Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? .....                     Pünhan Əlizadəyə vəzifə verildi .....                     Qızlara yox, oğlanlara: Universitetin təqaüd qərarı MÜZAKİRƏ YARATDI .....                     Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi .....                     İranə Axundova müdir muavini TƏYİN OLUNDU .....                     "Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     Rubinyanın Qarabağ mesajında gizli məqam: .....                     Həkimlər Xalq artistinin ayağındakı problemlə bağlı son qərarlarını .....                     Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: Əslində kim qalib gəlib? .....                     Tanışının üzərinə “kislota” tökərək ağır xəsarət yetirən qadından xəbər var .....                     İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi .....                     Paşinyan Qarabağdan danışdı: .....                     Müşfiqin muzeyi ilə yolu birləşdirən uçmuş körpünün taleyi necə olacaq? .....                     Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək .....                     Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? .....                     Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? .....                     Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı .....                     ABŞ Azərbaycanın önəmini anlayır: .....                     Güclü iqtidarın zəif müxalifəti olmur .....                     “Zolotaya Korona”nın Avropa bölməsi ödəniş operatoru lisenziyasından imtina edir .....                     TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu .....                     Onkologiya Mərkəzi “Azəri Med”dən .....                     İranın “qonşuluq dönüşü” .....                     Azərbaycanda 5,4, Gürcüstanda 1,6, Ermənistanda 0,5... .....                     Paşinyandan ŞOK ETİRAF: .....                     "Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... .....                     8500 manat verdilər, ortada nə qəbul var, nə pul .....                     “By Ella” GÜNAHSIZ ÇIXDI .....                     İrəvan çoxvektorlu siyasətə keçir, Bakı isə liderliyini qoruyur .....                     O üç kəndi hərbi yolla qaytarmaq məsələsi… .....                     İranda benzinə tələbat artır, .....                     Məhkəmə pula görə tanışını bıçaqlayan kafe əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb .....                     Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. .....                     Hörmətli kənd təsərrüfatı naziri Məcnun Məmmədov, bizim Qazaxıstandan nəyimiz əskikdir? .....                     Ermənistan elektrik enerjisi tədarükü üzrə Azərbaycanla danışıqlara başlayacaq .....                     Əlisa Nicatın bank kartı gündəlik 5 limit tətbiqindən azad olundu .....                     Xatirə İslamın "qara siyahı" etirafı: .....                     Qurban Qurbanovun ən çətin gecələrindən biri .....                     “Mədəniyyət sahəsində olanlar kiminsə sevgilisi, adamıdır, nə oldu kapitalizm ancaq bizi korladı?” .....                 

Güclü iqtidarın zəif müxalifəti olmur - Tural Abbaslı
Tarix: Bu gün, 16:22 | Çap et

Azərbaycanın siyasi gündəmində müxalifət partiyalarının mövqeyi, hakimiyyət-müxalifət münasibətləri və siyasi dialoqun gələcəyi əsas müzakirə mövzularından olaraq qalır. Son illərdə siyasi partiyalar arasında dialoq platformasının formalaşması müxtəlif yanaşmalarla müşayiət olunur. Ağ Partiyanın başqanı Tural Abbaslı da bu prosesdə dialoqun vacibliyini dəfələrlə vurğulayan siyasi fiqurlardan biridir. Bununla yanaşı, müxalifət düşərgəsində vahid mövqenin formalaşdırılması, siyasi partiyaların cəmiyyətdəki real təsir imkanları, seçkilərdən sonra yaranmış mənzərə və müxalifətin gələcək strategiyası ilə bağlı suallar açıq qalır. Bu məsələlər fonunda Ağ Partiyanın başqanı Tural Abbaslı ilə ölkənin ictimai-siyasi gündəmini, hakimiyyət-müxalifət dialoqunu, müxalifətin problemlərini, siyasi həmrəylik imkanlarını və Ağ Partiyanın gələcək hədəflərini müzakirə etdik.

Sherg.az Müsahibəni təqdim edir.

-Tural bəy, Azərbaycan müxalifətinin hazırkı siyasi çəkisini necə qiymətləndirirsiniz? Müxalifət cəmiyyətə real alternativ təqdim edə bilirmi?

-Azərbaycanda ümumiyyətlə siyasi mühitin vəziyyəti gərgindir. Tək müxalifətin yox. Müxalifət və iqtidar bir quşun iki qanadıdır. Siz, məsələn, soruşursunuz ki, quşun sağ qanadı necədir, sizi qane edirmi? Əgər quşun sağ qanadı yoxdursa, demək, sol qanadı nə qədər güclü olur-olsun, heç bir mənası olmayacaq. Çünki quşu havalandırmayacaq. O baxımdan, müxalifətin siyasi proseslərə, cəmiyyətə alternativlər təqdim etmək və cəmiyyəti yönləndirmək baxımından vəziyyəti ürəkaçan deyil. Amma bunların obyektiv, subyektiv səbəbləri nələrdir müzakirə olunmalıdır. Əslində, müxalifətin inkişafı, güclənməsi və dövlətdə mövqelərinin güclü olması dövlətin güclənməsi deməkdir. Amma təəssüflə qeyd etməliyik ki, bizdə hakimiyyətin qəbul etdiyi qanunlar, atdığı addımlar, qərarlar, yanaşma tərzi, düşüncə tərzi müxalifəti demək olar ki, az qala simvolik səviyyələrə endirib və bu da, ümumilikdə, dövlətə ziyandır. Amma çox minimal şəraitlər yaradılsa müxalifətə, yəni əlavə imtiyazlar filan yox, normal demokratik dövlətlərdə müxalifətin haqq etdiyi şəraitin onda biri Azərbaycanda yaradılsa, onda siz görəcəksiniz ki, Azərbaycan müxalifəti necə alternativlər yaradır, necə rəqabət yarada bilər.

-Bəziləri sizi müxalifətçi olmamaqda günahlandırır. Siz necə özünüzü müxalifətçi sayırsınızmı?

- (Gülür) Bu məsələlərdə Azərbaycanda sovet dönəmindən qalan bəzi yanlış düşüncə tərzləri var. Düşünürlər ki, siyasət ancaq iki qüvvədən ibarətdir. Ağ və qara. Yəni ağlar qaranı söyməlidir, təqdir etməlidir, inkar etməlidir, qaralar da ağları inkar etməlidir. Baxın, bu geri düşüncənin nəticəsidir ki, bu gün bəzi özünə müxalifətçi deyənlər Qarabağın azadlığına sevinə bilmir. Niyə? Çünki deyir ki, onu biz azad etməmişik, iqtidar azad edib, ona görə biz sevinmirik, biz ora getmirik və sair. Düzdür, bu düşüncə tərzi var. Bir tərəfdə də müxalifət onları simvollaşdıracaq deyə Rəsulzadəyə və Elçibəyə müxalifətçilik edən bir düşüncə tərzi var. Rəsulzadə Azərbaycan tarixidir, iqtidar deyil. Eynilə də Qarabağın azad olunmasının iqtidara, müxalifətə nə aidiyyəti var? Qarabağ azaddırsa, bu, hər bir Azərbaycan vətəndaşını sevindirməlidir, iqtidarı yox. Yəni bu baxımdan da indi kimlərsə durub, kimlərsə mənim kimi düşünmürsə, müxalifət deyil deməsi heç nəyi dəyişmir. Yəni biz əvvəldən də qeyd etmişik. Nə AĞ Partiyanın, nə mənim kimdənsə müxalifətçilik lisenziyası almaq kimi bir həvəsim, istəyimiz yoxdur. Kimsə özündə bu hüququ görürsə, məncə, o, psixoloji dispanserə müraciət etsin. Azərbaycanda əvvəl 60 partiya idi, indi 26 partiya var. 26 partiya əgər iqtidarda deyilsə, müxalifətdir. Yəni bu, primitiv siyasətdir. Əgər sən idarə edən hakim partiyanın müttəfiqi, yəni koalisiyada deyilsənsə, hakimiyyətdə təmsil olunmursansa, sən müxalifətsən. Hə, sən deyə bilərsən ki, Tural, mənim düşündüyüm kimi müxalifət deyil və yaxud da mənim arzuladığım kimi, mənim nənəmin arzuladığı kimi müxalifət deyil. O zaman sən gedib nənənin arzuladığı kimi müxalifət ol. Yəni biz öz müxalifətçiliyimizi kiməsə sübut etməyə çalışmırıq və zatən onlar bizə səs də verməyəcək. Biz xalqımıza xitab edirik, insanlara, sadə insanlara xitab edirik və onlardan geribildirim gözləyirik. Yoxsa rəqiblərdən geribildirim gözləməyin nə mənası var? İndi mən sizə bir sual verim. Mən tutaq ki, kiminsə gözündə müxalifətçi olsam, başqa bir partiya sədri, hansı ki, o, bizə müxalifətçi kimi baxmaq istəməyənlərdir. Baxmaq istəmirlər, o da onların problemidir. Dünəndən baxmasınlar. Biz onlara ümumiyyətlə partiya kimi baxmaq, dəyər vermək, o başqa məsələdir. Amma tutaq ki, mən bunların nəzərində, bunların dediyi kimi bir müxalifətçi oldum. Seçkilərdə gəlib mənə və mənim namizədlərimə səs verəcəklər? Yoxsa özlərinə, öz namizədlərinə səs verəcəklər? Düzdür? Yəni mən bunların rəğbətini qazanmağa niyə çalışmalıyam ki? Baxın, həmin partiyalardan soruşaq ki, son iki ayda nə qədər üzvləri gəlib, üç ayda nə qədər üzvləri gəlib onlara. Və yaxud da mən sizə bir müqayisə deyim, bunu həmişə deyirəm də. Bu partiyalar bu qədər nüfuzdurlarsa, niyə axı cəmi 2-3 il bundan qabaq 5 min nəfərin siyahısını verə bilmədilər, zorlandılar? Özlərini böyük partiya deyirlər, amma 5 min 200 nəfər onlar verib, 10 min 100 nəfər biz vermişik. Müqayisə eləsinlər.

-2024-cü ildə parlament seçkilərində AĞ Partiya parlamentdə təmsil olunmadı. Yəni sizcə bunun əsas səbəbi nə idi və növbəti seçkilərdə nəticəni dəyişmək üçün nə etmək lazımdır?

-2024-cü ildə bizdən asılı olan və olmayan nüanslar var idi. Bizdən asılı olan nüans nə idi? Baxın, mən sizə bir rəqəm deyim, yoxlaya bilərsiniz. 2024-cü il seçkilərində Yeni Azərbaycan Partiyasından sonra ən çox dairə üzrə namizəd verən partiya AĞ Partiya idi. Biz 125 dairənin, səhv eləmirəmsə, 60-dan çoxunda namizəd vermişdik. Hə, burada artıq bizdən asılı olmayan nüanslar gəlir. Bizim verdiyimiz namizədlərin neçəsi qeydə alındı? Məsələn, biz 60-dan yuxarı namizəd vermişdik. Onlardan, səhv eləmirəmsə, 18-i, 19-u qeydə alındı. Amma bizdən iki dəfə az namizəd verən partiyalarda, məsələn, 22 namizəd qeydə alındı. Bu, bizdən asılı deyil, həmin dairələrin yanaşması idi. İkinci bir tərəfdən biz 18 namizəddən ən azı, mən çox rahatlıqla deyə bilərəm ki, ən azı 8-10-u öz dairələrində qalib gəlmişdi. Biz Azərbaycanda seçkilərin necə keçirildiyini bilirik. Yəni bizim parlamentdə təmsil olunmağımız bizdən asılı deyil, təəssüflə qeyd etməliyik. Yəni nə də xalqın seçimindən asılı deyil, onu da təəssüflə qeyd etmək lazımdır. Yəni o dəyişsə, inşallah, təmsil oluna bilərik.

- Parlamentdən razısınızmı ? Millət vəkilləri xalq üçün çalışırmı? Yoxsa onların da qarşısında hansısa əngəllər varm?

-Bəzən insanlarımız parlamenti çox yükləyir. Məsələn, yollar pisdir, parlament ittiham olunur, qazın təzyiqi aşağıdır, parlament ittiham olunur. Amma parlamentin özü qanunverici orqandır. Yəni parlament qanun verməlidir və qanunlarla prosesləri tənzimləməlidir. Mən bir neçə debatda olduğum deputatlardan, hakim partiya deputatlarından soruşmuşam ki, şəxsən siz, məsələn, 15 ildir, 20 ildir, bəziləri 25 ildir ardıcıl deputatdır, neçə dəfə qanunvericilik təşəbbüsündən çıxış etmisiniz? Məlum olub ki, heç bir qanunvericilik təşəbbüsündən çıxış etməyib. Hətta baxın, artıq üçüncü dəfə deputat olan bir deputata mən canlı efirdə sual verdim ki, indiyə qədər bir qanun layihəsinin əleyhinə səs vermisinizmi? Dedi yox. Əgər parlamentdə qanunlar müzakirə olunmursa, qanun layihələrindən çıxış etməli olan deputatlar qanun layihələri vermirsə, onda bu parlament daha çox kənardan gələn təklifləri təsdiq etməklə məşğuldur. Özü təklif vermir, özü çıxış yolları göstərmir, özü qanun layihələrini gündəmə gətirmir, debatlar aparmır. Yəni aktiv deyillər, yadda qalmayıblar. Yadda qalanlar da əcaib məsələlərlə yadda qalıblar ki, elə yadda qalmağı heç kim istəməz. Hazırkı parlament gözləntiləri də doğrultmur. 21-ci əsr Azərbaycan parlamentinin də öhdəliklərini və belə deyək də, cavabdehliyini öz üzərinə götürə bilmir. Belə olmamalıdır. Parlament daha fəal, daha təşəbbüskar, siyasi səhnədə real oyunçu, aktor kimi görünməlidir.

-Sizcə, Azərbaycan siyasətində yeni siyasi nəsil formalaşıbmı? Əgər formalaşıbsa, bu nəsil niyə hələ də ciddi-seçici dəstək qazana bilmir?

-Bir şey ölçmək üçün nə qədər elektrik və qaz istifadə etdiyini ölçə bilmək üçün ölçü aləti dəqiq və doğru olmalıdır. Siyasətin sayğacı da seçkilərdir. Təəssüflə qeyd etməliyəm ki, 30 ildə Azərbaycanda seçkinin özü sual altındadır. Biz nə ölçəcəyik? Məsələn, mən 3-4 dəfə seçkidə iştirak etmişəm. Hər dəfə mənim dairəmdən 10-a yaxın namizəd olub. Hər dəfə də 10 namizəd, 10-umuz da demişik ki, mən qalib gəlmişəm. Çünki ədalətli bir göstərici yoxdur. Yəni ədalətli seçim mexanizmi olmadığı üçün bunu ölçə bilmirikİkinci bir məsələ, yox, mən deyə bilmərəm ki, yeni siyasi nəsil formalaşıb. Yoxdur Azərbaycanda yeni siyasi nəsil. Hətta fikir versəz, baxarsınız ki, Azərbaycanda mən daxil 1-2 nəfərdən başqa, ümumiyyətlə, 1989-cu il meydan hərəkatında olanlardan kənarda heç kim yoxdur. Partiya sədrlərinə, partiyalara baxın, görün neçəsi yenidir və bu yenilər, neçəsi həqiqətən siyasətlə məşğuldur. Bu da nədən asılıdır? Bir yerdə inkişaf olmayanda o yerə gənclər getməz, o yerə gənclər enerjilərini, vaxtlarını, ömürlərini xərcləməzlər. Ya gərək fanatik olsunlar, ultra fanatik olsunlar, ya da ki, başqa nəyə gəlsinlər. Fanatik də 5-10 nəfər olar, xalqdan olan fanatik olmaz ki. O baxımdan, təbii ki, bugün təəssüflə qeyd etməliyik ki, Azərbaycan siyasi səhnəsinə kadrlar yetişdirməli olan, deputatlar yetişdirməli olan, nazirlər yetişdirməli olan, dövlət bürokratları yetişdirməli olan partiya institutları yenilənə bilmir, yenilənmir. Çünki gənclər perspektiv, inkişaf, uğur görmür. Perspektiv, uğur olmayan yerə də kim gələr? Bu da, yenə deyirəm, iqtidarın yanlışına işarədir. İqtidardakılar durub buna sevinməməlidir. Bu, axı dövlət təhlükəsizliyi məsələsidir. Təsadüfi insanlar dövlət idarəçiliyinə gələcək. Heç bir siyasi təcrübəsi olmayan insanlar gələcək, dövlət idarə edəcək, özü də bizimki kimi qəliz bir regionda. Dünyada belə bir deyim var: “Güclü iqtidarların zəif müxalifəti olmur.” Yəni güclü iqtidarların güclü müxalifəti olmalıdır. O deməkdir ki, əgər bu müxalifət zəifdirsə, demək, iqtidar zəifdir. Əgər bir iqtidar güclü olmaq istəyirsə, müxalifətin qarşısını kəsməməlidir. Amma təəssüf ki, bizdə hələlik o inkişaf yoxdur və bəziləri hələ bunun nə qədər önəmli olduğunu dərk etmir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? - MÜRACİƏT
Bu gün, 17:43
Pünhan Əlizadəyə vəzifə verildi - DOSYE
Bu gün, 17:40
Qızlara yox, oğlanlara: Universitetin təqaüd qərarı MÜZAKİRƏ YARATDI - BU NƏDİ BELƏ?
Bu gün, 17:38
Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi – “Anklavların yaxın perspektivdə…”
Bu gün, 17:31
İranə Axundova müdir muavini TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 17:30
"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 17:27
Rubinyanın Qarabağ mesajında gizli məqam: - Sülh, yoxsa yeni taktika?
Bu gün, 17:24
Həkimlər Xalq artistinin ayağındakı problemlə bağlı son qərarlarını - AÇIQLADI
Bu gün, 17:18
Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: Əslində kim qalib gəlib? – AYB-dən AÇIQLAMA
Bu gün, 17:15
Tanışının üzərinə “kislota” tökərək ağır xəsarət yetirən qadından xəbər var - TƏFƏRRÜAT
Bu gün, 17:10
İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi - İLGİNC
Bu gün, 17:01
Paşinyan Qarabağdan danışdı: - "Ermənistanı xilas etdim"
Bu gün, 16:57
Müşfiqin muzeyi ilə yolu birləşdirən uçmuş körpünün taleyi necə olacaq? – Mədəniyyət Nazirliyindən açıqlama
Bu gün, 16:54
Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək
Bu gün, 16:51
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
Bu gün, 16:43
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 16:35
Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT
Bu gün, 16:31
ABŞ Azərbaycanın önəmini anlayır: - Əməkdaşlıqdan strateji tərəfdaşlığa
Bu gün, 16:26
Güclü iqtidarın zəif müxalifəti olmur - Tural Abbaslı
Bu gün, 16:22
“Zolotaya Korona”nın Avropa bölməsi ödəniş operatoru lisenziyasından imtina edir
Bu gün, 16:20
TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:18
Onkologiya Mərkəzi “Azəri Med”dən - 50 milyonluq avadanlıq alır
Bu gün, 16:15
İranın “qonşuluq dönüşü” - Azərbaycan Tehranın yeni strategiyasının testinə çevrilir
Bu gün, 16:14
Azərbaycanda 5,4, Gürcüstanda 1,6, Ermənistanda 0,5... – Hər 10 yol qəzasında ölənlərin sayı
Bu gün, 16:12
Paşinyandan ŞOK ETİRAF: - Bu 3 kənd Azərbaycan ərazisidir
Bu gün, 16:08
"Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... - TƏFƏRRÜAT
Bu gün, 15:50
8500 manat verdilər, ortada nə qəbul var, nə pul – “AİD Group” yenidən gündəmdə
Bu gün, 15:47
“By Ella” GÜNAHSIZ ÇIXDI
Bu gün, 15:44
İrəvan çoxvektorlu siyasətə keçir, Bakı isə liderliyini qoruyur - Cənubi Qafqazda yeni mərhələ başlayır...
Bu gün, 15:18
O üç kəndi hərbi yolla qaytarmaq məsələsi… – Paşinyan
Bu gün, 15:14
İranda benzinə tələbat artır, gündəlik ən azı 15 milyon litr idxala ehtiyac var
Bu gün, 15:11
Məhkəmə pula görə tanışını bıçaqlayan kafe əməkdaşı ilə bağlı qərarı açıqladı
Bu gün, 13:20
MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb - QƏRAR
Bu gün, 13:15
Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 13:14
Hörmətli kənd təsərrüfatı naziri Məcnun Məmmədov, bizim Qazaxıstandan nəyimiz əskikdir? - ETİRAZ VAR!
Bu gün, 13:09
Ermənistan elektrik enerjisi tədarükü üzrə Azərbaycanla danışıqlara başlayacaq - KİV
Bu gün, 13:06
Əlisa Nicatın bank kartı gündəlik 5 limit tətbiqindən azad olundu - AÇIQLAMA
Bu gün, 13:02
Xatirə İslamın "qara siyahı" etirafı: - "Bal-şəkər başqa, yalançı qucaqlaşmalar başqa..."
Bu gün, 12:59
Qurban Qurbanovun ən çətin gecələrindən biri - "Qarabağ" üçün şok detallar
Bu gün, 12:54
“Mədəniyyət sahəsində olanlar kiminsə sevgilisi, adamıdır, nə oldu kapitalizm ancaq bizi korladı?”
Bu gün, 12:39
Bakıda arvadının qardaşına daşla ağır xəsarət yetirən şəxslə bağlı QƏRAR
Bu gün, 12:37
Ərini öldürüb, meyitini həyətdə basdıran Elmiraya CƏZA İSTƏNİLDİ
Bu gün, 12:35
Ermənistan Azərbaycana qarşı münaqişə məntiqi ilə qurulub - Paşinyandan İLGİNC ETİRAF
Bu gün, 12:24
"Bəlkə də Qaçaq Nəbi Sərdar Cəlaloğlunun ulu babasını cəzalandırıb" - Nəbi ilə Həcərin kötücəsi (VİDEO)
Bu gün, 12:23
“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” - Vətəndaş "Dekoliv"dən şikayətləndi
Bu gün, 12:20
Nazir müşavirini işdən çıxardı - ƏMR
Bu gün, 12:13
AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verib - DİQQƏT
Bu gün, 12:08
Viza və iş vədi ilə 73 min manatdan çox pul aldı – Turizm şirkətinin rəhbərinə HÖKM OXUNDU
Bu gün, 12:03
FHN bir ədəd fərdi yaşayış evinin tikintisinə 102 min manat xərcləyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:02
Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı - FOTO
Bu gün, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru