Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Fars-erməni ittifaqı fərqli mədəniyyətlərə niyə qənim kəsilib? - Araz ayrı Arazdır, “gəlin” də “axçik” olub...
Tarix: 30-12-2025, 07:28 | Çap et

Dünya dəyişsə də, dostlar və düşmənlər dəyişmir. Lap elə dövlətlərin əbədi maraqları kimi.

Bu günlərdə İranda yaşayan erməni Araz Dareh Trossyan Azərbaycanın “Sarı gəlin” məşhur xalq mahnısını “Sari axçik” adı ilə öz dilində oxuyub. Belə baxanda, “Hə, nə olsun?” deyib, İran və Ermənistanın qardaşlığından danışanlar tapılar. Çünki ağız həm də danışmaq üçündür. Ancaq məsələ bununla bitmir.

O, bu mahnını “ermənilərin folkloru”, “xalq mahnısı” olaraq təqdim edib. Hətta İranda bir disk də buraxıb. Bu azmış kimi, eyni səhvlə latın qrafikası ilə afişa da buraxıblar. Orada belə təqdimat olub: “Araz Darehin ifasında “Sari Axçik” və ya “Daman Keşan” (mahnının adını farscaya belə tərcümə ediblər) mahnısı buraxıldı”. Farscadan çevirəndə onun mənası təxminən belə olur: “Ətəyini çəkərək”, yaxud “Sallana-sallana, nazlana-nazlana”.

Yəni hər cür adlana bilər, təkcə, “Sarı gəlin” deyilə bilməz. Belə çıxır, panfarsçılar da Azərbaycanın bu xalq mahnısına iddia edir. Əslində, mahnının adı fars dilinə hərfi tərcüməsi belədir: “Əruse zərd” (“عروس زرد”).

Məlumata görə, Araz Trossyan bu mahnını yeni aranjemanda yeni il bayramı qabağı təqdim edib.

İranın rəsmi xəbər agentlikləri bildirib: “Sari Axcik” erməni folklorunun bir əsəridir. Fars və azərbaycanca danışan auditoriyaya da yaxşı tanışdır. Ermənistanda bu əsər "Sari Axcik", Azərbaycanda “Sarı Gəlin”, İranda isə "Daman Keşan" kimi tanınır”.

Azərbaycanın bu məşhur xalq mahnısı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq: “Sarı gəlin” Azərbaycan Respublikası, İran, İraq və Türkiyədə türklər arasında yayılmış bir mahnıdır. İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək, fortepiano üçün işlənib. Mahnının musiqisi altında ifa olunan eyni adlı Azərbaycanın "Sarı gəlin" yallısı, xalq rəqsi də mövcuddur.

“Sarı gəlin” mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var.

Bir versiyaya görə, "Sarı gəlin" mahnısının tarixi islamdan əvvələ gedib çıxır. İntonasiyasına görə, mahnı çox arxaikdir, 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" "kübar", "incə" deməkdir. Bizdə bu ifadə iki anlayışda – "rəng" və "ürəyimin sarı siminə toxunma" kimi istifadə edilir. İslamdan əvvəl Oğuz tayfalarının ortaq bir mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq, günümüzə gəlib çıxıb. O vaxt qıza elçiliyə gedəndə anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri "səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin" deyə belə bir musiqi yaradıb...

Bir versiyaya görə "sarı" sözü rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki "sarı sim"ə eyham vurur. Adətən insanların həssas məqamında bu özünü göstərir. Yəni "sarı" sözü şeirdə rəmzi məna daşıyır. "Sarı gəlin" insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında "Sarı gəlin"in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb...

Trossyan utanmadan, ənənəvi erməni plagiatlığı ilə mahnı haqqında belə deyib: “Bu mahnını ifa etməkdə məqsəd bizə miras qalmış mədəniyyəti qorumaqdır. İnsan öz köklərinə və mənbələrinə sadiqdir, buna görə də mən bu əsəri doğma dilim (erməni) və ana dilim (fars) dilini birləşdirərək yaratdım”.

O, Azərbaycanın klassik nəfəs aləti balabanı, tütəyi də bu arada erməniləşdiməkdən çəkinməyib: “Bu mahnının musiqi tərtibatında əsərin mahiyyətinə uyğun həqiqi erməni aləti olan düdükdən (tütək – S.S.) istifadə etdim”.

O, aranjemanda Azərbaycan tarından istifadə etdiyini də qeyd etməklə, ona qarşı çıxanları neytrallaşdırmaq, yaxud etdiyi plagiatı ört-basdır etməyə səy göstərib.

Farsların iddia etdikləri istənilən mahnı, musiqi aləti, yaxud başqa nəsnə olsa idi, Tehran Araz Trossyanın bu özbaşınalığına imkan verməzdi.

Azərbaycan xalq mahnısının təhrifinə isə göz yumması adi naşılıq, bilməzlik deyil, düşünülmüş siyasi-mədəni təxribatdır.

Erməni oxuduğunu istənilən cür adlandıra bilər. Ancaq təhrif yolverilməzdir. Bu mahnı Azərbaycan mədəniyyətinin nümunəsidir. Müəlliflik hüququ Azərbaycana məxsusdur.

Odur ki, İranın Mədəniyyət və İrşad Nazirliyi, habelə bu məsələlərlə məşğul olan uyğun qurumlar Araz Trossyanın ifası və təqdimatına icazə verməsi Azərbaycanla Ermənistan arasında münaqişə yaratmaq, mübahisəni qızışdırmaq məqsədi daşıdığı görünən qədərdir.

Tehran hakimiyyəti müharibə vəziyyətindən xilas olmuş iki qonşu dövlətin bir-biri ilə xoş münasibətini həzm edə bilmir. Ona görə də istənilən fürsətdə pozuculuq əməlindən istifadə edir.

Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalması üçün Tehran hakimiyyəti əlindən gələni əsirgəmədi. İşğal olunmuş ərazilərdə İranın “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İranian” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabian” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan) adlı şirkətləri fəaliyyət göstərib.

İranlı iş adamları işğal dövründə ərazidəki tikliləri ermənilərlə birlikdə söküb-dağıdıb, daşıyıblar. Bu faktdır və danılmaz həqiqətdir.

İrəvanda Göy məscid və ya Hüseynəli xan məscidi var. Bu abidə 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib, Azərbaycan memarlıq nümunələrindən biridir. Çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. İkinci dünya müharibəsindən sonra sovet hakimiyyətinin radikal dünyəvi siyasətinə uyğun olaraq, hündürlüyü 24 metr olan 4 minarədən 3-ü sökülüb. 1952-ci ildə məscidin bir hissəsi “plana salınıb” adı ilə məktəbə verilib.

İndi Göy məscid fars mədəniyyətinin nümunəsi, İran Mədəniyyət mərkəzinin ofisi kimi fəaliyyət göstərir.

Odur ki, onlar türklərə qarşı istənilən şəkildə birləşə bilirlər. “Sarı gəlin”in “Sari axcik”, yaxud “Daman keşan” kimi təqdim edilməsi ilə Göy məscidin fars mədəniyyəti nümunəsi olaraq göstərilməsi arasında heç bir fərq yoxdur. Hər ikisi təhrif, türk mədəniyyətinin nailiyyətlərini mənimsəməkdir.

Çünki maraqlar kimi, düşmənlər də əbədidir...

Sədrəddin Soltan - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru