"Son günlər quru sərhədlərin qanunsuz və məntiqsiz olaraq bağlı qalması ilə əlaqədar bir neçə yazı yazdım, şərhlərdə “təhlükəsizlik” deyib hay salanlar oldu". "DİA-AZ" xəbər verir ki, bu barədə ReAL Partiyasının sədri Natiq Cəfərli danışıb.
O daha sonra bildirib: "Elə rəsmi şəxslər də bir neçə dəfə bu “arqumenti” sələndiriblər - ən son Zahid Oruc da bu haqda danışmışdı.
Olsun, tutalım, sərhəd “təhlikəsizlik” məsələsinə görə bağlıdır, amma, xarici vətəndaşlar ölkəmizdən quru sərhədlərlə çıxa bilir, Azərbaycan onları buraxmaya bilməz. Yaxşı, biz, Azərbaycan vətəndaşları öz ölkəmizə niyə quru yolla gələ bilmirik?!
Yəni, getməyə qoymursuz bildik, biz də uçduq Tbilisiyə, geri, öz evimə, öz vətənimə, öz ölkəmə niyə quru yolla buraxmırsınız?! Bunun “təhlükəsizlik” məsələsi ilə nə əlaqəsi var?!"












