
TERRORÇULAR QAZ KƏMƏRİNİ PARTLATDI
Bu gün Yəmənin cənubunda qaz kəməri partladılıb.
SalamNews-un ''Reuters''ə istinadən verdiyi xəbərə görə, hadisə Şəbva vilayətində törədilib. Xatırladaq ki, eyni ərazidə bir müddət öncə, “Əl-Qaidə” yaraqlıları Fransanın “Total” şirkətinə məxsus qaz kəmərini partladıblar.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.
Partlayışa görə məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.