Məhkəmə pula görə tanışını bıçaqlayan kafe əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb .....                     Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. .....                     Hörmətli kənd təsərrüfatı naziri Məcnun Məmmədov, bizim Qazaxıstandan nəyimiz əskikdir? .....                     Ermənistan elektrik enerjisi tədarükü üzrə Azərbaycanla danışıqlara başlayacaq .....                     Əlisa Nicatın bank kartı gündəlik 5 limit tətbiqindən azad olundu .....                     Xatirə İslamın "qara siyahı" etirafı: .....                     Qurban Qurbanovun ən çətin gecələrindən biri .....                     “Mədəniyyət sahəsində olanlar kiminsə sevgilisi, adamıdır, nə oldu kapitalizm ancaq bizi korladı?” .....                     Bakıda arvadının qardaşına daşla ağır xəsarət yetirən şəxslə bağlı .....                     Ərini öldürüb, meyitini həyətdə basdıran .....                     Ermənistan Azərbaycana qarşı münaqişə məntiqi ilə qurulub .....                     "Bəlkə də Qaçaq Nəbi Sərdar Cəlaloğlunun ulu babasını cəzalandırıb" .....                     “Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” .....                     Nazir müşavirini işdən çıxardı .....                     AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verib .....                     Viza və iş vədi ilə 73 min manatdan çox pul aldı .....                     FHN bir ədəd fərdi yaşayış evinin tikintisinə 102 min manat xərcləyəcək .....                     Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı .....                     Bahalaşma qorxusu artır: .....                     SEPAH daha dağıdıcı silahlardan istifadə etməklə hədələyib .....                     "Universitet daxilində məqsədli şəkildə narazılıq yaratmağa çalışırlar..." .....                     Neftçalada fermerlər DAD DEYİR... .....                     Xankəndidə ailə bizneslərinə yaşıl işıq yandırılmalıdır .....                     “Fəxrəddin Manafov sədr olsun, Rasim Balayevdən sonra 200 manatımızı kəsdilər” .....                     Avtobus sürücüsü yol mübahisəsi zamanı digər sürücünü bıçaqladı .....                     "Həyatda tutunacağım yeganə ümidim" .....                     Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verməkdən vaz keçdi .....                     Ermənilərin Azərbaycana yeni hücumu .....                     Onun beş dəfə müharibəni bitirmək imkanı vardı, imtina etdi .....                     Rusiya Moldova ilə sərhəddə keçid məntəqəsinə dron hücumu edib .....                     Naxçıvanda camaatı BU YOLLA QAÇAQ SALIRLAR... .....                     AQTA 570 əməkdaşın geyimi üçün 336 min manat xərcləyəcək .....                     Umbakıdakı dustaqlar Strasburqda nəyə ümid edirlər? .....                     Ermənistanın yeni silah baronu .....                     Dayısına görə qardaşları bıçaqlayan şəxslə bağlı qərar verildi .....                     Rusiya qadağası Ermənistanın Avropa İttifaqına ixracını artırdı .....                     “AtaHolding”in nizamnamə kapitalı yarım milyon azaldılıb .....                     Söyüş üstündə sahibkarın qulağını dişləyərək qopardı .....                     Efirdə isteriya: Kremlin "danışan başı" həm qıcıqlanır, həm qorxur .....                 

Qurban Qurbanovun ən çətin gecələrindən biri - "Qarabağ" üçün şok detallar
Tarix: Bu gün, 12:54 | Çap et

Son 17 ildə Azərbaycan futbolunu Avropada addım-addım zirvələrə daşıyan Ağdamın “Qarabağ” klubu tarixi sınaq qarşısındadır. Əfsanəvi baş məşqçimiz Qurban Qurbanovun komandası 12 ildən sonra ilk dəfə avrokubokların qruplarından kənarda qala bilər. “Köhlən atlar” bu uğursuzluğu yaşamamaq üçün bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəyə başlayır.

İlk görüş səfərdə Niderlandın “Tvente” komandasına qarşı keçiriləcək. Enşede şəhərində yerləşən “De Qrolş Veste” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək və matçın baş hakimi Cuxin Caca olacaq.

“Qarabağ” üçün Niderland səfəri yalnız pley-off mərhələsində ilk oyun baxımından deyil, həm də rəqiblə bağlı tarixi nəzərə alındıqda da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ağdam təmsilçisi ilə “Tvente” bundan əvvəl iki dəfə Avropa Liqasının pley-off mərhələsində qarşılaşıb. Komandaların 2009-cu ildəki ilk duelində mərhələni keçən tərəf Niderland klubu olub. “Tvente” ilk oyunda 3:1 hesabı ilə qalib gəlib, cavab qarşılaşması isə 0:0 hesabı ilə başa çatıb. Beş il sonra-2014-cü ildə komandalar yenidən eyni mərhələdə üz-üzə gəliblər. Bu dəfə isə “Qarabağ” uğur qazanıb. Bakıda keçirilən ilk görüş qolsuz heç-heçə ilə başa çatıb, Enşededəki cavab matçında isə 1:1 hesablı nəticə qeydə alınıb. Ağdam klubunun səfərdə vurduğu qol həmin vaxt mərhələni keçməsinə imkan verib və “Qarabağ” tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

İndi isə tərəflər 2014-cü ildən sonra yenidən Niderlandda qarşılaşacaqlar. Qurban Qurbanovun komandası ilk oyunda mümkün qədər sərfəli nəticə əldə etməyə çalışacaq. Çünki cavab görüşünün avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi “Qarabağ” üçün əlavə üstünlük yarada bilər.

“Qarabağ” 2014-cü ildə olduğu kimi, bu dəfə də “Tvente” səddini keçərək avrokuboklarda yoluna davam edə biləcəkmi?

“Rəqibin hücum potensialı və “Qarabağ”ın heyətindəki itkilər nəzərə alındıqda, görüşün Qurban Qurbanovun komandası üçün asan keçəcəyi gözlənilmir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında futbol mütəxəssisi Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, bu dəfə oyundan əvvəl əsas diqqət rəqibdən daha çox “Qarabağ”ın öz vəziyyətinə yönəlməlidir. Mütəxəssis bildirib ki, Ağdam klubunda xüsusilə cinahlarla bağlı ciddi problemlər yaranıb: “Adətən oyunöncəsi müzakirələrdə daha çox rəqibin analizinə diqqət ayırırıq. Amma bu dəfə vəziyyət bir qədər fərqlidir. Çünki “Qarabağ”ın heyətində itkilər var. Zubirin komandadan ayrılması, ardınca Elvinin zədələnməsi sol cinahda ciddi problem yaradıb. Bu mövqedə əsas ümid Sefasa idi. Lakin o da “Şamaxı” ilə oyunda zədələnərək qarşılaşmanı yarımçıq tərk etdi. Baş məşqçinin açıqlamalarından da görünür ki, Sefas tam hazır olmaya bilər. Bu halda onun yerinə kimin çıxacağı əsas suallardan biridir. Muaddib, Kadi və ya Montiel variantları nəzərdən keçirilə bilər”.

Məstəliyev hesab edir ki, sol cinahın vəziyyəti “Tvente” ilə oyunda xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, niderlandlıların əsas hücum silahlarından biri məhz sağ cinahdakı oyunçuların fəallığıdır: “Bu cinahın vacibliyinin əsas səbəbi “Tvente”nin hücumlarının daha çox həmin tərəfdən qurulmasıdır. Rəqib sağ cinahda kifayət qədər aktivdir. Eyni zamanda müdafiədə də həmin zonada müəyyən boşluqlar verirlər. Əgər “Qarabağ”ın sol cinahı həm müdafiədə, həm də hücumda tam gücü ilə fəaliyyət göstərə bilsəydi, bu, “Tvente” üçün ciddi problem yarada bilərdi. Təəssüf ki, hazırda bu silahımızdan tam istifadə etmək imkanımız məhduddur. Sağ cinahda isə Makreçkisin cəzalı olması Qurban Qurbanovun planlarını müəyyən qədər dəyişir”.

Futbol mütəxəssisi “Tvente”nin oyun üslubuna da toxunaraq, Niderland klubunun ənənəvi 4-3-3 taktiki sxeminə üstünlük verdiyini söyləyib: “Rəqib hücum futboluna meyllidir və xüsusilə cinahlardan istifadə etməyə çalışır. “Tvente” Niderland futboluna xas olan 4-3-3 sxemindən istifadə edir. Hücuma geniş şəkildə qoşulurlar, cinahlardan aktiv yararlanırlar. Əsasən cinahlardan asmalar etməyə çalışırlar, bəzi epizodlarda isə müdafiə xəttinin arasına daxil olaraq vəziyyətə uyğun qərarlar verirlər. Bu komandanı hücum komandası kimi xarakterizə etmək olar. Bəzən oyunu izləyəndə təəssürat yaranır ki, onların əsas planı cinaha çıxmaq və oradan cərimə meydançasına top göndərməkdir. “Tvente”nin hücum xəttində fiziki göstəriciləri ilə seçilən futbolçuların olması da komandanın oyun üslubuna təsir göstərir. Veqhorst, Lammers və Hesselinkin boyu 190 santimetrdən çoxdur. Buna görə də “Tvente” hava toplarından və cinahlardan edilən asmalardan maksimum yararlanmağa çalışır. Rəqib cərimə meydançasında mümkün qədər çoxluq yaratmağa, dönən toplarda və qapı dirəklərinin yaxınlığındakı epizodlarda təhlükə yaratmağa çalışır. Bu baxımdan “Tvente”nin hücumunun kifayət qədər yaxşı olduğunu düşünürəm”.

Bununla yanaşı, mütəxəssis niderlandlıların müdafiədə eyni dərəcədə güvənli təsir bağışlamadığını vurğulayıb. O bildirib ki, “Tvente”nin hücuma həddindən artıq meylli olması arxa xətdə boşluqların yaranmasına gətirib çıxarır: “Rəqibin əsas problemi müdafiədədir. Çox irəli getdikləri üçün xüsusilə cinahlarda boşluqlar yaradırlar. Mərkəz müdafiəçiləri də o qədər güclü təsir bağışlamır. Onlar kifayət qədər ləngdirlər və zaman-zaman səhvlərə yol verirlər. “Qarabağ” məhz bu boşluqlardan istifadə etməlidir”.

Kənan Məstəliyev “Qarabağ”ın Niderlanddakı oyun planının da buna uyğun qurulmasının daha məqsədəuyğun olduğunu düşünür. Onun fikrincə, Ağdam klubunun bütün gücü ilə hücuma atılması və rəqiblə açıq futbol oynaması hazırkı heyət imkanları baxımından riskli ola bilər:

“Məncə, plan kifayət qədər sadə olmalıdır. “Qarabağ” müdafiədə diqqətli oynamalı, kobud səhvlərə yol verməməlidir. Bu halda Niderlanddan sərfəli nəticə ilə qayıtmaq mümkündür. Açıq futbol oynamaq, hücuma həddindən artıq atılaraq “səndən çox vuracam” prinsipi ilə çıxış etmək hazırda yaxşı fikir olmaya bilər. Çünki bu ideyanı tam şəkildə həyata keçirəcək oyunçu ehtiyatımız yoxdur. Heyətdə itkilər var, ehtiyat qüvvə də əvvəlki qədər geniş deyil. Ona görə də yaxşı müdafiə olunmaq, rəqibin səhvlərindən istifadə etmək və əks-hücumlarda təhlükə yaratmaq daha məntiqli görünür”.

Mütəxəssis “Tvente”nin gücünün həddindən artıq şişirdilməsinin də doğru olmadığını bildirib. O, niderlandlıların son nəticələrinin komandadan çəkinmək üçün əsas vermədiyini vurğulayıb: “Tvente” adının böyük səslənməsi o demək deyil ki, “Qarabağ” bu komandadan çəkinməlidir. Ötən mövsüm Niderland çempionatında “Ayaks” və AZ uğursuz çıxış etməsəydi, “Tvente”nin 4-cü yeri tutması da sual altında qala bilərdi. Bu yay Avropa Liqasından başlayaraq 10 nəfərlə qalan “Ferensvaroş”a qalib gələ bilməyən komanda da “Tvente”dir. DAK 1904 üzərində bir oyunda 6 qol vurmaqları da həddindən artıq böyüdülməməlidir. Çünki həmin rəqibə bizim “Zirə” də 4 qol vura bilmişdi”.

Məstəliyev hesab edir ki, “Qarabağ”ın Niderlanddan normal nəticə ilə qayıtması və Bakıda cavab görüşündə mərhələni keçməsi tam realdır: “Ruhdan düşməyə və rəqibdən çəkinməyə ehtiyac yoxdur. “Qarabağ” öz oyununu göstərsə, müdafiədə intizamlı olsa və əks-hücum imkanlarından düzgün yararlansa, Bakıya sərfəli nəticə ilə dönə bilər. Daha sonra isə doğma meydanda turu keçmək mümkündür. Məncə, burada mümkünsüz heç nə yoxdur”.

Kənan Məstəliyev ehtimal olunan start heyəti ilə bağlı fikirlərini də bölüşüb. Onun proqnozuna əsasən, qapıda Zlomisliçin meydana çıxması gözlənilir. Müdafiənin cinahlarında Lanqa və Silva, mərkəzdə isə Varkonyi ilə yanaşı sürpriz olaraq Bəhlul Mustafazadənin yer alması mümkündür. Mütəxəssis orta xətdə dayaq mövqeyində Yankoviç və Bikalyo tandeminin meydana çıxacağını ehtimal edir. Onun fikrincə, Sefas hazır olarsa, sol cinahda məhz o oynayacaq. Əks halda həmin mövqedə Muaddibə şans verilə bilər. Məstəliyev Kadiyə mərkəzdə, Kaşuka sağ cinahda, Musaya isə hücumun önündə yer verilməsini mümkün variant kimi göstərib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə pula görə tanışını bıçaqlayan kafe əməkdaşı ilə bağlı qərarı açıqladı
Bu gün, 13:20
MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb - QƏRAR
Bu gün, 13:15
Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 13:14
Hörmətli kənd təsərrüfatı naziri Məcnun Məmmədov, bizim Qazaxıstandan nəyimiz əskikdir? - ETİRAZ VAR!
Bu gün, 13:09
Ermənistan elektrik enerjisi tədarükü üzrə Azərbaycanla danışıqlara başlayacaq - KİV
Bu gün, 13:06
Əlisa Nicatın bank kartı gündəlik 5 limit tətbiqindən azad olundu - AÇIQLAMA
Bu gün, 13:02
Xatirə İslamın "qara siyahı" etirafı: - "Bal-şəkər başqa, yalançı qucaqlaşmalar başqa..."
Bu gün, 12:59
Qurban Qurbanovun ən çətin gecələrindən biri - "Qarabağ" üçün şok detallar
Bu gün, 12:54
“Mədəniyyət sahəsində olanlar kiminsə sevgilisi, adamıdır, nə oldu kapitalizm ancaq bizi korladı?”
Bu gün, 12:39
Bakıda arvadının qardaşına daşla ağır xəsarət yetirən şəxslə bağlı QƏRAR
Bu gün, 12:37
Ərini öldürüb, meyitini həyətdə basdıran Elmiraya CƏZA İSTƏNİLDİ
Bu gün, 12:35
Ermənistan Azərbaycana qarşı münaqişə məntiqi ilə qurulub - Paşinyandan İLGİNC ETİRAF
Bu gün, 12:24
"Bəlkə də Qaçaq Nəbi Sərdar Cəlaloğlunun ulu babasını cəzalandırıb" - Nəbi ilə Həcərin kötücəsi (VİDEO)
Bu gün, 12:23
“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” - Vətəndaş "Dekoliv"dən şikayətləndi
Bu gün, 12:20
Nazir müşavirini işdən çıxardı - ƏMR
Bu gün, 12:13
AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verib - DİQQƏT
Bu gün, 12:08
Viza və iş vədi ilə 73 min manatdan çox pul aldı – Turizm şirkətinin rəhbərinə HÖKM OXUNDU
Bu gün, 12:03
FHN bir ədəd fərdi yaşayış evinin tikintisinə 102 min manat xərcləyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:02
Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı - FOTO
Bu gün, 12:00
Bahalaşma qorxusu artır: - Əhalinin gəlirləri inflyasiyaya çatırmı?
Bu gün, 11:57
SEPAH daha dağıdıcı silahlardan istifadə etməklə hədələyib
Bu gün, 11:55
"Universitet daxilində məqsədli şəkildə narazılıq yaratmağa çalışırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:45
Neftçalada fermerlər DAD DEYİR... - "...təcili suya və konkret tədbirə ehtiyac var"
Bu gün, 11:41
Xankəndidə ailə bizneslərinə yaşıl işıq yandırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:32
“Fəxrəddin Manafov sədr olsun, Rasim Balayevdən sonra 200 manatımızı kəsdilər” - Xalq artisti vəzifəyə gətirilir?
Bu gün, 11:30
Avtobus sürücüsü yol mübahisəsi zamanı digər sürücünü bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 11:29
"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına
Bu gün, 11:25
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verməkdən vaz keçdi - AÇIQLAMA
Bu gün, 11:23
Ermənilərin Azərbaycana yeni hücumu – Bakıdan sərt cavab
Bu gün, 11:21
Onun beş dəfə müharibəni bitirmək imkanı vardı, imtina etdi - Zelenskinin keçmiş sözçüsü
Bu gün, 11:19
Rusiya Moldova ilə sərhəddə keçid məntəqəsinə dron hücumu edib - Zelenski
Bu gün, 11:18
Naxçıvanda camaatı BU YOLLA QAÇAQ SALIRLAR... - NARAZILIQ VAR...
Bu gün, 11:09
AQTA 570 əməkdaşın geyimi üçün 336 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 11:00
Umbakıdakı dustaqlar Strasburqda nəyə ümid edirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
Ermənistanın yeni silah baronu - Kumarın İrəvan səfərinin pərdəarxası
Bu gün, 10:56
Dayısına görə qardaşları bıçaqlayan şəxslə bağlı qərar verildi
Bu gün, 10:53
Rusiya qadağası Ermənistanın Avropa İttifaqına ixracını artırdı
Bu gün, 10:52
“AtaHolding”in nizamnamə kapitalı yarım milyon azaldılıb
Bu gün, 10:44
Söyüş üstündə sahibkarın qulağını dişləyərək qopardı - TƏFƏRRÜAT
Bu gün, 10:42
Efirdə isteriya: Kremlin "danışan başı" həm qıcıqlanır, həm qorxur - Şantaj, hərbi təhdidlər və vassallıq strategiyası artıq tamamilə iflasa uğrayıb
Bu gün, 10:40
Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi - BUNDAN SONRA...
Bu gün, 10:39
Məhbus icazə ilə cəzaçəkmə müəssisəsindən çıxdı, geri qayıtmayıb tanışını öldürdü – İTTİHAM AKTI
Bu gün, 10:31
Müəllimlərin şikayət etdiyi kollec rəhbəri işdən çıxarıldı - ƏMR
Bu gün, 10:27
İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır - DİQQƏT
Bu gün, 10:26
Rusiyadan yeni anti-Azərbaycan çağırışları - NƏ BAŞ VERİR?
Bu gün, 10:17
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 10:01
Laçin aparılan quruculuq işləri sayəsində gözəl məkana çevirir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:59
Bakı İdman Liseyində dələduzluq faktı... - gəlin-qaynana tandemi kimlərə arxalanır?
Bu gün, 08:22
"Bu məsələdə lap aşağıdan - bələdiyyə sədrindən tutmuş icra başçısınadək cəzalanmalıdır" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 08:09
Azərbaycan xalqının borc yükü niyə və necə artır? - Ekspert deyir ki...
Bu gün, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru