Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal .....                     Dünya tarixşünaslığı, şərqşünslığı elmdir, yoxsa İransoxdu dəyirmanı? .....                     Günün FOTOSU .....                     "Elə bilirdiniz Şaka qayıtmayacaq?" .....                     Keçmiş deputatdan xalqı təhqir edən yazıçıya SƏRT SÖZLƏR! .....                     Azərbaycana 6 ayda 188 milyon manat dəyərində günəş panelləri gətirilib .....                     Onkologiya Mərkəzi “Azəri Med”dən .....                     "Boulevard Hotel"də iş yoldaşını öldürənə .....                     “TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə gətirər?” .....                     Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi .....                     Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? .....                     Pünhan Əlizadəyə vəzifə verildi .....                     Qızlara yox, oğlanlara: Universitetin təqaüd qərarı MÜZAKİRƏ YARATDI .....                     Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi .....                     İranə Axundova müdir muavini TƏYİN OLUNDU .....                     "Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     Rubinyanın Qarabağ mesajında gizli məqam: .....                     Həkimlər Xalq artistinin ayağındakı problemlə bağlı son qərarlarını .....                     Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: Əslində kim qalib gəlib? .....                     Tanışının üzərinə “kislota” tökərək ağır xəsarət yetirən qadından xəbər var .....                     İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi .....                     Paşinyan Qarabağdan danışdı: .....                     Müşfiqin muzeyi ilə yolu birləşdirən uçmuş körpünün taleyi necə olacaq? .....                     Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək .....                     Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? .....                     Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? .....                     Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı .....                     ABŞ Azərbaycanın önəmini anlayır: .....                     Güclü iqtidarın zəif müxalifəti olmur .....                     “Zolotaya Korona”nın Avropa bölməsi ödəniş operatoru lisenziyasından imtina edir .....                     TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu .....                     Onkologiya Mərkəzi “Azəri Med”dən .....                     İranın “qonşuluq dönüşü” .....                     Azərbaycanda 5,4, Gürcüstanda 1,6, Ermənistanda 0,5... .....                     Paşinyandan ŞOK ETİRAF: .....                     "Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... .....                     8500 manat verdilər, ortada nə qəbul var, nə pul .....                     “By Ella” GÜNAHSIZ ÇIXDI .....                     İrəvan çoxvektorlu siyasətə keçir, Bakı isə liderliyini qoruyur .....                     O üç kəndi hərbi yolla qaytarmaq məsələsi… .....                 

Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal - Kənan Həsənli direktoru necə qorudu?
Tarix: Bu gün, 00:22 | Çap et
​​​​​Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələri ilə bağlı redaksiyamıza maraqlı faktlar daxil olmaqdadır.
Biziməsr.media olaraq belə müraciətləri yalnız məlumat kimi yayımlamaq deyil, mümkün qədər araşdırmaq, faktları tutuşdurmaq və qarşı tərəfin mövqeyini öyrənməklə ictimaiyyətə təqdim etməyə çalışırıq.
Adətən Peşə Təhsili üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinə hər hansı məsələ ilə bağlı müraciət etdikdə “Konkret fakt göstərin, araşdıraq” cavabı ilə qarşılaşırıq. Bu dəfə isə redaksiyaya daxil olan məlumat məhz konkret tarix, konkret müəssisə, konkret şəxslər və konkret məbləğlə bağlıdır.
İlk olaraq qeyd edək ki, məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə media sorğusu göndərilib. Agentliyin cavabı daxil olduqdan sonra qurumun mövqeyi oxuculara təqdim ediləcək.
Redaksiyaya daxil olan məlumata görə, 2026-cı ilin fevral ayında Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin təqaüd kartlarında diqqətçəkən hadisə baş verib. Həmin dövrdə tələbələrə aylıq 66 manat dövlət təqaüdü ödənildiyi halda, bəlli olub ki, (iddia olunur ki, rəhbərliyə və digər şəxslərə yaxınlığı ilə seçilən) təxminən 40 tələbənin təqaüd kartına nəzərdə tutulduğundan artıq pul köçürülüb.
Bu mərhələyə qədər hadisəni texniki və ya mühasibat səhvi kimi qiymətləndirmək olardı, lakin məsələnin məhz bundan sonra başqa istiqamət alması ortaya ciddi suallar çıxarıb.
Məlumatda qeyd olunur ki, tələbələrin kartına əlavə köçürülmüş pullar sonradan məlum şəxslərin, əsasən Mərkəzin baş mühasibi Jalə Rəsulovanın tapşırığı ilə baş ustanın köməyi ilə nəğd şəkildə geri toplanıb və Mərkəzin direktor əvəzi Nail Bayramova verilib.
Lakin baş verənlərin fonunda tələbələrdən birinin hadisə ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə şikayət etməsi hər şeyi alt-üst edib. Bundan sonra Agentliyin nümayəndələri, əsasən Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşları sözügedən Mərkəzdə yoxlama aparmaq məcburiyyətində qalıb.
Və məhz bu yoxlamadan sonra məsələnin miqyası daha aydın görünməyə başlayıb.
Redaksiyaya daxil olan məlumata görə, araşdırma zamanı tələbələrə artıq köçürülmüş vəsaitlərin sonradan geri toplanması ilə bağlı pozuntu müəyyən edilib. Nəticədə ümumi məbləğin 3 942 manat olduğu ortaya çıxıb. Yoxlamanı Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı İskəndər Məmmədov və digərləri həyata keçirib. Bu barədə daha ətraflı bir qədər sonra...
Daha diqqətçəkən məqam isə həmin pulun tələbələrdən toplandığının yoxlama zamanı müəyyənləşdirilməsi barədə olan məlumatdır. Burada söhbət sadəcə bank kartlarına artıq pul köçürülməsindən deyil, həmin vəsaitin sonradan tələbələrdən əlbəəl yığılmasından və dövlət vəsaitinin hərəkətindən gedir.
Yoxlamadan sonra nə baş verib?
Məlumata görə, bir neçə günlük yoxlamanın (?) nəticəsində Akt tərtib olunub. Nəticədə Peşə Təhsili Mərkəzinin baş mühasibi Jalə Rəsulovaya şiddətli töhmət verilib. Bundan başqa, baş usta Sürəyya Məmmədova, kadrlar üzrə məsul şəxs Könül Baxışova töhmət, eləcə də 30-a yaxın müəllim və ustaya yazılı xəbərdarlıq tətbiq edilib. Bununla da məsələ bağlanıb və heç bir hüquqi işləm həyata keçirilməyib. Mənimsənilməyə cəhd edilən 3 942 manat vəsait isə iki dəfəyə - ilk mərhələdə 1 800 manat olmaqla, bütün məbləğin Agentliyin hesabına köçürülməsi həyata keçirilib.
Məsələnin ən maraqlı tərəfi isə elə bundan sonra başlayır.
Çünki redaksiyaya daxil olan məlumata görə, adıçəkilən əməkdaşlara şiddətli töhmət və ya töhmət verildiyi halda, Mərkəzin rəhbəri vəzifəsini icra edən Nail Bayramova heç bir cəza tətbiq edilməyib. Burada istər-istəməz sual yaranır - əgər müəssisədə baş verən hadisə nəticəsində baş mühasibə şiddətli töhmət verilib, baş usta, kadrlar üzrə məsul şəxs və 30-a yaxın müəllim və ustaya töhmət tətbiq edilibsə, müəssisənin rəhbəri vəzifəsini icra edən Nail Bayramov niyə hansısa məsuliyyətə cəlb olunmayıb?
Burada daha bir maraqlı məqam var.
Redaksiyaya daxil olan məlumatda Nail Bayramovun Peşə Təhsili üzrə Dövlət Agentliyinin Keyfiyyət Təminatı şöbəsinin müdiri Kənan Həsənlidən xüsusi dəstək aldığı iddia olunur. Eyni zamanda direktor əvəzi Nail Bayramovun sözügedən şöbənin baş mütəxəssisi Elsəvər Salayevlə olduqca yaxın dost münasibətlərinin olduğu deyilir.
Bildirilir ki, Elsəvər Salayev Peşə Təhsili üzrə Dövlət Agentliyinin Keyfiyyət Təminatı şöbəsinin müdiri Kənan Həsənlinin ən xas adamlarından biridir və bütün işləri onun vasitəsilə həll edir. Nail Bayramovun hazırkı vəzifəyə gətirilməsində Elsəvər Salayevlə Kənan Həsənlinin böyük rolu olub. Həmçinin bildirilir ki, Kənan Həsənlinin yaxın vaxtlarda Nail Bayramovun sözügedən mərkəzə direktor təyin olunmasını dəstəklədiyi və bunun üçün ona böyük dəstək olduğu barədə məlumatlar var. Məhz bu münasibətlər səbəbindən Nail Bayramovun baş vermiş hadisə ilə bağlı töhmət və ya şiddətli töhmət almasının qarşısının alındığı bildirilir.
Lakin məsələnin özü kifayət qədər ciddi olduğundan, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və adıçəkilən şəxslərin buna münasibət bildirməsi vacibdir. Çünki söhbət artıq təkcə bir peşə mərkəzindəki təqaüd məsələsindən getmir. Əgər doğrudan da müəyyən vəzifəli şəxslərin digər şəxslərin təyinatında təsiri varsa və həmin şəxslər sonradan idarəetmə prosesində qorunursa, burada dövlət idarəçiliyi və kadr siyasəti ilə bağlı daha geniş suallar meydana çıxır.
Kənan Həsənli kimdir?
Redaksiyaya daxil olan məlumatlarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan müəssisələrə direktor təyinatlarında Kənan Həsənlinin əsas söz sahiblərindən biri olduğu deyilir. Qeyd olunur ki, onlarla Peşə Mərkəzinin rəhbəri şəxsən onun təklifi ilə təyinat alıb və qorunur.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əsas strukturu direktor və 2 müavin postu, eləcə də onların nəzarətində olan şöbə və sektorlarla formalaşdırılıb. Peşə təhsilinin keyfiyyətinə nəzarətin təşkili şöbəsi də Agentliyin direktor müavini Simnar Məmmədovun nəzarəti altındadır.
Ümumiyyətlə, sözügedən Agentlikdə komandalaşmış şəxslərin olduğu bildirilir. İddialara görə, Agentlik daxilində ciddi qruplaşma hökm sürür və bu da idarəetməyə böyük təsir göstərir.
Hazırkı hadisəyə qayıdaq.
Əgər Agentliyin apardığı yoxlama zamanı tələbələrin kartına əlavə vəsait köçürüldüyü, həmin pulların sonradan tələbələrdən toplandığı və ümumilikdə 3 942 manatlıq maliyyə pozuntusunun baş verdiyi müəyyənləşdirilibsə, bu məsələnin yalnız bir neçə əməkdaşa töhmət verilməsi ilə yekunlaşdırılması da suallar doğurur.
Əgər dövlət vəsaiti ilə bağlı ciddi maliyyə pozuntusu müəyyən edilibsə, həmin faktın hüquqi araşdırmaya göndərilib-göndərilmədiyi barədə sual tamamilə legitimdir. Amma belə bir hüquqi araşdırmaya başlanılması barədə məlumat yoxdur. 3 942 manatlıq vəsaitin tələbələrdən toplandığı və mənimsənilməyə cəhd edildiyi halda, Peşə Təhsili üzrə Dövlət Agentliyi nə üçün məsələnin hüquqi qiymətləndirilməsi üçün aidiyyəti qurumlara müraciət etməyib? Yaxud diğərlərinə şiddətli töhmət və ya töhmət verilibsə, direktor əvəzi Nail Bayramov necə bu məsuliyyətdən kəönarda qalıb?
Bizimesr.media








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal - Kənan Həsənli direktoru necə qorudu?
Bu gün, 00:22
Dünya tarixşünaslığı, şərqşünslığı elmdir, yoxsa İransoxdu dəyirmanı? - ETİRAZ
Bu gün, 00:18
Günün FOTOSU - Bax... BU BİZİK!
Bu gün, 00:14
"Elə bilirdiniz Şaka qayıtmayacaq?" - deputat "Qarabağ"ı belə ÖYDÜ
Bu gün, 00:11
Keçmiş deputatdan xalqı təhqir edən yazıçıya SƏRT SÖZLƏR! - "Siz bunu dərk etmirsiniz!"
Bu gün, 00:06
Azərbaycana 6 ayda 188 milyon manat dəyərində günəş panelləri gətirilib
Dünən, 18:08
Onkologiya Mərkəzi “Azəri Med”dən - 50 milyonluq avadanlıq alır
Dünən, 18:07
"Boulevard Hotel"də iş yoldaşını öldürənə HÖKM OXUNDU
Dünən, 18:05
“TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə gətirər?” – Fotolar
Dünən, 18:03
Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi – “Anklavların yaxın perspektivdə…”
Dünən, 17:56
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? - MÜRACİƏT
Dünən, 17:43
Pünhan Əlizadəyə vəzifə verildi - DOSYE
Dünən, 17:40
Qızlara yox, oğlanlara: Universitetin təqaüd qərarı MÜZAKİRƏ YARATDI - BU NƏDİ BELƏ?
Dünən, 17:38
Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi – “Anklavların yaxın perspektivdə…”
Dünən, 17:31
İranə Axundova müdir muavini TƏYİN OLUNDU - BUNDAN SONRA...
Dünən, 17:30
"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 17:27
Rubinyanın Qarabağ mesajında gizli məqam: - Sülh, yoxsa yeni taktika?
Dünən, 17:24
Həkimlər Xalq artistinin ayağındakı problemlə bağlı son qərarlarını - AÇIQLADI
Dünən, 17:18
Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: Əslində kim qalib gəlib? – AYB-dən AÇIQLAMA
Dünən, 17:15
Tanışının üzərinə “kislota” tökərək ağır xəsarət yetirən qadından xəbər var - TƏFƏRRÜAT
Dünən, 17:10
İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi - İLGİNC
Dünən, 17:01
Paşinyan Qarabağdan danışdı: - "Ermənistanı xilas etdim"
Dünən, 16:57
Müşfiqin muzeyi ilə yolu birləşdirən uçmuş körpünün taleyi necə olacaq? – Mədəniyyət Nazirliyindən açıqlama
Dünən, 16:54
Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək
Dünən, 16:51
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
Dünən, 16:43
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? - BU NƏDİ BELƏ?
Dünən, 16:35
Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT
Dünən, 16:31
ABŞ Azərbaycanın önəmini anlayır: - Əməkdaşlıqdan strateji tərəfdaşlığa
Dünən, 16:26
Güclü iqtidarın zəif müxalifəti olmur - Tural Abbaslı
Dünən, 16:22
“Zolotaya Korona”nın Avropa bölməsi ödəniş operatoru lisenziyasından imtina edir
Dünən, 16:20
TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:18
Onkologiya Mərkəzi “Azəri Med”dən - 50 milyonluq avadanlıq alır
Dünən, 16:15
İranın “qonşuluq dönüşü” - Azərbaycan Tehranın yeni strategiyasının testinə çevrilir
Dünən, 16:14
Azərbaycanda 5,4, Gürcüstanda 1,6, Ermənistanda 0,5... – Hər 10 yol qəzasında ölənlərin sayı
Dünən, 16:12
Paşinyandan ŞOK ETİRAF: - Bu 3 kənd Azərbaycan ərazisidir
Dünən, 16:08
"Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... - TƏFƏRRÜAT
Dünən, 15:50
8500 manat verdilər, ortada nə qəbul var, nə pul – “AİD Group” yenidən gündəmdə
Dünən, 15:47
“By Ella” GÜNAHSIZ ÇIXDI
Dünən, 15:44
İrəvan çoxvektorlu siyasətə keçir, Bakı isə liderliyini qoruyur - Cənubi Qafqazda yeni mərhələ başlayır...
Dünən, 15:18
O üç kəndi hərbi yolla qaytarmaq məsələsi… – Paşinyan
Dünən, 15:14
İranda benzinə tələbat artır, gündəlik ən azı 15 milyon litr idxala ehtiyac var
Dünən, 15:11
Məhkəmə pula görə tanışını bıçaqlayan kafe əməkdaşı ilə bağlı qərarı açıqladı
Dünən, 13:20
MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb - QƏRAR
Dünən, 13:15
Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 13:14
Hörmətli kənd təsərrüfatı naziri Məcnun Məmmədov, bizim Qazaxıstandan nəyimiz əskikdir? - ETİRAZ VAR!
Dünən, 13:09
Ermənistan elektrik enerjisi tədarükü üzrə Azərbaycanla danışıqlara başlayacaq - KİV
Dünən, 13:06
Əlisa Nicatın bank kartı gündəlik 5 limit tətbiqindən azad olundu - AÇIQLAMA
Dünən, 13:02
Xatirə İslamın "qara siyahı" etirafı: - "Bal-şəkər başqa, yalançı qucaqlaşmalar başqa..."
Dünən, 12:59
Qurban Qurbanovun ən çətin gecələrindən biri - "Qarabağ" üçün şok detallar
Dünən, 12:54
“Mədəniyyət sahəsində olanlar kiminsə sevgilisi, adamıdır, nə oldu kapitalizm ancaq bizi korladı?”
Dünən, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru