“Rabitəbank” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq 8 sentyabr 2026-cı il tarixində, saat 17:00-da bankın Füzuli küçəsi, 71 ünvanında yerləşən Baş ofisində baş tutacaq. İclas hibrid formatda (əyani və onlayn iştirak imkanı ilə) təşkil olunacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
-
Bankın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətlərinin uzadılması;
-
“Capital Partners” İŞ-nin nizamnamə kapitalının artırılması;
-
Digər təşkilati məsələlər.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.









