"Cənab SOCAR prezidenti, baxın, sex rəisi Əskərov Niyaz belə talayıb sexi və belə istifadə edib öz xeyrinə işçilərdən... Bu sübutları hər birini Azneft İB -dən gələn audit yoxlamasınada təqdim etmişəm və tədbir görmək əvəzinə Əskərov Niyaza vaxt və şərait yaratdılar ki, oğurladığıarını aparıb bəzi hissəsini yerinə qoysun və Niyaza yenidən şərait yaratsınlar ki, guya heç nə oğurlanmayıb, sadəcə əşyaların yeri səhv düşüb, məzmununda SOCAR-ın baş ofisində izahat versin..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR Abşeron Neft Qaz Çıxarma İdarəsində oğurluq faktı ilə bağlı dəfələrlə ifşaedici faktlar səsləndirən işçi Azər Mikayılovun növbəti müraciətində yer alıb.Müraciətdə daha sonra deyilir: "Hörmətli SOCAR rəhbərliyi!
2025-ci ilin dekabr ayında SOCAR-ın Abşeron Neft-Qaz Çıxarma İdarəsinin Quyuların Əsaslı Yeraltı Təmiri sexinin rəisi Əskərov Niyaz tərəfindən idarə əmlakının mənimsənilməsi ilə bağlı aidiyyatı qurumlara və SOCAR rəhbərliyinə rəsmi müraciət etmişəm.
Müraciətimdən sonra həmin sexdə açarçı köməkçisi işləyən və mülki işi kondisioner-soyuducu ustası olan Faiq Əlirzayev mənə telefonla zəng edərək bu məsələ ilə bağlı mühüm məlumatlar verib.
Faiq mənimlə telefon danışığında bildirdi ki, Əskərov Niyazın göstərişi ilə sexə yeni verilmiş məişət texnikalarının — kondisioner, soyuducu, paltaryuyan maşın və digər avadanlıqların əvəzinə kənardan köhnə və istifadəyə yararsız avadanlıqlar gətirilərək sexə yerləşdirilir. Daha sonra həmin köhnə avadanlıqlar fəhlələr tərəfindən müxtəlif özüllərə aparılaraq yeni avadanlıqların əvəzinə qoyulur.
Faiqin mənə verdiyi məlumata görə, bu prosesin əsas məqsədi sexə yeni verilmiş məişət texnikalarının çıxarılmasını oğurlanmasını və onların yerində köhnə, istifadəyə yararsız avadanlıqları göstərilməsi olub.
Faiq həmçinin mənə bu işlərin hansı formada həyata keçirildiyi və avadanlıqların hara aparıldığı barədə məlumatlar verib. Onun mənə söylədiyi bütün məlumatların əks olunduğu telefon danışığının səs yazısı məndə mövcuddur və ilk şikayətimdə AZNEFT İB tərəfindən təyin olunan audit üzvlərinin sədri olan Əliyev Toğrul cənablarına həmin səs yazılarını sübut kimi vermişəm və tələb olunacağı halda aidiyyəti qurumlara da təqdim etməyə hazıram.
Daha sonra mən həmin səs yazısını Faiqin öz istəyi ilə Əskərov Niyaza göndərmişəm və ondan xahiş etmişəm ki, Faiqlə aramızdakı telefon danışığını əvvəldən axıra qədər dinləsin.
Səs yazısını dinlədikdən sonra Əskərov Niyaz mənə telefonla zəng edib və söhbət zamanı “Azər, təksən?”, daha sonra isə “Həə eşitdim mən hər şeyi anladım, pox yemişəm, qələt eləmişəm” ifadələrini işlədib.
Bu telefon danışığının da səs yazısı məndə mövcuddur və araşdırma zamanı təqdim edilə bilər.
Hesab edirəm ki, burada müəssisəyə məxsus yeni məişət texnikalarının çıxarılması və onların yerinə köhnə, istifadəyə yararsız avadanlıqların qoyulması ilə bağlı ciddi faktlar mövcuddur və məsələ hərtərəfli araşdırılmalıdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsində oğurluq özgənin əmlakının gizli talan edilməsi kimi müəyyən edilir. Əgər aparılmış araşdırma nəticəsində müəssisə əmlakının qanunsuz mənimsənilməsi müəyyən edilərsə, həmin əməllərə qanunvericiliyə uyğun hüquqi qiymət verilməsini tələb edirəm.
SOCAR RƏHBƏRLİYİNDƏN TƏLƏB EDİRƏM:
- Faiqlə aramızdakı telefon danışığının səs yazısı araşdırılsın;
- Əskərov Niyazla aramızdakı telefon danışığının səs yazısı araşdırılsın;
- Faiqdən rəsmi izahat alınsın;
- Sexə verilmiş yeni məişət texnikalarının inventar uçotu yoxlanılsın;
- Yeni avadanlıqların hansı tarixdə və kim tərəfindən sexdən çıxarıldığı müəyyən edilsin;
- Kənardan gətirilən köhnə və istifadəyə yararsız avadanlıqların kim tərəfindən və haradan gətirildiyi araşdırılsın;
- Həmin avadanlıqların hansı özüllərə aparıldığı müəyyən edilsin;
- Müəssisəyə dəymiş maddi zərər hesablanaraq müəyyən edilsin;
- Araşdırmanın nəticəsinə uyğun olaraq təqsirli şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülsün.
Məndə olan səs yazılarının araşdırmadan kənarda saxlanılmamasını və bu faktların ört-basdır edilmədən obyektiv şəkildə araşdırılmasını tələb edirəm.
Bu müraciətin nəticəsi barədə mənə qanunvericiliklə müəyyən edilmiş qaydada yazılı və əsaslandırılmış cavab verilməsini xahiş edirəm..."
QEYD: Müraciət müəllifinin sosial şəbəkə hesabında əlavə sübut və dəlillər təqdim olunub. Əgər araşdırma aparmaq həvəsində olan varsa, buyurub maraqlana bilər...















