"Qonağa qarşı kobudluq yolverilməzdir. Tələbə yoldaşım, Dr. Rəna Cəfərova 1995 -ci ildən Almaniyanın Reyn-Westfaliya Techniki Universitetində “Yarimkeciriciler fizikasi”nı, Hagen Universitetində və 2005-ci ildən isə bu ölkədə Gimnaziyaların birində Riyaziyyat və fizikanı tədris edir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev qeyd edib.
O daha sonra bildirir: "Rəna xanım həm də mütəmadi olaraq söylədiyi mühazirələrdə Azərbaycanı ləyaqətlə təmsil edir. İndi Bakıdadır və xalası ilə 3 gün istirahət etmək məqsədilə Nabrana gedib. "Star" İstirahət mərkəzində (günü 100 manat) rast gəldiyi antisanitariya və kobud rəftarla üzləşib. İlk gündən bu hallara narazılığını bildirib və geri dönmək üçün ödənilən məbləğin geri qaytarılmasını tələb edib. Yüksək mədəniyyət daşıyıcı olan bu qadına ödənilən məbləği qaytarmaq əvəzinə, qapını göstəriblər və deyiblər ki, kimə istəyirsən şikayət edə bilərsən.
Aidiyyatı qurumlar görəsən adını çəkdiyim “İstirahət mərkəzi”ndə bu cür xoşagəlməz halı araşdıracaqlarmı? Hər halda mən ümidimi itirmirəm..."









