Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi .....                     Paşinyan yeni katolikos axtarır .....                     “Rep oxuyursa, deməli, buna ehtiyac var!” .....                     Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu .....                     “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” .....                     Zəngəzurda keçid dili ingiliscə olacaq? .....                     Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni plan .....                     Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir .....                     Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: .....                     “Rossotrudniçestvo” rəhbərinin qorxusu: .....                     Paşinyan gizli danışıqlara .....                     Parisin "sülh göyərçini" təqdimatı: .....                     Deputatlara verilən bu pullar narazılıq yaratdı .....                     Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə .....                     Britaniya Ermənistana yeni səfir təyin edib .....                     AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib .....                     “Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” .....                     Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb .....                     Zəngəzurla bağlı ŞOK ABŞ planı .....                     Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... .....                     DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi .....                     İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib .....                     Erməni əsgərləri NATO təlimində: hansı statusla? .....                     Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb .....                     Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! .....                     İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu .....                     Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                     Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? .....                     Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? .....                     Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur .....                     Paşinyan Vardanyanla bağlı xahişi .....                     Yazıçılar yasda verilən ehsana etiraz edir .....                 

“Batka”nın məğlubedilməzliyinin səbəbi var - GƏLİŞMƏ
Tarix: 11-11-2021, 08:21 | Çap et
“Batka”nın məğlubedilməzliyinin səbəbi var
Avropa İttifaqı Belarus rəsmilərinə viza verməyi dayandırır. “Yeni Müsavat” bildirir ki, səbəb Minskin Polşa-Belarus sərhədində miqrant böhranı yaratmasıdır. Noyabrın 9-da Belarus tərəfdəki 4 minə yaxın miqrantın Aİ ölkəsinə daxil olmasına imkan verilməyib. Polşa miqrasiya böhranı fonunda Belarusla şərq sərhədi ərazisindəki keçid məntəqələrini bağlayıb. Minsk isə Varşavadan gələ biləcək “mümkün təxribatlar”la əlaqədar xəbərdarlıq edib.

Belarus tərəfindəki miqrantların tikanlı məftilləri yararaq Aİ-nin üzvü olan Polşaya daxil olmağa cəhd etməsindən sonra noyabrın 9-da Bruji-Kuznitsa sərhəd-keçid məntəqəsi bağlanıb. Polşa hökuməti noyabrın 8-də “Tvitter”də insanların tikanlı məftilləri kəsərək sərhədi keçməyə cəhd etməsini göstərən videolar yayımlayıb. Daxili İşlər Nazirliyi bu cəhdin qarşısını aldığını bildirib.

2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkisindən üzü bəri Aİ ilə bu ölkə arasında münasibətlər daha da gərginləşib. Qərb bütün basqılara rəğmən Belarus prezidenti Aleksandr Lukaşenkonu yumşalda, ram edə bilmir. Ümumən, Lukaşenko son 1 il, 3 ayda ölkəsindəki Qərbin dəstəklədiyi müxalifətçilərə, blogerlərə, jurnalistlərə, aktivistlərə qarşı ürəyi istədiyi kimi davranıb. Hətta bir belaruslu jurnalistin olduğu təyyarəni endirib, həbs edib. İndi də 4 min miqrantla bağlı bu davranışı ortaya qoyur. Kəsəsi, Lukaşenko təkbaşına Aİ ilə vuruşur. Həmçinin Polşa və Litva tərəfindən dəstəklənən müxalifəti də yerinə oturdub və ona təzyiq imkanları zəifləyib.

Bəs bu siyasi-diplomatik və informasiya savaşı kimin üçün qələbə, kimin üçün məğlubiyyətlə bitə bilər? Lukaşenkonun Avropa qarşısında məğlubedilməzliyinin səbəbi nədir? Belarusla Aİ arasındakı bu “müharibəni” demokratiya uğrunda mübarizə adlandırmaq olarmı?

Siyasi şərhçi Züriyə Qarayevanın sözlərinə görə, təbii ki, Belarusda keçirilən seçkilərdən sonra vəziyyətin belə dəyişməsi gözlənilən idi: “Çünki Qərb ölkələri Ermənistandan sonra Belarusda eyni variantı tətbiq etməyə hazırlaşırdılar. Amma edə bilmədilər. Belaruslar xalq olaraq məsələni dinc şəkildə həll etməyə meyillidirlər. Habelə, Lukaşenkonun diktatura hakimiyyəti də qüvvədədir. Lukaşenko təkbaşına sinə gərmir, əlbəttə. Avropa İttifaqı bilsə ki, Rusiya bazarı Belarus üçün açıq deyil, o zaman bu dövləti üç günün içində çökdürə bilər”.

Təhlilçi deyir ki, Belarus mallarının ixracının 25-30 faizi Aİ ölkələrinədir: “O deməkdir ki, bölgənin əhəmiyyəti Avropa İttifaqı üçün böyükdür. Xanım Tixanovskayanın bu gün ölkədən didərgin salınması da Rusiyanın planı idi. 9 noyabrda 4 minə yaxın miqrantın Avropaya daxil olmaması ilə bağlı qərar da Aİ və Belarus arasında böhrana doğru aparır. Qərb ölkələri Belarusu bu yolla sıxışdırmaq, Rusiyadan təcrid etmək, ya da Lukaşenkonu hakimiyyətdən devirməyə çalışırlar. Lakin bu planın icrası ehtimalı Rusiyanın bu ölkədə dayaqları timsalında çox aşağıdır”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev hesab edir ki, Belarusla Polşa arasında problem hələ seçki ərəfəsində dərinləşmişdi: “Hazırkı vəziyyətdə 2 mindən çox miqrant Polşaya keçmək istəyir. Polşa deyir ki, Lukaşenkonun təşəbbüsü ilə gəlirlər və ölkədə miqrant problemi yaratmağa hesablanıb. Amma dünyanın bir neçə münaqişə ocaqları var və miqrant axını yaşanır. Bu insanlar zülmdən qaçır və sığınacaq istəyir. Avropa Birliyi prosesə düzgün qiymət verməlidir. Polşa isə bu şəraitdə Belarusa təzyiq etmək istəyir, Minsk də günahı Varşavanın üzərinə qoyur”.

Politoloqun fikrincə, Polşanın Belarusla sərhəd bölgələrində Lukaşenko əleyhinə aksiyalar təşkil edilir: “Qərb onun seçkidəki nəticələrini tanımır. Bu siyasətin arxasında ABŞ dayanır. Vaşinqton demokratiya bayrağı altında Ukraynanı ”işğal" etdi, indi də Belarusda planlaşdırır və slavyan xalqları arasında nifaq salır, Rusiya ilə münasibətlərini korlamaq istəyir".

Siyasi analitik Ramiyə Məmmədova isə deyir ki, Avropa Birliyi Belarusu Ukrayna kimi görmək arzusundadır. Onun sözlərinə görə, oxşar ssenari davam etdirilir və Rusiyanın orbitindən daha bir ölkənin qoparılması prosesi gedir: “Ukrayna, Moldova, Gürcüstan, qismən Ermənistan Rusiyadan uzaqlaşmaqdadır. Bu ölkələrin hər biri ilə Moskvanın problemi var. Avropa İttifaqı ilk cəhddə Lukaşenkonu devirə bilmədi, indi başqa siyasi xətt götürülüb. Qərb planlaşdırır ki, Rusiyanın forpostu olan Belarusda liberallar hakimiyyətə gətirilməlidir. Amma ”Batka"ya batmaq hələlik mümkün olmur, Rusiyanın ciddi dəstəyi var. İkincisi, Moskva onu əlində saxlayıb və göstərir ki, məndən üz çevirsən Qərb 10 gün içində səni aşıra bilər. Sadəcə, bu, tezliklə baş verməyəcək, amma gec-tez Belarus da Ukrayna, Gürcüstan kimi Avroatlantik məkana inteqrasiya edəcək. Üstəlik, onun Avropaya yaxınlığı çoxdur, Polşa və Litva kimi ölkələrin demokratik hərəkat baxımdan təsirləri var".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Bu gün, 17:13
Paşinyan yeni katolikos axtarır
Bu gün, 17:10
“Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Bu gün, 17:02
Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu - FOTO
Bu gün, 17:00
“Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Bu gün, 16:49
Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Bu gün, 16:43
Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Bu gün, 16:34
Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Bu gün, 16:28
Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Bu gün, 16:26
Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Bu gün, 16:25
“Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Bu gün, 16:22
Paşinyan gizli danışıqlara BAŞLADI
Bu gün, 16:20
Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Bu gün, 16:18
Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Bu gün, 16:14
Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Bu gün, 16:12
Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Bu gün, 16:09
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Bu gün, 16:05
“Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Bu gün, 15:55
Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb
Bu gün, 15:53
Zəngəzurla bağlı ŞOK ABŞ planı - Bölgənin taleyi dəyişir?
Bu gün, 15:49
Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 15:35
İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
Bu gün, 15:31
Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:02
Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Bu gün, 15:00
Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Bu gün, 14:56
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 14:52
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37
Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33
Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru