin bir parçası olur.

Azərbaycanın hakim elitasında “Fulbright” Xarici Tələbə Proqramının məzunu elm və təhsil naziri Emin Əmrullayevdir.

Bunu Əmrullayev tərcümeyi-halında göstərməsə də, təhsil naziri təyin olunduğu gün ABŞ səfirliyi öz rəsmi səhifəsindən açıqlamışdı.

Türkiyə Prezidentinin guya Əmrullayevə “prezident oldun?” deməsi mesajının cəmiyyətə ötürülməsi, nazirin son aylardakı lazımlı-lazımsız aktivliyi, bütün təbəqələrə xitab etmək istəyi, sosial mediada müstəqil kadr imicinin yaradılması bəzi şübhələrə yol açır. Emin Əmrullayev hara oynayır? Yoxsa ona “Azərbaycanın Saakaşvilisi” olma yolunda addımla mesajı verilib? Cənab Əmrullayevin addımları isə Saakaşvilidən çox, 2004-2005-ci illərin iqtisadi inkişaf naziri Fərhad Əliyevi xatırladır. O dövrü xatırlayanlar Fərhad Əliyevin mediada özünü necə apardığını bilirlər. Müxalif jurnalistlərlə belə nazirlikdə görüşlər keçirib bütün qüvvələrə “göy muncuq” dağıdırdı. Eləcə də Emin Əmrullayevin də fəaliyyəti o dövrdə yaşananları xatırladır.

Nəzərə alsaq ki, Əmrullayevlə bağlı ilkin təəssürat özündən əvvəlki nazirlərin əmanətçisi idisə, bu gün universitetləri belə sələflərindən fərqli olaraq özünə tabe etmiş, akademiyanı belə özü ilə hesablaşmağa məcbur edən, təhsil sektorunda “yumşaq güc” ilə hakimi-mütləq olan bir nazir var qarşımızda. Yəni qarşımızda 2020-ci ilin Emin Əmrullayevi yoxdur.

O gün qarşımızda bir bürokrat var idisə, bu gün publikaya oynayan bir siyasi füqurla qarşı-qarşıyayıq. Hakimiyyətin digər gücləri ilə arasını yaxşı tutan, hətta iqtidarda olmayan güc mərkəzlərini də özündən razı salan bir Emin Əmrullayevlə üz-üzəyik.

Belə ki, hər il Ramiz Mehdiyevin oğluna məxsus “Şərq-Qərb” mətbəəsinə bir neçə milyon qazandıran Emin Əmrullayev bu il də o jesti etməyi unutmayıb.

Rəsmi məlumata görə, 7–9-cu siniflər üzrə böyük ölçülü dərsliklərin istehsalı ilə bağlı tenderin qalibi “Şərq‑Qərb” ASC seçilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilən bu müqavilənin dəyəri 2 milyon 535 min 277 manat təşkil edir. Ötən il isə eyni kateqoriya üzrə şirkətə öncə 3.835.112 AZN, daha sonra 427 min 240,24 manat məbləğində sifariş verildiyi qeyd olunur.

Rəsmi reyestr məlumatlarına görə, “Şərq‑Qərb” ASC-nin səhmlərinin 96 faizi Mehdiyev Teymur Ramiz oğluna məxsusdur. Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri, İstiqlaliyyat küçəsi, ev 9, mənzil 31 göstərilir. Həmin ünvanda Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də qeydiyyatdadır. Bu fakt şirkətin benefisiar sahibliyi ilə ölkənin uzun illər ən güclü siyasi fiqurlarından biri sayılan Ramiz Mehdiyev arasında dolaylı əlaqə ehtimalını gücləndirir.

Əmrullayev təkcə Mehdiyevə jest etməyib. Onun jesti ilə sevinənlər arasında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da var. Ona məxsus olduğu iddia olunan “İndigo” mətbəəsi də bu il nə az nə çox, tam 767.738 AZN məbləğində olan tenderi qazanıb.

Qısacası, Emin Əmrullayev təkcə sosial mediada boy göstərmir, sabiqlərlə də arasını yaxşı tutmağa çalışır. Baş nazirlik iddiasındadır, yoxsa ən birinci olmaq niyyətindədir? Bu aktivliyin pərdəarxasında nə var? Nəzərə alsaq ki, nazirin keçmişində FETÖ-dən Sorosa qədər yox yoxdur, bu barədə düşünməyə dəyər…

Camal Cavanşir - yenicag.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir - şok korrupsiya ittihamları
Bu gün, 07:02
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb - KİV
Bu gün, 06:55
Yusif Ələsgərovsayağı qohumbazlıq... - İTTİHAM VAR...
Bu gün, 06:50
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? – Daxil Kərimovun "misilsiz xidməti"
Bu gün, 06:41
Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı — ŞOK FAKTLAR
Bu gün, 06:32
Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa - GƏLİŞMƏ
Bu gün, 06:30
İlqar Bayramlı ilə bağlı ilginc iddialar - “Capital Motors”dan təhsil sisteminə uzanan yol
Bu gün, 06:25
Laçındakı görüş Ermənistanda təşviş yaratdı – “Bakı işıqlarımızı söndürəcək”
Bu gün, 06:21
"Heç kəsin fikri mənim üçün önəmli deyi" - FOTO
Dünən, 18:09
“Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” -Meyxanaçının atasından SƏRT AÇIQLAMA
Dünən, 18:01
Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər – QƏRAR
Dünən, 17:59
Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Dünən, 17:57
Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik qalmaqal gündəmi qarışdırdı
Dünən, 17:47
Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
Dünən, 17:42
Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:36
“BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub - ƏMR
Dünən, 17:34
Məhkəmə hakimləri üçün əba alınır - QİYMƏT, TENDER...
Dünən, 17:30
Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
Dünən, 17:24
Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...
Dünən, 17:20
Biləcəridə qanun hərləyən KİMDİR Kİ... - FAKT BUDUR
Dünən, 16:57
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
Dünən, 16:44
TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
Dünən, 16:42
Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı - KİV
Dünən, 16:40
Ermənilər SSRİ-ni unudurlar - Paşinyan belə deyir...
Dünən, 16:22
Ermənistan Azərbaycana müharibə elan edir? - Görünəni odur ki...
Dünən, 16:21
İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
Dünən, 16:20
Nərimanov Tibb Mərkəzində narazılıq - “İllərlə bütün çətinliklərə bu ümidlə dözdük, amma...”
Dünən, 16:17
Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 16:13
“Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” - AKTUAL
Dünən, 16:09
Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi - ADLAR
Dünən, 16:02
Ruslar Azərbaycana axışır – səbəb nədir?
Dünən, 15:59
Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə 900 min manat ödəyəcək
Dünən, 15:36
Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb – 201 min manata
Dünən, 15:34
Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU
Dünən, 15:19
Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" - Xocalı cəlladı...
Dünən, 15:16
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
Dünən, 15:04
Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı - KİV
Dünən, 14:58
İcra başçısının atası Bakıda dava etdi - TƏFƏRRÜAT
Dünən, 14:51
Paşinyanın bu strategiyası doğrudur... - ONA GÖRƏ DƏ...
Dünən, 14:46
Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır - Paşinyan
Dünən, 14:40
“OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb
Dünən, 14:39
1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Dünən, 13:16
Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Dünən, 13:09
Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Dünən, 13:07
Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Dünən, 13:01
Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Dünən, 12:59
Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Dünən, 12:58
Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Dünən, 12:53
Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 12:45
Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru