Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? .....                     Pünhan Əlizadəyə vəzifə verildi .....                     Qızlara yox, oğlanlara: Universitetin təqaüd qərarı MÜZAKİRƏ YARATDI .....                     Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi .....                     İranə Axundova müdir muavini TƏYİN OLUNDU .....                     "Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     Rubinyanın Qarabağ mesajında gizli məqam: .....                     Həkimlər Xalq artistinin ayağındakı problemlə bağlı son qərarlarını .....                     Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: Əslində kim qalib gəlib? .....                     Tanışının üzərinə “kislota” tökərək ağır xəsarət yetirən qadından xəbər var .....                     İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi .....                     Paşinyan Qarabağdan danışdı: .....                     Müşfiqin muzeyi ilə yolu birləşdirən uçmuş körpünün taleyi necə olacaq? .....                     Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək .....                     Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? .....                     Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? .....                     Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı .....                     ABŞ Azərbaycanın önəmini anlayır: .....                     Güclü iqtidarın zəif müxalifəti olmur .....                     “Zolotaya Korona”nın Avropa bölməsi ödəniş operatoru lisenziyasından imtina edir .....                     TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu .....                     Onkologiya Mərkəzi “Azəri Med”dən .....                     İranın “qonşuluq dönüşü” .....                     Azərbaycanda 5,4, Gürcüstanda 1,6, Ermənistanda 0,5... .....                     Paşinyandan ŞOK ETİRAF: .....                     "Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... .....                     8500 manat verdilər, ortada nə qəbul var, nə pul .....                     “By Ella” GÜNAHSIZ ÇIXDI .....                     İrəvan çoxvektorlu siyasətə keçir, Bakı isə liderliyini qoruyur .....                     O üç kəndi hərbi yolla qaytarmaq məsələsi… .....                     İranda benzinə tələbat artır, .....                     Məhkəmə pula görə tanışını bıçaqlayan kafe əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb .....                     Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. .....                     Hörmətli kənd təsərrüfatı naziri Məcnun Məmmədov, bizim Qazaxıstandan nəyimiz əskikdir? .....                     Ermənistan elektrik enerjisi tədarükü üzrə Azərbaycanla danışıqlara başlayacaq .....                     Əlisa Nicatın bank kartı gündəlik 5 limit tətbiqindən azad olundu .....                     Xatirə İslamın "qara siyahı" etirafı: .....                     Qurban Qurbanovun ən çətin gecələrindən biri .....                     “Mədəniyyət sahəsində olanlar kiminsə sevgilisi, adamıdır, nə oldu kapitalizm ancaq bizi korladı?” .....                 

Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi – “Anklavların yaxın perspektivdə…”
Tarix: Bu gün, 17:31 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiyası və anklav kəndlərlə bağlı son açıqlaması İrəvanın bu məsələdə mövqeyinə dair yeni detalları ortaya çıxardı. Paşinyanın etiraf etdiyi məqam xüsusilə diqqət çəkdi. O, 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskiparanın Ermənistan ərazisi olmadığını bildirib.

Bu açıqlama Azərbaycan tərəfinin illərdir səsləndirdiyi mövqenin Ermənistan rəhbərliyi səviyyəsində təsdiqlənməsi oldu.

Məsələ ondadır ki, söhbət sadəcə bir neçə kənddən deyil, Azərbaycan-Ermənistan sərhədinin hüquqi və faktiki vəziyyətindən gedir. Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskipara Azərbaycanın ərazi bütövlüyü məsələsində xüsusi əhəmiyyət daşıyan yaşayış məntəqələridir. Bu kəndlərin taleyi iki ölkə arasında aparılan delimitasiya prosesinin ən həssas istiqamətlərindən biri olaraq qalır.

Paşinyanın 1991-ci il xəritələrinə istinad etməsi İrəvanın Azərbaycan anklavlarının hüquqi statusunu qəbul etməsi anlamına gəlirmi? Əgər Ermənistan rəhbərliyi bu kəndlərin Ermənistan ərazisi olmadığını etiraf edirsə, onların Azərbaycana qaytarılması üçün daha hansı maneə qalır?

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bunları dedi:

“Paşinyan hökumətin iclasında 2026–2031-ci illər üçün hökumət proqramını “Real Ermənistan” ideologiyasına və “Dördüncü Respublika” konsepsiyasına əsaslanaraq təqdim etdi. O, “Dördüncü Respublika”nın sülh məntiqi əsasında formalaşdığını bildirdi. Həmçinin Azərbaycanla münasibətlərdən, sərhədlərin delimitasiyası və demarkasiyasından danışaraq bir sıra açıqlamalar verdi.

Təbii ki, Paşinyanın “Dördüncü Respublika” konsepsiyası Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlar üzərində qurulur. Ölkə başçımız dəfələrlə Azərbaycanın suveren ərazilərinin danışıqlar predmeti olmadığını bildirib. Paşinyan da Ermənistan ərazisində qalmış dörd kəndimizin Ermənistana aid olmadığını bildirdi.

Paşinyan başa düşür ki, sülh gündəliyinin inkişaf etdirilməsi və iki ölkə arasında əməkdaşlığın qurulması üçün suveren hüquqlara hörmət edilməlidir. Eyni zamanda, Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasının vacibliyini daha aydın şəkildə görməyə başlayıb və buna görə də dörd kəndimizin Ermənistana aid olmadığını bildirir. Yəni delimitasiya və demarkasiya prosesi davam etdikcə həmin dörd kəndin Azərbaycana qaytarılması məsələsinin də həll olunacağı gözlənilir.

Başqa sözlə, Azərbaycan öz kəndlərindən imtina etməyəcək və Ermənistan da bu reallığı qəbul etməyə başlayıb. Sadəcə olaraq, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi məsələsi də həllini tapmalıdır. Paşinyanın bugünkü açıqlamalarından belə nəticəyə gəlmək olar ki, Konstitusiya dəyişiklikləri ilə bağlı məsələnin gündəmə gətirilməsi o qədər də uzaq perspektivdə deyil”.

Azərbaycan parlamentinin digər təmsilçisi Bəhruz Məhərrəmovun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın 1991-ci il Alma-Ata Bəyannaməsinə və SSRİ Baş Qərargahının xəritələrinə istinad edərək Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskipara kəndlərinin Ermənistanın suveren ərazisi olmadığını etiraf etməsi beynəlxalq hüququn “uti possidetis juris” prinsipi işığında Azərbaycanın ərazi bütövlüyünün de-yure tanınmasının bariz sübutudur:

“Bu bəyanat İrəvanın həmin yaşayış məntəqələri üzərindəki faktiki işğala hüquqi bəraət qazandırmaq imkanlarını tamamilə sıfırlayır, beynəlxalq hüquq müstəvisində Ermənistanın həmin ərazilər üzərindəki iddialarından rəsmi imtinasını təsbit edir və Azərbaycana təhvil verilməsi məsələsini sırf icra mexanizmi müstəvisinə keçirir.

Ermənistan rəhbərliyinin bu etirafına baxmayaraq, həmin ərazilərin qaytarılması prosesinin yubanması və konkret razılaşmanın əldə olunmaması bir neçə kompleks siyasi-hüquqi və geostrateji təhlükəsizlik amili ilə şərtlənir. İlk növbədə, sözügedən yaşayış məntəqələri Ermənistanın həyati əhəmiyyətli nəqliyyat arteriyalarının – Ermənistanı Gürcüstanla birləşdirən və Yuxarı Əskiparadan keçən M4 dövlət magistralının, eləcə də İranla bağlayan və Kərkidən keçən M2 magistralının üzərində və ya bilavasitə yaxınlığında yerləşir. Bu ərazilərin Azərbaycanın de-fakto nəzarətinə keçməsi İrəvanın strateji logistikasını şaquli şəkildə kəsdiyi üçün Ermənistan tərəfi alternativ yol infrastrukturlarını tamamlamadan və təhlükəsizlik zəmanətləri almadan prosesi yekunlaşdırmaqdan çəkinir.

Bununla yanaşı, qeyri-anklav olan dörd kəndin təhvil verilməsi zamanı tətbiq olunan ikitərəfli delimitasiya protokolları göstərdi ki, anklav-eksklav hüquqi statusuna malik ərazilərin qaytarılması daha mürəkkəb hüquqi və diplomatik mexanizmlər tələb edir. Ermənistan rəhbərliyi Azərbaycan anklavlarının qaytarılmasını SSRİ dövründə Ermənistan SSR-in tərkibində olmuş, lakin hazırda Azərbaycanın nəzarətində yerləşən Başkənd (Arvaşen) eksklavının hüquqi taleyi, eləcə də sərhədlərin simmetrik şəkildə geri çəkilməsi şərti ilə əlaqələndirməyə çalışaraq danışıqlarda diplomatik alver predmeti yaratmaq niyyəti güdür.

Digər tərəfdən, Ermənistanın Konstitusiyasındakı müddəalar və ölkədaxili hüquqi baza delimitasiya nəticəsində baş verə biləcək ərazi dəyişikliklərinin ümumxalq referendumu vasitəsilə təsdiqlənməsini nəzərdə tutur ki, bu da Paşinyan hökuməti üçün daxili siyasi riskləri və revanşist müxalifətin müqavimətini kəskin şəkildə artırır.

Lakin siyasi baxımdan Paşinyanın bu bəyanatı anklavların yaxın perspektivdə mərhələli şəkildə Azərbaycana qaytarılması üçün siyasi zəminin və hüquqi presedentlərin artıq formalaşdığını göstərir. Ermənistan rəhbərliyi delimitasiya komissiyalarının fəaliyyəti çərçivəsində tərəflərin qarşılıqlı olaraq bir-birinin suverenliyini tanıması fonunda öz daxili auditoriyasını psixoloji və hüquqi olaraq addım-addım bu qaçılmaz reallığa hazırlayır.

Bu mənada, Paşinyanın 1991-ci il xəritələrinə istinadı hüquqi müstəvidə iddialardan imtina aktı olsa da, görünən odur ki, prosesin praktik icrası sırf delimitasiya komissiyalarının koordinat dəqiqləşdirmələrindən, alternativ infrastrukturların inşasından və yekun sülh müqaviləsinin ratifikasiya mexanizmlərindən asılı olaraq mərhələli şəkildə həyata keçiriləcək. Məsələnin müsbət yekunu isə şübhə doğurmur. Çünki Azərbaycan bu prosesdə bölgənin əsas güc sahibi kimi özündə işğal və təcavüzü ehtiva edən heç bir reallığın davam etməsinə imkan verməyəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? - MÜRACİƏT
Bu gün, 17:43
Pünhan Əlizadəyə vəzifə verildi - DOSYE
Bu gün, 17:40
Qızlara yox, oğlanlara: Universitetin təqaüd qərarı MÜZAKİRƏ YARATDI - BU NƏDİ BELƏ?
Bu gün, 17:38
Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi – “Anklavların yaxın perspektivdə…”
Bu gün, 17:31
İranə Axundova müdir muavini TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 17:30
"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 17:27
Rubinyanın Qarabağ mesajında gizli məqam: - Sülh, yoxsa yeni taktika?
Bu gün, 17:24
Həkimlər Xalq artistinin ayağındakı problemlə bağlı son qərarlarını - AÇIQLADI
Bu gün, 17:18
Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: Əslində kim qalib gəlib? – AYB-dən AÇIQLAMA
Bu gün, 17:15
Tanışının üzərinə “kislota” tökərək ağır xəsarət yetirən qadından xəbər var - TƏFƏRRÜAT
Bu gün, 17:10
İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi - İLGİNC
Bu gün, 17:01
Paşinyan Qarabağdan danışdı: - "Ermənistanı xilas etdim"
Bu gün, 16:57
Müşfiqin muzeyi ilə yolu birləşdirən uçmuş körpünün taleyi necə olacaq? – Mədəniyyət Nazirliyindən açıqlama
Bu gün, 16:54
Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək
Bu gün, 16:51
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
Bu gün, 16:43
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 16:35
Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT
Bu gün, 16:31
ABŞ Azərbaycanın önəmini anlayır: - Əməkdaşlıqdan strateji tərəfdaşlığa
Bu gün, 16:26
Güclü iqtidarın zəif müxalifəti olmur - Tural Abbaslı
Bu gün, 16:22
“Zolotaya Korona”nın Avropa bölməsi ödəniş operatoru lisenziyasından imtina edir
Bu gün, 16:20
TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:18
Onkologiya Mərkəzi “Azəri Med”dən - 50 milyonluq avadanlıq alır
Bu gün, 16:15
İranın “qonşuluq dönüşü” - Azərbaycan Tehranın yeni strategiyasının testinə çevrilir
Bu gün, 16:14
Azərbaycanda 5,4, Gürcüstanda 1,6, Ermənistanda 0,5... – Hər 10 yol qəzasında ölənlərin sayı
Bu gün, 16:12
Paşinyandan ŞOK ETİRAF: - Bu 3 kənd Azərbaycan ərazisidir
Bu gün, 16:08
"Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... - TƏFƏRRÜAT
Bu gün, 15:50
8500 manat verdilər, ortada nə qəbul var, nə pul – “AİD Group” yenidən gündəmdə
Bu gün, 15:47
“By Ella” GÜNAHSIZ ÇIXDI
Bu gün, 15:44
İrəvan çoxvektorlu siyasətə keçir, Bakı isə liderliyini qoruyur - Cənubi Qafqazda yeni mərhələ başlayır...
Bu gün, 15:18
O üç kəndi hərbi yolla qaytarmaq məsələsi… – Paşinyan
Bu gün, 15:14
İranda benzinə tələbat artır, gündəlik ən azı 15 milyon litr idxala ehtiyac var
Bu gün, 15:11
Məhkəmə pula görə tanışını bıçaqlayan kafe əməkdaşı ilə bağlı qərarı açıqladı
Bu gün, 13:20
MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb - QƏRAR
Bu gün, 13:15
Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 13:14
Hörmətli kənd təsərrüfatı naziri Məcnun Məmmədov, bizim Qazaxıstandan nəyimiz əskikdir? - ETİRAZ VAR!
Bu gün, 13:09
Ermənistan elektrik enerjisi tədarükü üzrə Azərbaycanla danışıqlara başlayacaq - KİV
Bu gün, 13:06
Əlisa Nicatın bank kartı gündəlik 5 limit tətbiqindən azad olundu - AÇIQLAMA
Bu gün, 13:02
Xatirə İslamın "qara siyahı" etirafı: - "Bal-şəkər başqa, yalançı qucaqlaşmalar başqa..."
Bu gün, 12:59
Qurban Qurbanovun ən çətin gecələrindən biri - "Qarabağ" üçün şok detallar
Bu gün, 12:54
“Mədəniyyət sahəsində olanlar kiminsə sevgilisi, adamıdır, nə oldu kapitalizm ancaq bizi korladı?”
Bu gün, 12:39
Bakıda arvadının qardaşına daşla ağır xəsarət yetirən şəxslə bağlı QƏRAR
Bu gün, 12:37
Ərini öldürüb, meyitini həyətdə basdıran Elmiraya CƏZA İSTƏNİLDİ
Bu gün, 12:35
Ermənistan Azərbaycana qarşı münaqişə məntiqi ilə qurulub - Paşinyandan İLGİNC ETİRAF
Bu gün, 12:24
"Bəlkə də Qaçaq Nəbi Sərdar Cəlaloğlunun ulu babasını cəzalandırıb" - Nəbi ilə Həcərin kötücəsi (VİDEO)
Bu gün, 12:23
“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” - Vətəndaş "Dekoliv"dən şikayətləndi
Bu gün, 12:20
Nazir müşavirini işdən çıxardı - ƏMR
Bu gün, 12:13
AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verib - DİQQƏT
Bu gün, 12:08
Viza və iş vədi ilə 73 min manatdan çox pul aldı – Turizm şirkətinin rəhbərinə HÖKM OXUNDU
Bu gün, 12:03
FHN bir ədəd fərdi yaşayış evinin tikintisinə 102 min manat xərcləyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:02
Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı - FOTO
Bu gün, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru