“Kişiyə kişi deyiblər, qadına qadın. Kişi istər efirdə, istər səhnədə, istərsə də həyatda kişi kimi geyinməlidir. Avropanın adını eşidiblər, bilmirlər nə etsinlər.. Kiprik, qaş, göz, yanaq bərbad haldadır. Söhbət kişi müğənnilərdən gedir. Avropa bizimkilərin yanında yalandır. Kişinin oxumağından kişi iyi gəlməlidir. İndiki müğənnilərə baxırsan, üzünü çevirirsən elə bil ki, qadın oxuyur. Kişinin səsinin gücü olmalıdır. Rəşid, Bülbül, Müslüm görün necə oxuyublar?! Sənətdə belə yadda qalmaq lazımdır. O qədər oxuyan var ki, əgər birini tanıyıramsa atama lənət.. Səhnədə oxumaq mədəniyyəti göstərməlisən. Janqlyorluq başqadır, bu sirkdə olur”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Zaur Rzayev deyib.
O daha sonra əlavə edib:
“Efirdə toy söhbətləri edirlər. 50 il toylara getmişəm, hələ indiyə qədər bir dəfə də efirdə toy adı çəkməmişəm. Mənim adıma görə uşaqlarının adını Zaur qoyan ailələr olub. Efirlərdə elə verilişlər olmalıdı ki, tamaşaçıya da xoş gəlsin. Oturub danışanda biləsən ki, sözünün əvvəli nədir, axırı nədir? Hər şeyi zarafata salırlar. İndi hamı bir-birini tərifləyir, deyib-gülürlər. Ayıbdır vallah. Adam xəcalət çəkir. Guya bu biri komandanı dağıtdılar ki, səviyyəliləri gələcək. İndi gələnlər ondan da betərdir. O birlərin heç olmasa savadlı var idi. Bunlar kənddə-kəsəkdə kim varsa hamısını efirə çıxarırlar. Efir müqəddəs bir yerdir. Orada layiqli insanlar çıxış etməlidir. Deməzdim ki, yaxşı aparıcılar və verilişlər yoxdur. Məsələn, Saleh Bağırov, Yalçın Uğur və s. Yalçının tez-tez verilişinə gedib gəlirəm. Onun xətrini çox istəyirəm, həqiqəti danışır. Bayağılıqdan uzaqdır. Efirində mənim də, oğlumun da köhnə lentlərini yayımlayır. Mən ümumiyyətlə heç vaxt heç kimdən xahiş etməmişəm ki, məni efirə çıxarın. Məni özləri hər zaman axtarıb tapıblar. Sənətə, insanlığa, kişiliyə diqqət veriblər”.















