Belə ki, Körpünün uçmasından uzun müddət keçməsinə baxmayaraq, onun bərpası ilə bağlı işlər görülməyib.
Hazırda körpünün dağılmış vəziyyətdə qalması muzeyə gediş-gəlişi çətinləşdirir. Çayın yatağında daş və digər maneələrin olması, xüsusilə yağışlı günlərdə ərazidən keçidi təhlükəli edir.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə və Xızı Rayon İcra Hakimiyyətinə sorğu göndərdik.
Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, bu problem zaman-zaman gündəmə gəlir. Qeyd olundu ki, körpünün salınması, bərpası və bu kimi işlərin görülməsi Mədəniyyət Nazirliyinin imkanları xaricindədir.
“Məsələ nəzarətdə saxlanılır və muzeyin fəaliyyəti ilə bağlı mütəmadi olaraq maraqlanılır. Bu məsələ ilə bağlı demək olar, hər il eyni məzmunlu sorğu daxil olur.
Məsələ ilə bağlı yenidən region mərkəzinə və Mədəniyyət İdarəsinə müraciət ediləcək, vəziyyətlə bağlı araşdırma aparılacaq”.
Xızı Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab verilmədi.











