Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycanın Milli Qəhrəmanı İbad Mösüm oğlu Hüseynliyə “Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi, 21” ünvanında 3 mərtəbədən ibarət qeyri-yaşayış binası tikməyə icazə verib.
Yeniavaz.comxəbər verir ki, istehsalat binası olacaq obyektin tikintisinə 31 iyul 2026-cı il tarixli ETİ-78/26 saylı sənəd əsasında icazə verilib.
Qeyd edək ki, 7 iyul 2026-cı il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-4588/2026 saylı, həmçinin 19 iyun 2026-cı il tarixində tikinti layihəsinə dair 42155 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən obyektin tikinti sahəsi 687,88 kv. metr olacaq.









