Əməkdar artist Gövhər Həsənzadə qızı Nilgünlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, bəstəkar övladı ilə arxiv fotolarını yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib:
"Tanrının mənə verdiyi ən böyük dəyər və mükafat sənsən! Həyatda tutunacağım yeganə ümidim, mənə sonsuzadək güvənib haqlı sayanım, qürurum, dözümlüm, yeganə övladım Nilgününm!
Allahıma şükürlərim sonsuzdur ki, sənin kimi övladın valideynlik məsuliyyətini mənə nəsib etdi. Səndən çox razıyam, ağıllı və vəfalım. Doğum gününü ilk dəfədir ki, bizdən uzaqlarda keçirirsən, amma yenə də doğmalarımızın əhatəsindəsən. Səni nənən başda olmaqla, vətəndən və ailəlikcə təbrik edirik.
Allah sənə yazdığı taleyi maneəsiz, xəta-bəlasız və şərəflə yaşamağı nəsib etsin. Allah cəmi balaları və mənim canım qızımı daim xoşbəxt etsin! Amin!".

















