"2025-ci ilin sonunda özümə arzum budur: mənə kim nə pislik edibsə, hamısını özlərinə qaytarıram..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Pislik edənlər az olmayıb: haqqımda həqiqətə uyğun olmayan sifarişli statuslar, məqalələr yazanlar, trollar vasitəsilə şərh yazdıranlar və yazanlar, məni toylardan və tədbirlərdən çıxartmaq üçün əldən-ayaqdan gedən təşkilatçılar, müğənnilər - Allah etdiklərinizin min qat artığını hamınıza geri qaytarsın, İnşallah.
Hər şeyiniz var: pulunuz, məşhurluğunuz, sevgiliniz və sair, amma ruhunuz kasıbdır. Ruhunuzdakı kasıblıq imkan vermir ki, pislik etmədən xoşbəxt yaşaya biləsiniz.
2026-cı ilə bütün pisliklərinizi özünüzə qaytararaq girəcəyəm. Mənim ruhum və vicdanım təmizdir, zəngindir. Ruzimə bais olsanız nə olacaq ki mənə?"










