Bu günün ən aktual mövzusu təbii ki, Nəsimi rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimovun vəzifəsindən qəfil azad edilməsi faktıdır. "DİA-AZ" bildirir ki, cəmi 47 gün ərzində qeyd olunan vəzifəni tutan Elxan İbrahimovun nədən qəzəbə səbəb olduğu geniş şəkildə müzakirə olunur.
Yayılan məlumatlara görə, İbrahimov yerli iş adamlarından qanunsuz pul tələbində bulunub.
Sosial şəbəkələrdə açılan müzakirələrə keçmiş diplomat Xeyrəddin Qoca da reaksiya verib. Onun sözügedən olaya reaksiyası da maraqla qarşılanıb. X.Qoca özünün sosial şəbəkə hesabında yazıb:
"Yazırlar ki, Nəsimi rayon İH başçısı Elxan İbrahimov cəmi 47 gün bu vəzifədə işləyib və bu müddətdə şirkət rəhbərlərindən qeyri-qanuni küllü miqdarda pul yığıb!
Pul yığmağın "qanuni"si də olur?"










