“907-ci düzəliş” ətrafında yeni qarşıdurma .....                     298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı .....                     “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...” .....                     Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu .....                     Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər .....                     Hər uşaq üçün 250 manat hazırlayın .....                     Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir .....                     Biz nəyin davasını edirik? .....                     "Mən səni “axmaq” adlandırmayacağam" .....                     Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                     Məmurlarımız necə TƏLƏYƏ SALINIB... .....                     Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                     Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib .....                     “Elektron Məhkəmə Sistemində problemlər davam edir” .....                     İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu .....                     Kremlin qəzəbi Ermənistana baha başa gəlir: .....                     Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi .....                     Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş .....                 

Türkiyədən haqlı, yoxsa haqsız tələb? - “Zelenskinin bəzi iddiaları beynəlxalq hüququ aşır”
Tarix: 4-05-2022, 11:08 | Çap et
Türkiyədən haqlı, yoxsa haqsız tələb?
Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyə barədə yunan mediasında söylədiyi fikirlər qardaş ölkədə və Azərbaycanda ciddi müzakirələ səbəb olub. Belə ki, Ukrayna lideri Yunanıstanın ERT kanalına verdiyi müsahibədə jurnalistin “Türkiyə Rusiya-Ukrayna müharibəsində dinc rol oynasa da, ordusu ilə Yunanıstana meydan oxuyur, bu, ziddiyyət təşkil etmirmi?” sualına cavabında Türkiyəni ikili standartlarda ittiham edib.

"Siz həqiqətin tərəfdarısınız, yoxsa yox?", - deyə Türkiyəyə mesaj xarakterli sual ünvanlayan Zelenski belə davam edib: "Bizi həm Yunanıstan, həm də Türkiyə dəstəkləyir. İstərdik ki, bütün yunan xalqı bizi dəstəkləsin. Digər tərəfdən, Yunanıstan iqtisadiyyatının əsas gəlirinin turizmdən gəldiyini bilirik. Rus turistlər də Yunanıstan iqtisadiyyatına əhəmiyyətli töhfə verirlər. Aldığımız dəstəyə görə minnətdaram. Amma həm Yunanıstana, həm də Türkiyəyə vermək istədiyimiz suallarımız var. Bir tərəfdən, Türkiyə vasitəçi rolunda çıxış edərək Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən isə Rusiya turistləri üçün hazırlıq görür".

"Bununla belə məşğul ola bilməzsiniz, bu, ikili standartdır. Bu, ədalətli deyil. Seçim etmək lazımdır: siz həqiqətin tərəfdarısınız, yoxsa yox?”, - deyə Ukrayna rəhbəri vurğulayıb.

Türkiyə Zelenskinin tənqidi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin Türkiyənin iqtidarla eyni ittifaqda təmsil olunan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Zelenskiyə Yunanıstana deyil, türk millətinə güvənməsini məsləhət görüb: "Qərbin təxribatları və bəzi ölkələrin müharibənin davam etməsi səyləri ilə danışmaq doğru deyil. Bu gün Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə çalışan yeganə ölkədir”.

“Zelenski Yunanıstana yox, türk millətinə güvənsəydi, daha yaxşı olardı. Zelenski Türkiyəyə və türk xalqına qarşı çox hörmətli tondan istifadə etməlidir. Türkiyə dövlətinə və Türkiyə Cümhuriyyəti hökumətinə qarşı çox hörmətli ifadələr işlətməlidir”, - deyə Baxçalı bildirib.

Türkiyənin Rusiya-Ukrayna müharibəsini İstanbul Sülh Layihəsi ilə həll etməyə üz tutan yeganə ölkə olduğunu bildirən MHP sədri Prezident Ərdoğanın 40-dan çox liderlə təmasları ilə buna nail olmaq istədiyini vurğulayıb: "İnanıram ki, o, tezliklə buna nail olacaq".

Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar da Ukrayna Prezidentinin Yunanıstan mətbuatına müsahibəsində Türkiyə ilə bağlı işlətdiyi ifadələrlə bağlı yazılı açıqlama verib. Səfir açıqlamasında qeyd edib ki, Ukrayna administrasiyasının bəyanatlarını bilərəkdən məzmununu dəyişməklə yazmaq səyləri Ukrayna-Türkiyə strateji tərəfdaşlığına kölgə sala bilməz: "Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana siyasi dəstəyinə görə minnətdardır. Ukrayna Türkiyə liderinin Rusiyanın bu ölkəyə təcavüzünə son qoyma çağırışlarını və davamlı sülhü təmin etmək səylərini yüksək qiymətləndirir”.

“Türkiyənin müharibə şəraitində olan Ukraynaya humanitar yardımı, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan yetimlərlə yanaşı, ölkəmizin digər vətəndaşlarını da qəbul etməsi son dərəcə dəyərlidir. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının başçılıq etdiyi nümayəndə heyətinin Kiyevə səfəri çərçivəsində aparılan uğurlu danışıqlar Ukrayna-Türkiyə dostluğuna örnəkdir”, - deyə Bodnar əlavə edib.

İctimaiyyətdə isə Zelenskini bu ittihamlara görə onu qınayanlarla yanaşı, haqlı sayanlar da var. Qınayan kəsim hesab edir ki, Türkiyə öz milli maraqlarını qorumaqla yanaşı, müharibədə Ukraynaya ən yüksək dəstəyini ifadə edir: “Bunu qiymətləndirmək əvəzinə, Ankaranı tənqid etmək doğru deyil”.

Haqlı sayanlar isə bildirirlər ki, faktiki olaraq Ukrayna Rusiyanın imperialist siyasətinə, işğalçılığına qarşı təkcə özünün deyil, bütün dünyanın mübarizəsini aparır: “Bu baxımdan, bütün dünya dövlətləri Kiyevin yanında konkret mövqe ilə dayanmalıdırlar”. diaaz.space-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib ki, Zelenski təkcə Türkiyəyə deyil, ümumiyyətlə, xitab etdiyi bütün ölkələrə dəyər verir, müəyyən fikirlərini də səsləndirir:

- Müşahidələrimizə əsasən deyə bilərik ki, Ukrayna Prezidentinin bir xüsusiyyəti var ki, haqqında danışdığı ölkələrə çox önəm verir. Zelenski indiyədək durmadan Türkiyənin addımlarını təqdir edirdi. Eyni zamanda, İsraillə bağlı dedikləri bəzi dövlətlərin xoşuna gəlmirdi. Onun fərqli mesajlarında Türkiyənin xoşuna gəlməyən bir sıra məqamlar ola bilər. Amma rəsmi Ankara bununla bağlı Zelenskiyə və Ukraynaya qarşı hansısa qərar qəbul etməyəcək.

- Ümumiyyətlə, Türkiyənin Ukrayna böhranı ilə bağlı apardığı siyasət necə qiymətləndirilir?

- Türkiyənin Ukrayna məsələsində tutduğu mövqe öz milli maraqları baxımından olduqca doğrudur. Beynəlxalq hüquq baxımından da Ankaranın mövqeyi düzgündür. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımın Rusiya tərəfindən ilhaqını pisləyir və buranın Ukraynanın bir hissəsi olduğunu bəyan edir. Eyni zamanda, Rusiya müharibəyə başlayandan sonra Möntrö müqaviləsinə əsasən, beynəlxalq hüququn tələb etdiyi şəkildə dəniz yolunu bağladı. Bununla yanaşı, hərbi yüklərin daşınmasının qarşısını almaq baxımından Rusiya üçün hava məkanını bağladı. Türkiyənin çox sayda gəmiləri hazırda Ukrayna limanlarında girov vəziyyətdədir. Ticarəti dayanmış şəkildədir.

Amma buna baxmayaraq, Türkiyə ilk gündən müharibənin əleyhinə olduğunu bəyan etdi. Müharibənin bitməsi, sülhün əldə olunması üçün də Ankara əlində olan mexanizmlərdən istifadə edib, etməkdədir. Məlumdur ki, Türkiyə Avropa Birliyinin üzvü deyil. NATO üzvü olsa da, NATO-nun müharibəyə qoşulmaqla bağlı qərarı yoxdur. Türkiyə istər NATO qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun, istərsə də BMT-nin qəbul etdiyi qərarlar baxımından olduqca yerində addımlar atır.

- Başqa ölkələrlə müqayisə edəndə, Türkiyə Rusiya üçün hava məkanını tam bağlamayıb. Ankaraya iradlardan biri də məhz budur...

- Hərbi yüklərin daşınmasına hava məkanını bağlayıb. Mülki təyyarələr üçün hava yollarını bağlamamaq normal qərardır. Çünki Rusiyada yaşayan Türkiyə vətəndaşları var. Lap olsun sadə Rusiya vətəndaşı, bunlara hava məkanını bağlamaq düzgün olmazdı. Sanksiyaların sadə ruslara yönəlik olması insani baxımdan da doğru deyil. Ona görə də mülki təyyarələr üçün yollar açıqdır. Rusiya vətəndaşları Türkiyəyə gəlib-gedə bilərlər. Rusiya vətəndaşlarının onsuz da sanksiyalar səbəbindən Türkiyə üzərindən Avropaya, ABŞ-a getməsi mümkün deyil.

Nəzərə almaq lazımdır ki, Türkiyənin həm Ukrayna ilə, həm də Rusiya ilə ciddi ticarət əlaqələri var ki, bu əlaqələr davam edir. Eyni zamanda, Türkiyə Ukraynaya ciddi şəkildə yardımlar edir. Hətta Türkiyənin təyyarələrindən biri Kiyevdə aeroportda girov qalmışdı. Deməyim odur ki, Türkiyə müharibədə Ukraynaya beynəlxalq hüququn imkan verdiyi norma və prinsiplər çərçivəsində yardım edib və etməkdədir. Bunları görməzdən gəlmək doğru deyil.

- Ukrayna liderinin Ankaradan tələbi nə dərəcədə doğrudur?

- Zelenskinin bəzi iddiaları əslində beynəlxalq hüququ da aşır. Başa düşürük, vəziyyət ağırdır, çətin durumdadır, ölkəsi Rusiyanın hücumları altındadır, faktiki olaraq qeyri-bərabər müharibə gedir, Ukraynanın özünü müdafiə etməsində çətinliklər çoxdur. Amma eyni zamanda, nəzərə almaq lazımdır ki, dünyada beynəlxalq qanunlar, qaydalar var, onları mütləq nəzərə almaq, onlara əməl etmək lazımdır. Türkiyə bu qanunları pozarsa, Zelenski haqlı ola bilərdi. Türkiyənin bu gün Rusiya ilə ticarət aparması, turizm sahəsindəki əməkdaşlığı beynəlxalq hüququn prinsiplərinə zidd deyil. Ukraynanın özü bu gün də öz ərazisindən Rusiya qazının və neftinin Avropaya tranzitini davam etdirir. Bu kəmərləri Kiyev bağlamayıb, ticarət davam etməkdədir.

Yaxud da, Rusiyanın sadə vətəndaşları Türkiyəyə turist kimi gələcəklərsə, burada prinsiplərə zidd heç nə yoxdur. Xatırlamaq lazımdır ki, Rusiya ilə Türkiyə arasında təyyarə böhranı yaşanan vaxtda belə, Ankara Rusiya vətəndaşlarına qarşı nə viza məhdudiyyəti tətbiq etdi, nə də ölkəyə rus turistlərin gəlişinə əngəl yaratdı. Hesab edirəm ki, bunlar olduqca normal və insani davranışdır.

- Yəni ki, Türkiyə üçün ticarətinin davam etməsi vacibdir...

- Bəlkə də Avropa İttifaqına daxil olan ölkələr bir-birinə yardım edir. Amma unutmamaq lazımdır ki, Türkiyənin həm Ukrayna ilə, həm də Rusiya ilə ticarət əlaqələr var və bu, davam edəcək, etməlidir də. Ən önəmlisi isə odur ki, bu gün hər kəs Rusiya-Ukrayna müharibəsindən danışır, amma rəsmən nə Ukrayna Rusiyaya, nə də Rusiya Ukraynaya qarşı müharibə elan edib. Dolayısı ilə Türkiyə beynəlxalq hüquq nöqteyi-nəzərindən da, insani baxımdan da olduqca doğru və yerində addım atır. Bunu qonşu ölkələrin hamısı edir. Azərbaycan eyni şəkildə addım atır, həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardım edir, həm də Rusiya ilə əlaqələrini saxlayır. Çünki biz qonşu ölkələrik, siyasətimiz ABŞ-ın, Yaponiyanın, Avropa İttifaqının siyasətindən fərqli ola bilər.

Daha bir məqama diqqət yetirmək lazımdır. Əgər Türkiyə ilə Ukrayna arasında müttəfiqlik haqqında müqavilə olsaydı, üçüncü ölkəyə qarşı addımların birgə atılması sazişi imzalanmış olsaydı və Ankara bu öhdəliklərini pozsaydı, bəli, Zelenski haqlı ola bilərdi. Türkiyə ilə Ukrayna arasında belə bir anlaşma, müqavilə yoxdur. Beləliklə, Türkiyə bu məsələlərdə hansı qərarlar alırsa, öz iradəsini göstərir. Bu gün Türkiyənin Ukrayna qarşısında beynəlxalq və ikili anlaşmalara qarşı hansısa öhdəliyi pozduğu faktı yoxdur. Ona görə də Zelenskinin sözügedən ittihamlarını olduqca duyğusal sayıram. Ola bilsin ki, bu, həm də Zelenskinin beynəlxalq hüququ bilməməsindən, siyasi təcrübəsinin az olmasından irəli gəlir. Təbii, burada Qərbdəki bəlli güclərin anti-türk təbliğatını da unutmamaq lazımdır. Bəlkə, Zelenski həmin dairələrə bir qədər xoş gəlsin deyə, Türkiyəyə qarşı bu ifadələri işlədib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Dünən, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Dünən, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Dünən, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Dünən, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Dünən, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Dünən, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Dünən, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Dünən, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Dünən, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru