“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır .....                     Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” .....                     Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR .....                     “Onlar insan ovuna çıxırlar” .....                     "Qapını göstəriblər və deyiblər ki..." .....                     Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib .....                     Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır .....                     Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı .....                     Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi .....                     Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı .....                     İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi .....                     Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları .....                     “Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib? .....                     Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? .....                     Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət .....                     Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? .....                     ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib .....                     Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ .....                     Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: .....                     Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, .....                     Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır .....                     Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir .....                     Brilliantdan illər sonra ETİRAF: .....                     Moskvanın “əli” Ermənistanın “xirtdəyində” .....                     "Zəngəzur Su" vətəndaşları zəhərləyir? .....                     Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib .....                     Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır .....                     “DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... .....                     Sülh sazişi Vaşinqtonda imzalanacaq .....                     Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı .....                     Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? .....                     Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” .....                     Laçında yarım milyon manatlıq .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? .....                     Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV .....                     Ermənistan Zəngəzura qoşun yeritdi .....                     Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... .....                     Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb .....                     Ceki Çan üçün muğam oxuyan xanəndə: .....                 

İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Tarix: Bu gün, 15:30 | Çap et

Erməni kilsəsinin mövcudluğu tarixində ilk dəfə məhkəməyə çıxarılan bütün ermənilərin katolikosu əslində oliqarx və siyasətbaz Ktriç Nersisyandır...

Ermənilər az qala dünyanı bu mifə inandırıblar ki, onlar “ən qədim və xristian dinini ilk qəbul edən” qövmdür. Ona görə də ermənilər həmişə kilsə xalqı kimi qəbul olunub. Onların kilsəyə bağlılığı, kilsənin də ictimai-siyasi həyata təsiri çox güclü olub. Bu baxımdan Ermənistanda kilsə, onun xadimləri, bütün ermənilərin katolikosu statusunu daşıyan ruhanilər hər zaman toxunulmaz hesab edilib. Lakin bu tabu 2018-ci ildən, yəni Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra sındırılmağa başlanıb.

Düz 8 ildir ki, Paşinyan hakimiyyəti ilə kilsə arasında aşkar-gizli intriqa davam etməkdədir. Paşinyan bütün ermənilərin katolikosu II Qaregini dəyişməyə və onun təbirincə, “kilsəni xalqa qaytarmağa” çağırır. “II Qaregin verdiyi subaylıq əhdini pozub və onun övladı var. Bu, faktdır və əgər II Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edərəm”, - deyə Paşinyan əminliklə danışır.

Bu gərginliyin zirvəsi II Qareginin ilk dəfə olaraq parlamentin iclasına buraxılmaması idi. Hakimiyyətin tutduğu mövqeyə etiraz olaraq bəzi müxalif deputatlar parlamentin ilk iclasında iştirakdan imtina etdilər. Ancaq onların boykotu nəticəni dəyişmədi, tam əksinə, Paşinyan katolikosun üzərinə getməyə başladı. Belə ki, II Qareginlə bağlı növbəti ilk yaşandı - kilsə rəhbəri və Ermənistan Ali Ruhani Şurasının altı üzvü məhkəmə qarşısına çıxarıldı. Bu, erməni kilsə tarixində doğrudan da bir ilk idi və müxalifət baş verənləri həddi aşmaq kimi qiymətləndirdi.

Armavirdən Qərb universitetlərinə

Bəs Nikol Paşinyan bu ahıl katolikosdan nə istəyir? Ümumiyyətlə, II Qaregin kimdir, kilsə rəhbərliyinə qədər necə gəlib çıxıb?

... II Qareginin əsl adı Ktriç Nersisyandır. Hazırda Erməni Apostol (Qriqoryan) Kilsəsinin rəhbəri, bütün ermənilərin 132-ci katolikosudur. O, 1951-ci il avqustun 21-də Ermənistanda Armavir vilayətinin Voskehat kəndində doğulub və 1999-cu il oktyabrın 27-dən bu kilsəyə rəhbərlik edir. 1965-ci ildə Eçmiədzin İlahiyyat Seminariyasına daxil olub, 1971-ci ildə oranı bitirib, daha sonra həmin seminariyada müəllim işləyib. 1970-ci ildə diakon (kahinliyin ilk, ən aşağı səviyyəsində kilsədə xidmət edən şəxs), 1972-ci ildə isə keşiş təyin edilib. Daha sonra katolikos I Vazgenin əmri ilə teoloji təhsilini davam etdirmək üçün Avstriyanın paytaxtı Vyanaya göndərilib.

Ktriç Nersisyan dini təhsilini 1975-ci ildə Almaniyanın Bonn Universitetində davam etdirib. 1979-cu ildə Eçmiədzinə qayıdıb, daha sonra Zaqorsk şəhərinə gedib və orada Rus Pravoslav Kilsəsinin Moskva İlahiyyat Akademiyasında aspirantura təhsili alıb. Ktriç Nersisyan 1980-ci ilin martından 1999-cu il iyulun 4-nə kimi bütün ermənilərin katolikosu I Vazgenin baş vikarı (dini vəzifə) olub və arxiyepiskop rütbəsinə yüksəlib. 27 oktyabr 1999-cu ildə katolikos I Qareginin ölümündən sonra Erməni Apostol Kilsəsinin Milli Kilsə Şurası (ali idarəetmə orqanı) arxiyepiskop Qaregin Nersisyanı bütün ermənilərin 132-ci patriarxı və katolikosu seçib. Bundan sonra o, II Qaregin adlandırılıb.

Yeganə müsəlman dövlətindən təltif

Yeri gəlmişkən, II Qareginin dövründə kilsə idarəçiliyinin mərkəzləşdirilməsinin əsas aləti bütün dünyada erməni kilsəsi üçün vahid nizamnamənin qəbul edilməsi olub ki, bu da dini icmalar arasında mübahisə və nifaq yaradıb.

2008-ci il martın əvvəllərində prezident seçkilərində məğlub olmuş eks-dövlət başçısı Levon Ter-Petrosyanın tərəfdarlarının Serj Sarkisyanın qələbəsini tanımaq istəməməsi ilə əlaqədar İrəvanda baş verən iğtişaşlar zamanı II Qaregin sülhməramlı missiya ilə önə çıxmağa və Ter-Petrosyanın mövqeyinə təsir göstərməyə çalışmış, lakin uğursuz olmuşdu.

II Qareginin kiçik qardaşı da din xadimidir. Arxiyepiskop Ezras (Mkrtıç Nersisyan) Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəridir. II Qaregin bir sıra yerli və beynəlxalq təltiflərlə mükafatlandırılıb. Qarabağda separatçılığın davam etdiyi zamanlarda o, Xankəndidəki qondarma “Artsax Universitetinin fəxri doktoru” elan edilmişdi. II Qareginin aldığı medallardan biri ona müsəlman dövlətində verilib. Bütün ermənilərin katolikosu “Viflehem medalı”na 2000-ci ildə Fələstin dövlətinin prezidenti Yasir Ərəfat tərəfindən layiq görülüb. Fələstin Muxtariyyəti bütün ermənilərin katolikosunu təltif edən yeganə müsəlman dövlətidir. Eyni zamanda o, şəxsi var-dövləti, bahalı avtomobilləri və dəbdəbəli yaşayış tərzinə görə dəfələrlə erməni ictimaiyyəti və mediası tərəfindən tənqid olunub. Katolikosun gizli xatunu

Subaylıq andı (və ya subaylıq əhdi) - dini və mənəvi həyat tərzinin bir hissəsi olaraq, insanın evlənməkdən, ailə qurmaqdan və cinsi münasibətdən şüurlu şəkildə imtina etməsi barədə verdiyi ciddi və daimi sözdür. Sadə keşişlər arasında evli olanlar ola bilər, amma yüksək dini vəzifələr üçün subaylıq şərtdir. KİV-də II Qareginin Xatun adlı qızının olması barədə məlumatlar və fotolar yayılıb, bu isə kilsə qanunlarına görə onun katolikos səlahiyyətlərinə xələl gətirə biləcək müzakirələrə səbəb olub.

Ermənistan KİV-in məlumatına görə, II Qareginin qızının adı Xatun Qriqoryantsdır. Sosial medianın Ermənistan seqmentində X. Qriqoryantsın fotosu da yayılıb. Xatun Qriqoryants tibb elmləri namizədidir, “Müqəddəs Tanrı Anası” klinikasında ginekoloq işləyir. Maraqlıdır ki, Nersisyan ona türk mənşəli ad verib. Kilsə rəhbərinin ailəsi ilə bağlı digər detal isə bacısı oğlu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri Mkrtiç Proşyanın ev dustaqlığında olmasıdır. İttihama görə, o, ruhaniləri müxalifətin mitinqlərində iştirak etməyə məcbur edib və bu il azad olunub. Bundan başqa, qardaşı oğlu Ambartsum Nersisyan seçki kampaniyasına müdaxilə ittihamı ilə saxlanılıb, daha sonra ev dustaqlığı ləğv edilərək inzibati nəzarətə buraxılıb.

Ktriçin milyonları və Bakıya gəlişi

II Qareginin keçmiş köməkçisi Xoren Ovannisyanın Nersisyan haqda məlumatları da maraqlıdır. Onun sözlərinə görə, revanşistlərin son ümidi “üçbaşlı yırtıcı” Ktriç Nersisyandır: “Moskvanın da ümidi bu qocayadır, amma çaxnaşmalar, təlatümlər olur, bacarmırlar. Yarımcan Samvel Karapetyan da göndərildi ki, gəlsin, birləşsinlər və işlərini görsünlər. Bu, "Ruben Vardanyan 2" layihəsi idi". Din adamı II Qareginin vaxtilə SSRİ KQB-sinə, bu gün isə Rusiya kəşfiyyatına işlədiyini vurğulayıb. O, 1979-cu ildə Almaniyadan agent kimi ifşa olunaraq Moskvaya əli qandallı deportasiya edilib.

Üstəlik, 2005-ci ildə Almaniyadakı erməni icmasının liderindən dəvət alaraq Almaniyaya getmək və o vaxtkı kansler Angela Merkellə görüşmək istəyib. Bunu eşidər-eşitməz Merkel görüşdən imtina edib. Həmin məktublar indi həm Almaniyada, həm də Eçmiədzindədir. Onun qardaşı Yezras Nersisyan da xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub. Erməni mediası onu da Rusiya agenti adlandırıb.

Bundan əlavə, iqtidara yaxın media katolikosun biznesinin olduğuna dair iddialar tirajlayır. Həmçinin, 2011-ci ildə II Qaregin ad gününü İrəvanın ən bahalı restoranlarından biri olan “Florensiya”da qeyd etdiyinə görə tənqid olunmuşdu. Ziyafətdə yüksək rütbəli məmurlar və iri biznesmenlər iştirak ediblər.

II Qareginin maliyyə vəziyyəti də olduqca yüksək səviyyədədir. Belə ki, beynəlxalq araşdırmalar nəticəsində onun hesabından 111 milyon dollar tapılıb.

Bütün ermənilərin katolikosu B6/B7 səviyyəsinə qədər zirehli W221 Mercedes-Benz S600L Guard ilə səyahət edir. Bu maşınlar mina partlayışlarına və avtomat mərmilərinə qarşı dayanıqlıdır. II Qareginin avtomobillərə olan düşkünlüyünü hər kəs bilir. O, artıq uzun illərdir ki, şəhər səfərləri üçün ən yeni “Mercedes-S-Class”dan, Ermənistanın dağlıq ərazilərinə səfərlər üçün isə “Lexus GX460"dan istifadə edir. Qaregin görüşlərə əsasən "Mercedes-Benz"də, “Toyota Land-Cruiser” 200 və yaxud Bentley avtomobilində, “Range Rover” Sport avtomobilinin müşayiəti ilə gedir.

Onu da deyək ki, 2010-cu ildə Dini Liderlərin Ümumdünya Sammitində iştirak üçün Moskva və Ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin Bakıda olublar. Onlar paytaxtdakı erməni kilsəsini ziyarət ediblər. Dini liderlərin təhlükəsizliyi baxımından kilsə ərazisi polis tərəfindən əhatəyə alınıb, çəkiliş aparmağa icazə verilməmişdi. Sammit çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə II Kirill və erməni katolikosu arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra isə 3 dini lider birgə bəyannamə qəbul ediblər.

Lakin ötən il verdiyi açıqlamasında Paşazadə bildirib ki, II Qareginlə görüşməyi özünə yaraşdırmır. Çünki Qaregin siyasətə qoşulub.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Bu gün, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Bu gün, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Bu gün, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Bu gün, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Bu gün, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Bu gün, 16:01
Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Bu gün, 15:44
Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Bu gün, 15:40
Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Bu gün, 15:35
İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Bu gün, 15:30
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Bu gün, 15:18
“Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Bu gün, 15:07
Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:00
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Bu gün, 14:55
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Bu gün, 14:36
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Bu gün, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Bu gün, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Bu gün, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Bu gün, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Bu gün, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Bu gün, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Bu gün, 12:35
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Bu gün, 12:25
Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Bu gün, 12:14
“DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Bu gün, 12:01
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Bu gün, 11:51
Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:48
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 11:43
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Bu gün, 11:35
Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Bu gün, 11:30
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Bu gün, 11:26
Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? - BU NƏDİ BELƏ?
Bu gün, 11:22
Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV – Bir yanlış artıq gələcəyi dəyişir
Bu gün, 11:17
Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?
Bu gün, 11:13
Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... - İTTİHAM VAR...
Bu gün, 10:59
Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb - “Financial Times”
Bu gün, 10:44
Ceki Çan üçün muğam oxuyan xanəndə: - “Telefonuna da çəkdi, süni intellekt olduğunu deyirlər”
Bu gün, 10:41
Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:38
Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı – FOTO
Bu gün, 10:36
Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34
Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31
Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 10:24
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru