"Sizə məlum edirik ki, Sizin dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetində olaraq qayğı ilə yaratdıqlarınız maddi-texniki baza və işlək canlı laboratoriyalar tamamilə məhv olub gedir. Hansı ki, Qafqazda aqrar sahə üzrə nümunəvi təhsil ocağı olan, 100-ə yaxın yaşı olan, aqrar sahədə görkəmli mütəxəssislər və korifeylər yetişdirən bu qocaman təhsil ocağından əsər-əlamət qalmayıbdır..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup müəllimi adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətində yer alıb.
Yazının əvvəli burada: "Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
Müraciətdə daha sonra deyilir: "Baytarlıq ixtisasının tədris planına baxanda dəhşətə gəlmək olar. Burada dərslər Əhməd Məlikovun istədiyi formada təsdiq olunmuşdur. Burada nə dərs ardıcıllığı, nə kreditlərin sayı bu günkü baytar həkim hazırlamaq üçün standarta uyğun deyildir. Ayıbdır. İndi də tam məhv etmək üçün xərclənən pulları azaldıb mənimsəmə etmək üçün laboratoriya praktiki məşğələni qrupda deyirlər 30 nəfərdən az olmamalıdır. Amma əslində laboratoriya məşğələləri tədris olunarkən tələbə sayı 20 nəfər olduqda qrup iki yerə bölünməlidir. Bu nə biabırçılıqdır. Çünki nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər. Başa düşmək istəmirlər ki, 30 nəfər ilə bir dərsdə bir laboratoriya işini yerinə yetirmək mümkün deyil. Bu ona görədir ki, bu yalançı rəhbərlik indiyə qədər bizim fakültəyə dərslərin normal keçilməsi üçün nə reaktiv, nə heyvan, nə də lazım olan ləvazimat və avadanlıq verməyibdir. Ona görə də belə anlayırlar ki, dünyanın heç bir yerində olmayan və Universitetin tarixində görünməyən 30 nəfəri bir yerə yığıb öyrətmək olar. Bu sadəcə olaraq aqrar baytarlığa vurulan ağır zərbədir.
Cənab Prezident.
İslahat adından istənilən kafedranı bağlayır, istənilən adama şöbə və department adından ştat yaradılır. Kafedra var 10 nəfər müəllimdən ibarətdir, elə kafedra var ki, 60 əməkdaşı var. Hətta fakültə var ki, 30-32 nəfər əməkdaşı var. Təhsil haqqında qanuna zidd olaraq 2 fakültənin hərəsində 2 kafedra vardır. Hansı ki, bunlar 3 olmalıdır. İndi imtahan sessiyası zamanı sözə baxmayan kafedraları bağlamaq üçün kafedra müdiri Musayeva Məryəm xanımın ərizəsini aldılar. Bir sözlə nə mütəxəssis, nə savad, nə elm, nə də normal tədris bu rəhbərliyin vecinə deyil. Anlamaq lazımdır ki, islahat aparanda mütəxəssislər tərəfindən tərkib yaratmaq və onların rəyini nəzərə almaq və geniş auditoriyada müzakirə etmək lazımdır. Rektor və prorektor isə bu amili yox, sözə baxan adamı axtarıb kafedraları birləşdirmək və ona həvalə etmək məsələsini əsas götürürlər. Birləşdirmə zamanı nə istiqamət, nə ixtisas nəzərə alınmır. Hətta riyaziyyat və fizika kafedrasını dağıdıb, texnika istiqamətində olan informasiya texnologiyaları kafedrasına birləşdirdilər. Onda gərək kimyanı da birinə birləşdirsinlər, dillər mərkəzini də tarix və humanitara birləşdirsinlər və sonda Universitet dağıdılır.
Mühəndislik fakültəsinin də kollektivində böyük naraharçılıq başlayıbdır. Dekanı belə qəbul etməyib orda da sahə, istiqamət, ixtisas nəzərə alınmayaraq istədiklərini edirlər. Orada bir dəfə düzgün birləşmə aparılmadığından bu gün orada böyük narazılıq vardır. Hansı ki, aqrar sahəyə aid olmayan yerüstü nəqliyyat vasitələri və texniki servis (indiki logistika mühəndisliyi) kafedrasını Kənd təsərrüfatı kafedrasına birləşdirdilər. İndi də yenidən Baytarlıq kimi bu fakültəni də yanlış qərar qəbul edərək tamamilə məhv edirlər. Çünki ixtisasların pasportu və standartları nəzərə alınmır..."
DAVAMI VAR...

















